Məhkəmə qərarları › İş №3(006)-1227/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1227/2025

17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1227/2025 17.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Şikayət vermiş şəxs: X1 iştirakları ilə X1 16 yanvar 2025-ci il tarixli, EQ 25585304 saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X4 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, qardaşı X2 mülkiyyətində olmaqla etibarnamə əsasında onun tərəfindən idarə olunan **- UU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair 16 yanvar 2025-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsi üzrə 60 manat cərimə oldunması barədə bildiriş göndərilmişdir. Hesab edir ki, inzibati xəta ilə əlaqədar verilmiş bu cərimə qanunsuz əsaslara söykənmişdir. Belə ki, o, dayanma-durma və ya saxlama qaydasını pozmamış, dayandığı yer səki hesab oluna bilməz. Cərimə qanunsuz tətbiq olunmuşdur. Cərimənin təyin edilmə prosesi qanunvericilik tələblərinə uyğun olmamışdır. Saxlama, dayanma qaydalarının pozulması iddia olunan qərarla bağlı təsdiqedici sübutlar ona təqdim edilməmişdir. Heç bir inzibati araşdırma aparılmadan avtomatik qaydada cərimə təyin olunmuşdur. Cərimənin təyin edilməsi zamanı foto və ya video sübut təqdim edilməmişdir. Göstərilənlərə əsasən 16 yanvar 2025-ci il tarixli, EQ 25585304 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında şikayətçi X4 şikayətdə göstərilənlərə uyğun izahat verdi, eyni zamanda şikayət vermək üçün səlahiyyəti olmadığı üçün onun geri qaytarılmasına etiraz etmədi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbardarlıq edilməsinə baxmayaraq qərarından şikayət verilən qurumun nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət səlahiyyətli olan şəxs tərəfindən verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, 16 yanvar 2025-ci il tarixli, EQ 25585304 saylı inzibati tənbeh vermə haqqında qərar X5 barəsində qəbul edilmiş, lakin hazırki şikayət X4 tərəfindən verilmiş, sonuncu da qardaşı X2 nümayəndəsi olmasını təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 122.6-cı maddəsinə əsasən şikayət cinayət prosesi iştirakçısı və ya cinayət prosesində iştirak edən digər şəxs və ya onun nümayəndəsi tərəfindən imzalanmadıqda, yaxud şikayət edilən hərəkət və ya qərar göstərilmədikdə, baxılmadan saxlanıla və ya geri qaytarıla bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında qeyd olunur ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 122-ci maddəsini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X1 16 yanvar 2025-ci il tarixli, EQ 25585304 saylı inzibati xəta haqqında qərardan verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar