Məhkəmə qərarları › İş №3(006)-1202/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1202/2024

22.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1202/2024 22.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Mirzağa Əliyev küçəsi, ev 245, mənzil 29; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* (00700-00048/24/4) saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsində protokol tərtib edilmiş və protokola əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Rəsmiləşdirmə mərkəzindən Əməliyyat və təhqiqat şöbəsinə daxil olmuş xx.xx.2023-cü il tarixli 3-33-/3-1-005510/2023 saylı raportda Şəxs QSC (VÖEN:**********) tərəfindən xx.xx.2022-ci il tarixli **********7587 və **********7602 sorğu nömrəli gömrük bəyannamələri ilə “Şüşələrin daşınması üçün qara metaldan analoji platformalar” yükünü İrlandiya Respublikasında qeydiyyatda olan “CAREY GLASS UC” şirkətindən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilərək Sumayıt Gömrük İdarəsində rəsmiləşdirildiyi Şəxs QSC tərəfindən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların xx.xx.2023-cü il tarixində geri qaytarılması üzrə öhdəlik götürüldüyü, lakin müddətin bitməsinə baxmayaraq həmin malların bugünədək geri qaytarılmadığı və yüklərin digər gömrük prosedurunda rəsmiləşdirilmədiyi qeyd edilmiş, bununla da, Şəxs QSC Azərbaycan Respublikasının İXM-nin 499.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin nümayəndəsi X2 inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs QSC barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində icraat aparılan hüquqi şəxsə bildirişlərin göndərilməsinə baxmayaraq, o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs QSC-nin Azərbaycan Respublikasının İXM-nin 499.2-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsiri sübuta yetirilmir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsindən daxil olmuş 3-33-/3-1-005085/2023 saylı xx.xx.2023-cü il tarixli raportdan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs QSC (VÖEN: **********) tərəfindən xx.xx.2022-ci il tarixində **********7696, **********7708, **********7729, **********7759 və **********7766 sorğu nömrəli gömrük bəyannamələr ilə “Şüşələrin daşınması üçün qara metaldan analoii platformalar” yükünü İrlandiya Respublikasında qeydiyyatda olan “CAREY GLASS UC” şirkətinə müvəqqəti ixrac xüsusi gömrük proseduru altında yerləşdirilərək Sumqayıt Gömrük İdarəsində rəsmiləşdirilmişdir. Şəxs QSC tərəfindən müvəqqəti ixrac xüsusi gömrük proseduru altında yerləşdirilmiş malları xx.xx.2023-cü il tarixində geri qaytarılması üzrə öhdəlik götürmüşdür. Müddətinin bitməsinə baxmayaraq həmin mallar bugünədək geri qaytarılmamış və yüklər digər gömrük prosedurunda rəsmiləşdirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 499.1.5-ci maddəsinə əsasən bir ildən artıq müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin əlli faizindən yetmiş faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 499.2-ci maddəsinə əsasən aparılması və ya qaytarılması məcburi olan əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamasına və ya bu əraziyə qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və ya nəqliyyat vasitələri müsadirə edilir, yaxud vətəndaşlar həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir və ya Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1 və 499.2-ci maddələrinin həmin Məcəllənin 38-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” haqqında 28 mart 2024cüil tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsində müəyyən edilən bir ildən artıq və bu Qərara müvafiq olaraq növbəti bir il bitənədək Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmadıqda və ya bu əraziyə qaytarılmadıqda, növbəti gün həmin Məcəllənin 499.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Şəxs QSC tərəfindən xx.xx.2022-ci il tarixli **********7587 və **********7602 sorğu nömrəli gömrük bəyannamələri ilə “Şüşələrin daşınması üçün qara metaldan analoji platformalar” yükünü İrlandiya Respublikasında qeydiyyatda olan “CAREY GLASS UC” şirkətindən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilərək Sumayıt Gömrük İdarəsində rəsmiləşdirilmədiyi, Şəxs QSC tərəfindən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların xx.xx.2023-cü il tarixində geri qaytarılması üzrə öhdəlik götürülmüş, lakin müddətin bitməsinə baxmayaraq həmin mallar bugünədək geri qaytarılmamış və yüklərin digər gömrük prosedurunda rəsmiləşdirilməmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarından da göründüyü kimi Şəxs QSC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsinin tərkibinin yaranması üçün xx.xx.2024-cü il tarixdən sonrakı gün inzibati xətanın törədildiyi gün kimi qəbul edilməli və bundan sonra Şəxs QSC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməli idi. Hazırkı halda, Şəxs QSC İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta tərkibi olmadığından Şəxs QSC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar