Məhkəmə qərarları › İş №3(006)-1211/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1211/2023

14.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1211/2023 14.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi Şəxs Dövlət Baş Layihə İnstitutunun nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi Şəxs Dövlət Baş Layihə İnstitutununAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi Şəxs Dövlət Baş Layihə İnstitutunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Nəsimi RPİ-nin DYPŞ tərəfindən xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi Şəxs Dövlət Baş Layihə İnstitutu “Chevrolet Niva” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2022-ci il tarixdə, saat 15:30-da inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs barəsində məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmiş, bununla da, Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi Şəxs Dövlət Baş Layihə İnstitutunun nümayəndəsi X.X.Cavadov bildirmişdir ki, Fövqəladə Hallar Nazirliyinin 07 oktyabr 2022-ci il tarixli 108 saylı və Tikintidə X2 Agentliyinin 17 oktyabr 2022-ci il tarixli 655 saylı əmrlərinə əsasən İnstitutun balansında olan **-PF-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Niva” markalı avtomobil 25 oktyabr 2022ci il tarixli təhvil-təslim aktına əsasən balansdan balansa vermək yolu ilə ‘Nəqliyyat Servis FH” MMC-nin balansına verilmişdir. Adı yuxarıda qeyd olunan avtomobilin İnstitutun qeydiyyatından çıxarılaraq "xxxx" MMC-nin qeydiyyatına keçirilməsi ilə bağlı 27 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin rəhbərliyinə müraciət olunmuşdur. Həmçinin, xx.xx.2023-cü il tarixdə Nəsimi Rayon Dövlət X7 daxil olmuş 911043 nömrəli sorğu məktubunda Azərbaycan Respublikası Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə törədilmiş xətaya görə **-PF-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Niva” markalı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat verilməsi xahiş olunmuş, Nəqliyyat vasitəsinin İnstitutun balansından "xxxx" MMC-nin balansına verilməsi ilə bağlı məktub tərəflərindən cavablandırılmışdır. Həmin halı təsdiq edən sənədləri məhkəməyə təqdim edir. Göstərilən halları nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Nəsimi RPİ-nə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Nəsimi RPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi Şəxs Dövlət Baş Layihə İnstitutunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Ona görə də, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi Şəxs Dövlət Baş Layihə İnstitutu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi RPİ-nin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi Şəxs Dövlət Baş Layihə İnstitutuna ünvanladığı 12 yanvar 2023-cü il tarixli sorğudan görünür ki, “Chevrolet Niva” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2022-ci il tarixdə, saat 15:30-da inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs barəsində məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 iş günü müddətində verilməməsinə görə hüquqi şəxs (vəzifəli şəxs) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, həmin sorğu 07 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi Şəxs Dövlət Baş Layihə İnstitutunun məsul şəxsi “M.Abbaszadə” adlı şəxs tərəfindən qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi Şəxs Dövlət Baş Layihə İnstitutunun məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Fövqəladə Hallar Nazirliyinin 07 oktyabr 2022-ci il tarixli 108 saylı və Tikintidə X2 Agentliyinin 17 oktyabr 2022-ci il tarixli 655 saylı əmrlərinə əsasən İnstitutun balansında olan **-PF-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Niva” markalı avtomobil 25 oktyabr 2022-ci il tarixli təhvil-təslim aktına əsasən balansdan balansa vermək yolu ilə ‘Nəqliyyat Servis FH” MMC-nin balansına verilmişdir. Adı yuxarıda qeyd olunan avtomobilin İnstitutun qeydiyyatından çıxarılaraq "xxxx" MMCnin qeydiyyatına keçirilməsi ilə bağlı 27 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin rəhbərliyinə müraciət olunmuşdur. Həmçinin, xx.xx.2023-cü il tarixdə Nəsimi Rayon Dövlət X7 daxil olmuş 911043 nömrəli sorğu məktubunda Azərbaycan Respublikası Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə törədilmiş xətaya görə **-PF-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Niva” markalı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat verilməsi xahiş olunmuş, Nəqliyyat vasitəsinin İnstitutun balansından "xxxx" MMC-nin balansına verilməsi ilə bağlı məktub tərəflərindən cavablandırılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin xx.xx.2022-ci il tarixli, 108 nömrəli əmrinin surətindən görünür ki, Nazirliyin tabeliyində olan qurumların balansında olan bəzi nəqliyyat vasitələri xidməti zərurətlə əlaqədar olaraq təqdim olunan siyahı üzrə balansdan balansa verilsin (siyahı əlavə olunur). 2. Maliyyə-İqtisadiyyat Baş idarəsi (Zaur Zeynalov). Tikintidə X2 Agentliyi (Cəbrayıl Xanlarov), Sənayedə işlərin Təhlükəşiz Görülməsi və X4 Agentliyi (Vüsal Ağayev), "xxxx" MMC (Hamlet Bağışov) nəqliyyat vəsilələrinin balansdan balansa verilməsi ilə bağlı məsələləri həll etsinlər. (Siyahı “Chevrolet Niva” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şəxs Dövlət Baş Layihə İnstitutu - "xxxx" MMC). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin xx.xx.2022-ci il tarixli, 91.55 nömrəli əmrinin surətindən görünür ki, Agentliyin aşağıda göstərilən təsərrüfat hesablı qurumlarının balansında olan 02 ədəd, nəqliyyat vasitəsi əvəzsiz olaraq “X3-Hallar” MMC-nin balansına verilsin: Şəxs Dövlət Baş Layihə İnstitutunun balansında olan 2012-ci il buraxılışı, dövlət qeydiyyat nişanı 10PF650, mühərrik nömrəsi 0456880, ban nömrəsi X9L21239PPQ441723 “ChevroletNiva” märkal. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin Şəxs Dövlət Baş Layihə İnstitutunun xx.xx.2022-ci il tarixli, 023 nömrəli əmrinin surətindən görünür ki, Şəxs Dövlət Baş Layihə İnstitutunun balansında olan Chevrolet Niva markalı, **-PF-*** dövlət nömrə nişanlı avtomobil balansdan balansa verilmək yolu ilə “X3-Hallar” MMC-nin balansına verilsin. İş materiallarına əlavə edilmiş Azərdövlətlayihə” Dövlət Baş Layihə X5 Nazirliyinin Baş X9 İdarəsinin rəhbərliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 07 oktyabr 2022 ci il tarixli 108 saylı əmrinə əsasən Tikintidə X2 Agentliyinin Şəxs Dövlət Baş Layihə institutun balansında olan 2013-cü il buraxılışlı NİVA Chevrolet markalı **-PF-*** dövlət nişanlı avtomobil balansdan balansa verilmək yolu ilə "xxxx" MMC-nin balansına verilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq qeyd olunan avtomobili “Azərdövlətlayihə”Dövlət Baş Layihə institutun qeydiyyatından çıxarılaraq "xxxx" MMC-nin qeydiyyatına keçirilməsinə dair müvafiq sərəncam verilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs Dövlət Baş Layihə İnstitutunun Nəsimi RPİ-nin DYPŞ-nə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, instituta məxsus VAZ 2123L, Chevrolet Niva minik markalı **-PF-*** dövlət nişanlı avtomobil FHNnin 108 nömrəli, xx.xx.2022-ci il tarixli əmrinə əsasən "xxxx" MMC-nin balansına verilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun balansında olan Chevrolet Niva minik markalı **-PF-*** dövlət nişanlı avtomobil 108 nömrəli, xx.xx.2022-ci il tarixli əmrə əsasən "xxxx" MMC-nin balansına verilmiş və "xxxx" MMC tərəfindən həmin avtomobilin sürücüsü barədə məlumat Nəsimi RPİ-yə verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)”inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi Şəxs Dövlət Baş Layihə İnstitutu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi Şəxs Dövlət Baş Layihə İnstitutu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar