Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1206/2021 06.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 06 may 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs Nəsimi Rayon Məhkəməsinin 06 mart 2019-cu il tarixli, 2(006)-711/2019 saylı icra sənədinə əsasən “xxxx” MMC-nin xeyrinə 4587,37 AZN, Nəsimi Rayon Məhkəməsinin 20 may 2019-cu il tarixli, 2(006)-2695/2019 saylı icra sənədinə əsasən 3206,46 AZN “xxxx” ASC xeyrinə Şəxs ödəməlidir. Lakin Şəxs icra sənədlərini üzrsüz səbəbdən icra etmir və bununla bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Nəsimi rayon İcra şöbəsinin icra məmuru R.X.Quliyev inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli, 2(006)-711/2019 saylı icra vərəqəsinə əsasən iddiaçı “X5 Olmayan Kredit Təşkilatı” MMC ilə cavabdeh Şəxs arasında bağlanmış 23 iyul 2018-ci il tarixli 480/SM-18 saylı kredit müqaviləsi üzrə 4.100 manat əsas borc, 487,37 manat faiz borcu və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 4.617,37 manat məbləğində pul cavabdeh Şəxs alınaraq iddiaçı “X5 Olmayan Kredit Təşkilatı” MMC-yə ödənilməlidir. Həmçinin Nəsimi Rayon Məhkəməsinin 20 may 2019-cu il tarixli, 2(006)- 2695/2019 saylı icra vərəqəsinə əsasən 2.775,44 manat əsas borc, 401,02 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 3.206,46 manat məbləğində pul cavabdehlər Şəxs və X2 müştərək qaydada alınaraq iddiaçı “xxxx” ASCyə ödənilməlidir. İcra sənədləri üzrə icraata 29 mart və 22 avqust 2019-cu il tarixli qərarlarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən olunmuş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildirişlər və xəbərdarlıqlar göndərilmiş, daha sonra 20 avqust 2019-cu il tarixli qərarla borclunun məcburi gətriliməsi haqqında qərar qəbul edilmişdir. Buna baxmayaraq, borclu icra sənədləri icra etməmişdir. Qanuni qüvvədə olan məhkəmə qətnaməsini bugünədək icra etməməsi borclu Şəxs icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmasına əsas verir. Göstərilənlərə əsasən borclu Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə icra məmuru R.X.Quliyev məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, borclu Şəxs hal-hazırda işləyir və onun hər ay sabit gəliri var, həmin borc onun aldığı məvacibin 50 faizinə yönəldiləcək bu səbəbdən inzibati xəta haqqında protokolun geri qaytarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Nəsimi Rayon Məhkəməsinin icra sənədlərindən məlumatı var, o, son ödənişi 2020-ci il sentyabr ayında etmişdir, daha sonra işdən çıxdığına görə ödəniş etməyə imkanı olmamışdır. Bundan başqa, o bildirmişdir ki, himayəsində yaşlı xəstə nənəsi var və evə gəlir gətirən yalnız odur, eyni zamanda işdən aldığı məvacibin çox hissəsini xəstə nənəsinin dərmanlarına xərcləyir. Həmçinin, halhazırda “Referans” Laboratoriysında işləyir, aylıq gəliri 350 manatdır və borcunu hissəhissə ödəyə bilər. Göstərilənləri, ailəsinin yeganə qazanc gətirən şəxs olmasını, anasının “Hepatit C” xəstəliyindən, nənəsindən isə digər xəstəlikdən əziyyət çəkməsini, qardaşının vətən mühabirəsində gedən döyüşlərdə qazi olmasını və bu səbəbdən işləyə bilməməsini nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək və proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol Nəsimi rayon şöbəsinə qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, icra sənədi icra şöbəsinin icraatına daxil olduqdan sonra borclunun gəlirləri və əmlak vəziyyəti barədə heç bir araşdırma aparılmamışdır. Yəni, icra məmuru tərəfindən borclunun mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlakının, banklarda hesablarının olub-olmaması, sığortaolunan və ya əmək pensiyaçısı kimi qeydiyyata alınıb-alınmaması barədə aidiyyatı təşkilatlara sorğular verilməmiş, sonuncunun əmlak və gəlirlərinin müəyyən edilməsi istiqamətində heç bir icra tədbiri həyata keçirilməmiş, qeyd edilən araşdırmalar aparılmadığından icra məmuru tələbin borclu Şəxs əmək haqqısına yönəldilməsi ilə bağlı heç bir icra hərəkəti etməmişdir. Göstərilənlərə əsasən hazırki halda iş üzrə toplanmış materiallara əsasən icra sənədi üzrə tələbin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən qərəzli və ya üzürsüz səbəbdən icra edilməməsini məhkəmə iclasında müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, həmin materiallar əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra sənədinin icrasından yayınmasının qərəzli olub-olmamasını müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qaytarılsın. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-1206/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1206/2021
06.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver