Məhkəmə qərarları › İş №3(006)-122/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-122/2024

06.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-122/2024 06.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən İXP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 15:25 radələrində “Hyundai Accent” markalı **-OX-*** dövəlt nömrə nişanlı avtomobilin sürücüsü Gəncə şəhəri Nizami rayonu H.Əliyev küçəsi ev 84/5 mənzil 8-də qeydiyyatda olan və Bakı şəhəri sabunçu rayonu Bakıxanov qəsəbəsi Sülh küçəsi ev 144 mənzil 47- də yaşayan Şəxs idarə etdiyi avtomobil ilə Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti ilə hərəkət edərək düzünə Kaveroçkin küçəsinin kəsişməsini keçən zaman piyada zolağının üzərində piyada zolağını keçməkdə olan X3 ehtiyatsızlıqdan vuraraq yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat təqribən 15:25 radələrində idarə etdiyi «Hyundai Accent» markalı, **-OX-*** dövlət nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə «Nəsimi Bazarı» istiqamətində hərəkətdə olan zaman həmin prospektin Kaveroçkin küçəsi ilə kəsişməsində olan piyada keçidində hərəkətdə olan piyadaya ehtiyatsızlıqdan avtomobilin ön hissəsi ilə toxunmuşdur. O, dərhal avtomobildən düşərək piyadaya köməklik edib onu xəstəxanaya aparmışdır. Orada onun bütün xərclərini qarşılamışdır. Hal-hazırda ona qarşı şikayəti və tələbi yoxdur. Bu barədə zərərçəkmiş şəxs X2 notarial qaydada ərizəsini məhkəməyə təqdim etmişdir. Törətdiyim əmələ görə peşmandır, taksilik edərək ailəsinin dolanışığına köməklik edir və təhsilini davam etdirir. Bütün bunları nəzərə alıb barəsində yüngül cəza təyin olunmasını xahiş edir. Zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İXM-in 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilir: Bakı şəhəri Nəsimi RPİ-nin növbətçi hissəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 1005 nömrəli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 18:19-da vətəndaş xx.xx.2023-cü il tarixdə Travmatologiya İnstitutunun tibb bacısı xx.xx.2003-cü il təvəllüdlü X1 Nəsimi rayonu, Amerika səfirliyinin qarşısında YNH-si zamanı sol bud çanaq və diz oynağının əzilməsi xəsarəti almışdır. Araşdırma zamanı izahatı alınmış vətəndaş Şəxs bildirmişdir ki, Şəxs bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 15:25 radələrində etibarnamə ilə idarə etdiyim “Hyundai Accent” markalı **-OX-*** dövəlt nömrə nişanlı avtomobil ilə Bakı şəhəri Nəsimi rayonu “Nəsimi Bazan” istiqamətindən üzü “28 Mail” ticarət mərkəzi istiqamətinə Azadlıq prospekti ilə hərəkət edərək Kaveroçkin küçəsinin kəsişməsində yol ayrıcında piyadalar üçün nəzərdə tutulmuş piyada zolağının qarşısında dayandım və piyadaların keçməsinə şərair yaratdım, lakin fikirim yayındığından təxminən saatda 02-03 km surətlə piyada zolğının üzərində piyada zolağını keçməkdə olan sonradan mənə məlum olan X1 ehtiyatsızlıqdan idarə etdiyim avtomobilin qabaq sağ hissəsi ilə vurdum. Piyada müvazinətini itirib yerə yıxıldı. Mən dər-hal avtomobildən düşüb ona köməklik edərək avtomobilə əyləşdirib xəstəxanaya apardım. Sonra polis əməkdaşı mənə zəng edərək polis idarəsinə dəvət etdi. Araşdırma zamanı izahatı alınmış X5 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 15:25 radələrində piyada qisminə Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsi səki ilə hərəkət edərək Azadlıq prospektini keçmək istəyirdim və Azadlıq prospektində piyada qismində piyada zolağını keçən zaman sonradan mənə məlum olan “Hyundai Accent” markalı **-OX-*** dövəlt nömrə nişanlı avtomobilin sürücüsü Şəxs idarə etdiyi avtomobil ilə ehtiyatsızlıqdan mənə vurdu. Mən müvazinətimi itirərək yerə yıxıldım. Avtomobilin sürücüsü dərhal mənə yaxınlaşdı və o, məni öz avtomobilinə əyləşdirib xəstəxanaya apardı. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X6 xx.xx.2023-cü il tarixli, 1559 nömrəli rəyindən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müraciət etmiş və ona "sol bud-çanaq və diz oynağının əzilməsi" diaqnozu qoyulmuşdur. Qeyd olunan diaqnozda göstərilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 21 noyabr 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8 və 330.0.1-ci maddələri əsasında inzibati xəta haqqında protokol tərtib edilməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş X2 notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, X5 Şəxs qarşı heç bir tələbi və iddiası yoxdur və gələcəkdə də olmayacaq. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-in 330.0.1-ci maddəsinə əsasən nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya sürücü tərəfindən yol verilməməsinə görə əlli manat məbləğində cərimə edilir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs səmimi peşmançılığını və onun zərərçəkmiş şəxslə barışmasını və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar hesab edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, sonuncuya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növünün tətbiq edilməsi Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8 və 330.0.1-ci maddələri ilə təqsirli bilinməsi və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, sonuncuya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8 və 330.0.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və İXM-nin 34.3cü maddəsi nəzərə alınmaqla barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar