Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1233/2022 21.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 31 mart 2022-ci il tarixli, 00700-0051/22 (EP № 0002655) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Sumqayıt Baş Gömrük İdarəsi Əməliyyatları İdarəsindən daxil olmuş 18.03.2022-ci il tarixli 34/012/000976 nömrəli raportun icrası ilə əlaqədar Sumqayıt BGİ-nin Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı X3 tərəfindən araşdırma aparılaraq müəyyən edilmişdir ki, hüquqi şəxs AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 101, mənzil 4 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN: **********) tərəfindən 16 mart 2022-ci il tarixdə Sumqayıt BGİ-də **********89800 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Sərbəst dövriyyəyə buraxılış” gömrük proseduru altında rəsmiləşdirilən Türkiyə Respublikasında yerləşən “Pişkin Fidancılık və X4” şirkəti tərəfindən göndərilən “Alma, heyva, gilas, şaftalı tingləri” yükünü ölkə ərazisinə gətirən 99JN848/10ZJ830 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə Azərbyacn Respublikasında yerləşən hüquqi şəxs Şəxs MMC-nin ünvanına göndərilən “Alma, heyva, gilas, şaftalı tingləri” yükü Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda 11 mart 2022-ci il tarixdə, saat 17:50-də Qərb Ərazi Baş Gömrük İdarəsi “Mazımçay” gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin yükə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi vaxtında verilməmişdir. Belə ki, 18.03.2022-ci il tarixli, 34/012/000976 nömrəli raporta əsasən Şəxs MMC-nin ünvanına 99JN848/10ZJ830 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə göndərilən yüklər **********89800 sorğu nömrəli gömrük bəyannaməsi tərtib edilərək rəsmiləşdirmə üçün təqdim edilmiş, lakin sənədlərin yoxlanılması zamanı həmin yük sərhəd buraxılış məntəqəsindən keçərkən yükə dair qısa idxal bəyannaməsi verilmədiyi müəyyən edilməmişdir. Bununla da, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin hüquqi ünvanına qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin tərəflərin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında arayışdan görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı ünvan 1lavə edilmiş 10 aprel 2022-ci il tarixli bildirişdən görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı ünvan 2kəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (11 aprel 2022ci il tarixli reyestrin 06 sıra nömrəsi ilə). Bununla da, Məhkəmə hesab edir ki, Şəxs MMC-nin nümayəndəsinin iş üzrə icraatda iştirakının təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tədbirlər həyata keçirilmişdir. Belə ki, vergi ödəyicilərinin məlumatlarında MMC-nin yeganə ünvanı kimi qeyd edilən Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 101, mənzil 4 ünvanına bildirişlər göndərilmişdir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Sumqayıt Baş Gömrük İdarəsinin səlahiyyətli əməkdaşı tərəfindən tərtib edilmiş 31 mart 2022-ci il tarixli, 00700-0051/22 (EP № 0002655) saylı inzibati xəta haqqında protokolla və digər iş materialları ilə sübuta yetirilir. Belə ki, iş materiallarında olan gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 18 mart 2022-ci il tarixli, 34/012/000976 nömrəli raporta əsasən Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 101, mənzil 4 ünvanında qeydiyyatda olan Şəxs MMC adına (VÖEN: **********) Türkiyə Respublikasından 99JN848/10ZJ830 nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə alma, heyva, gilas, şaftalı tingləri yükü ölkə ərazisinə daxil olmuş və **********9800 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Rəsmiləşdirmə zamanı mallar gömrük ərazisinə daxil olmamışdan əvvəl qısa idxal bəyannaməsinin təqdim edilmədiyi tərəflərindən aşkar edilmişdir. İş materiallarında olan Dövlət Gömrük Komitəsinin “X1 sistemi” informasiya resursundan “malın çatdırılması və boşaldılması”-na dair çıxarışdan görünür ki, Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasında yerləşən “Pişkin Fidancılık və X4” şirkəti tərəfindən göndərilən “Alma, heyva, gilas, şaftalı tingləri” yükünü ölkə ərazisinə gətirən 99JN848/10ZJ830 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi 11 mart 2022-ci il tarixdə, saat 17:50-də Qərb ərazi baş gömrük idarəsi “Mazımçay” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuşdur. İş materiallarında olan 16.03.2022-ci il tarixli, **********9800 saylı gömrük bəyannaməsinin surətindən görünür ki, həmin bəyannamənin “əvvəlki bəyannamə və sənədin xülasəsi” adlanan 40-cı qrafasında heç bir qeydiyyat aparılmamışdır. İş materiallarında olan 31 mart 2022-ci il tarixli, 00700-0051/22 (EP № 0002655) saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin nümayəndəsi X2 Şəxs MMC-nin ünvanına gələn mallara dair qısa idxal bəyannaməsinin verilməməsinə səbəb kimi işlərin çox olması və unutmalarını göstərmişdir və gömrük qaydalarının pozulduğunu etiraf etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt Baş Gömrük İdarəsi Əməliyyatları İdarəsindən daxil olmuş 18.03.2022-ci il tarixli 34/012/000976 nömrəli raportun icrası ilə əlaqədar Sumqayıt BGİ-nin Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı X3 tərəfindən araşdırma aparılaraq müəyyən edilmişdir ki, hüquqi şəxs AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 101, mənzil 4 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN: **********) tərəfindən 16 mart 2022-ci il tarixdə Sumqayıt BGİ-də **********89800 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Sərbəst dövriyyəyə buraxılış” gömrük proseduru altında rəsmiləşdirilən Türkiyə Respublikasında yerləşən “Pişkin Fidancılık və X4” şirkəti tərəfindən göndərilən “Alma, heyva, gilas, şaftalı tingləri” yükünü ölkə ərazisinə gətirən 99JN848/10ZJ830 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə Azərbyacn Respublikasında yerləşən hüquqi şəxs Şəxs MMC-nin ünvanına göndərilən “Alma, heyva, gilas, şaftalı tingləri” yükü Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda 11 mart 2022-ci il tarixdə, saat 17:50-də Qərb Ərazi Baş Gömrük İdarəsi “Mazımçay” gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin yükə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi vaxtında verilməmişdir. Belə ki, 18.03.2022-ci il tarixli, 34/012/000976 nömrəli raporta əsasən Şəxs MMC-nin ünvanına 99JN848/10ZJ830 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə göndərilən yüklər **********89800 sorğu nömrəli gömrük bəyannaməsi tərtib edilərək rəsmiləşdirmə üçün təqdim edilmiş, lakin sənədlərin yoxlanılması zamanı həmin yük sərhəd buraxılış məntəqəsindən keçərkən yükə dair qısa idxal bəyannaməsi verilmədiyi müəyyən edilməmişdir. Bununla da, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli, 920 nömrəli fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə” Qaydalarının 2.2-ci maddəsinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129,130 və 485.2-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nzərədə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1.500 (bir min beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət və ya protest verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-1233/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1233/2022
21.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver