Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1221/2022 20.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X9 İnzibati xəta haqqında protokolu Bakı şəhər Reklam İdarəsinin nümayəndəsi tərtib etmiş qurum: X1 Barəsində inzibati xəta haqqında X3 iş üzrə icraat aparılan şəxs: iştirakları ilə 12.12.1993-cü ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: 5QB3UE5), evli, sahibkarlıq fəaliyyəti ilə məşğul olan (VÖEN:**********), Xırdalan şəhəri, 27-ci məhəllə, ev 01, mənzil 01-də qeydiyyatda olan X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi üzrə tərtib olunmuş 05.04.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X11 ünvan 1 ünvanda yerləşən “ONE SPORT” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirmiş və bu fakt 05.04.2022-ci il tarixdə, saat 12:40 radələrində Bakı şəhər Reklam İdarəsinin əməkdaşları tərəfindən aşkar edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsinin nümayəndəsi X2 izahatında bildirdi ki, idarənin əməkdaşları tərəfindən 11.02.2022-ci il tarixdə keçirilmiş tədbirlər zamanı müəyyən olunmuşdur ki, X11 ünvan 1 ünvanda yerləşən “ONE SPORT” adlı obyektin üzərində və yanında müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirib. Bununla bağlı ona xəbərdarlıq edilmiş və H.Hüseynov öz iltizamında qısa müddət ərzində reklamla bağlı icazənin alacağını, eyni zamanda reklam haqqı çox olduğu üçün obyektin yanında ayrıca dayaqlı qutuda yerləşdirilmiş iki üzlü reklamın bir tərəfini 5 gün ərzində bağlayacağını bildirmişdir. H.Hüseynova fasad reklamı və ayrıca dayaqlı qutuda olan reklamın 1 tərəfi üçün icazə verilsə də, idarənin əməkdaşlarının 05.04.2022-ci il tarixdə, saat 12:40 radələrində həyata keçirdiyi müşahidə zamanı həmin obyektin yanında olan ayrıca dayaqlı qutunun hər iki tərəfində reklamın olduğu aşkar edilmişdir. X5 inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X11 izahat verərək bildirdi ki, ünvan 1 ünvanda yerləşən “ONE SPORT” adlı obyekti bu ilin fevral ayında açaraq işlətməyə başlayıb. 11.02.2022-ci il tarixdə X8 işçiləri obyektdə yaxınlaşıb onun üzərində və yanında quraşdırılmış reklam lövhələrinə görə icazənin alınmasının vacibliyini bildirmişlər. O da bununla bağlı maraqlanmış və məlum olmuşdur ki, obyektin yanında olan ayrıca dayaqlı qutunun hər iki tərəfində reklamın yayım haqqı ona sərf etmir. Buna görə də onun bir tərəfini bağlayacağını, qalan hissələrlə bağlı isə icazənin alınması üçün müraciət edəcəyinə söz vermişdir. Bundan sonra X10 müraciət edib fasad reklamı və ayrıca dayaqlı qutuda olan reklamın 1 tərəfi üçün icazə almış, digər tərəfin üzərini isə artıq bağlamışdır. İş materiallarında olan: - 11.02.2022-ci il tarixli iltizamın surətindən görünür ki, X11 ona məxsus Cavadxan küçəsi, 48 saylı ünvanda yerləşən “ONE SPORT” adlı obyektin üzərində 4,50×0,70, 1×1,40 ölçülərdə olan 2 ədəd reklamın yayımlanmasına icazə alınması məqsədi ilə ərazi müfəttişi tərəfindən xəbərdarlıq olunduğunu, həmin reklam daşıyıcılarına görə illik dövlət rüsumu və yayım haqqının 952 manat olmasının çox olduğu üçün 4,50×0,70 və 1×1,40 ölçüdə olan iki üzlü reklamın bir üzünü bağlayaraq icazə alınmasını təmin edəcəyini, iki üzlü daşıyıcının bir üzünü 5 gün ərzində bağlayacağını bildirir; - Dövlət rüsumunun ödənişi üçün bildiriş və yayım haqqının ödənişi üçün hesabfakturadan görünür ki, X6 1 ədəd fasad reklamı və 1 tərəfli ayrıca dayaqlı qutu reklamı üçün məbləğlər hesablanıb; - 05.04.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş fotoşəkillərə əsasən həmin gün saat 12:40 radələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan X11 ünvan 1 ünvanda yerləşən “ONE SPORT” adlı obyektin yanında olan ayrıca dayaqlı qutunun hər iki tərəfində reklam yerləşdirilib. Məhkəmə, tərəflərin izahatını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, X11 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. Həmin Qanunun 26.8-ci maddəsinə görə birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”na görə: İcazədə aşağıdakılar göstərilir: icazənin verilmə tarixi və qeydiyyat nömrəsi; müvafiq qurumun adı və ünvanı; texniki şərtlər (reklam daşıyıcısının yerləşdiyi ünvan və ya koordinat, reklam daşıyıcısının növü, ölçüsü və tərəflərinin sayı, reklamın sahəsi (kv.m.), reklam yayımı zonası (olduqda), reklamın effektivlik dərəcəsinin kateqoriyası (olduqda), əmsal, reklamın eskizi və ölçüləri, reklamın yerləşdiriləcəyi yerdə rəngli fotomontajı, reklamın yerləşdiriləcəyi yerin rəngli fotosu (sxemi) və vəziyyət planı); icazənin sahibi barədə məlumatlar (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, hüquqi şəxsin, yaxud xarici hüquqi şəxsin filialının və ya nümayəndəliyinin adı və hüquqi ünvanı, fərdi sahibkarın soyadı, adı, atasının adı və fəaliyyət ünvanı); icazənin müddəti (müddətin başlama və başa çatma tarixləri göstərilməklə); açıq məkanda reklam yayımına görə haqqın və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələ; istehsalı (satışı) lisenziyalaşdırılan və ya sertifikatlaşdırılan əmtəələrin reklamına icazə verilərkən müvafiq lisenziya, yaxud sertifikatın və ya digər icazənin verilmə tarixi, qeydiyyat nömrəsi, müddəti (olduqda) (2.12-ci bənd); Açıq məkanda reklam yerləşdirilməsinə icazə hər bir reklam daşıyıcısına münasibətdə ayrıca verilir (2.14-cü bənd); Reklam yayıcısı reklam yerləşdirilməsinə icazə verilmiş reklam daşıyıcısında icazənin qüvvədə olduğu müddətdə digər reklamı yerləşdirmək niyyəti barədə müvafiq qurumu məlumatlandırmalıdır (2.15-ci bənd). İşin faktiki hallarından aydın olur ki, X11 ünvan 1 ünvanda yerləşən “ONE SPORT” adlı obyektin üzərində və yanında müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirdiyi üçün 11.02.2022-ci il tarixdə ona bu barədə əvvəlcədən xəbərdarlıq edilmiş, bundan sonra o, obyektin yanında ayrıca dayaqlı qutuda yerləşdirilmiş iki üzlü reklamın 1 tərəfi və fasad reklamına icazə alsa da, 05.04.2022-ci il tarixdə, saat 12:40 radələrində həyata keçirilmiş müşahidə zamanı həmin obyektin yanında olan ayrıca dayaqlı qutunun hər iki tərəfində reklamın yayımlanmasını həyata keçirməsi aşkar edilmişdir. Bununla da o, yuxarıda qeyd olunan qanunvericilik aktlarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə məsuliyyət nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin “Qeyd” hissəsində göstərilir ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında X3 məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə X4 törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş cərimə tənbeh növünün aşağı həddində tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1.500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1221/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1221/2022
20.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver