Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-124/2024 06.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Lənkəran rayonu, Aşağı Nüvədi Ərazi Dairəsi, Aşağı Nüvədi qəsəbəsi ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Polis İdarəsindən daxil olmuş Nəsimi RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Babək Mirzəyevin xx.xx.2023-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» haqqında qərardan görünür ki, xx.xx.2023cü il tarixdə travmatologiya xəstəxanasından Nəsimi RPİ-nə, Nəsimi rayonu Bakıxanov küçəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı X2 xəsarət alması barədə məlumat daxil olmuşdur. Yol-nəqliyyat hadisəsi yerinə Nəsimi rayonu M.Qaşqay küçəsi ilə Sarabski küçəsinin kəsişməsinə baxış keçirilərək protokol tərtib edilmiş, hadisə yerin sxemi və fotoşəkilləri çəkilərək materiala əlavə edilmişdir. Araşdırma zamanı X14 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 20.15 radələrində o özünə məxsus, idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan Hyundai Sonata markalı **-UO-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi ilə üzü Bakıxanov küçəsi istiqamətində hərəkət etmişdir. Həmin vaxt Sarabski küçəsinin kəsişməsinə daxil olub düzünə hərəkətini davam etdikdə sol tərəfdən Sarabski küçəsi ilə dayanmadan sürətlə hərəkətdə olan sonradan marka və nömrə nişanını gördüyü Toyota Prius markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü yolayırıcında qarşısına keçdikdə avtomaşının ön hissəsi ilə Toyota markalı avtomaşının sağ hissəsindən toqquşmuşdur. Hadisə nəticəsində avtomaşınında olan həyat yoldaşı X6 baş və bədənin müxtəlif nahiyyələrindən xəsarət almışdır. Hadisə zamanı o xəsarət almamışdır. Hadisə nəticəsində avtomaşınına xeyli maddi ziyan dəymişdir. O hadisə yerinə təcili yardım çağırıb yoldaşını təcili yardımla Neyrocərrahiyyə və Travmatologiya institutuna aparmışdır. Həkimlər tərəfindən ilkin tibbi yardım edilib və hazırda ev şəraitində müalicəsi davam edir. O həmin vaxt avtomaşını təxminən 30 km saat sürəti ilə idarə etmişdir. Toyota markalı avtomaşının sürücüsü yol kəsişməsində qəfil olaraq yaxın məsafədən qarşısına keçməklə avtomaşına toqquşduğu üçün tormoz əyləcindən toqquşma zamanı istifadə edə bilmişdir. Ona görə də hadisənin qarşısı alınmaz olmuşdur. O baş yolla hərəkətdə olmuşdur. Tələbi Toyotanın sürücüsü Raqif adlı şəxsdən sağlamlığa və avtomaşına dəymiş maddi ziyanın tam olaraq ödənilməsindən ibarətdir. Şəxs izahat verərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 21 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan Toyota Prius markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Nəsimi rayonu, Sarabski küçəsi ilə üzü C.Hacıbəyli küçəsinə doğru hərəkət etmişdir. Həmin vaxt Mirəli Qaşqay küçəsinin kəsişməsinə daxil olduqda bir anlıq ehtiyatsızlıq edərək yol kəsişməsində dayanmadan düzünə hərəkətini davam etdikdə Mirəli Qaşqay küçəsi ilə düzünə hərəkətdə olan sonradan marka və nömrə nişanını gördüyü Hyundai Sonata markalı **-UO-*** dövlət qeydiyyat nişanlı avtomaşının qarşısına keçmiş və nəticədə toqquşma baş vermişdir. Toqquşma zamanı o idarəetməni itirib avtomaşın qarşıda səkinin kənarında çevrilmişdir. Hadisə nəticəsində o xəsarət almamışdır. Lakin Hyundai markalı avtomaşında olan qadın sərnişin xəsarət almışdır. Qeyd olunanlara əsasən toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə material Nəsimi RPİ-nin DYPŞ vasitəsilə Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, təqribən saat 21:00 radələrində idarə etdiyi «Toyota Prius» markalı, **-CM-*** dövlət nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi ilə C.Hacıbəyli küçəsi istiqamətində hərəkətdə olarkən M.Qaşqay küçəsi ilə kəsişməyə daxil olarkən ehtiyatsızlıq etmiş, yol kəsişməsində dayanmadan hərəkət edərkən M.Qaşqay küçəsində düzünə hərəkət edən «Hyundai Sonata» markalı, **-UO-*** dövlət nişanlı avtomobillə toqquşmuşdur. İdarəetməni itirdiyindən avtomobil səkiyə çırpılaraq çevrilmiş. Hadisə nəticəsində xəsarət almamış, lakin «Hyundai Sonata» markalı avtomobildə olan qadın xəsarət almışdır. Törətdiyi əməldən peşman olduğunu, sürücülük edərək ailəsini saxladığını bildirmişdir. Barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə zərərçəkmiş şəxs X5 və protokolu tərtib etmiş orqana lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında X7 və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə hər hansı məlumat verməmişlər. Bununla da məhkəmə işə zərərçəkmiş şəxs X7 və səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nəsimi rayon DYPŞ-nin xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, xx.xx.2023-cü il tarixdə, saat 21:00-da Toyota Prius (Hidrid) markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs xx.xx.1958-ci təvəllüdlü X1 yüngül bədən xəsarəti yetirmiş və Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir; Bakı şəhəri Nəsimi RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Babək Mirzəyevin xx.xx.2023-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və onun İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materialların Bakı şəhəri Nəsimi RPİ-nin DYPŞ vasitəsilə Nəsimi rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 1443 nömrəli, 10 oktyabr 2023-cü il tarixli ekspert rəyinin surətindən görünür ki, M.M.Əliyevanın bədənində aşkar olunmuş xəsarətlər - başın sol təpə nahiyəsinin əzilmişcırılmış yarası, sağ bud, sağ diz oynağı, sağ baldır nahiyələrinin hematomaları, sol bazu və sol diz oynağı nahiyələrinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 4-6 gün əvvələ əmələ gəlmişdirlər, onun tibbi yardım üçün Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna və qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. M.M.Əliyevanın bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsi mümkündür. zərərçəkmiş şəxs X8 tərəfindən Bakı şəhəri Nəsimi RPİ-nin Təhqiqat Şöbəsinə təqdim edilmiş izahatdan görünür ki, həyat yoldaşının idarə etdiyi idarə etdiyi avtomaşınla Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi ilə üzü Sarabski küçəsinin kəsişməsini keçdiyi anda sol tərəfdən Sarabski küçəsi ilə dayanmadan sürətlə hərəkətdə olan sonradan marka və nömrə nişanını gördüyü Toyota Prius markalı, **-CM-*** dövlət qeydiyya nişanlı avtomaşınla toqquşma ilə nəticələnən yol qəzası baş vermiş, hadisə nəticəsində zərərçəkmiş şəxs X8 baş və bədəninin müxtəlif nahiyələrindən xəsarətlər almışdır, nəticədə o, Şəxs ona dəymiş maddi ziyanın ödənilməsini tələb edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, məhkəmə iş materiallarında olan ekspert rəyini, zərərçəkmiş şəxs X4 izahatını, Nəsimi RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Babək Mirzəyevin xx.xx.2023-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş yuxarıda sadalanan sübutlarla və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və onun barəsində həmin maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-124/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-124/2024
06.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver