Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1241/2024 29.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolu tərtib edən şəxs Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə rəisi X4 iştirakları ilə, xx.xx.1990-cı ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Cəhri kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Muğancıq Mehrab Ə/D, Muğancıq Müslüm kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 28 mart 2024-cü il tarixdə, saat 21:10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 145-də YPX-nin əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə rəisi X7 verdiyi izahatında bildirdi ki, Şəxs dostu X1 məxsus “Mercedes” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 29 mart 2024-cü il tarixdə, saat 21:10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 145-də hərəkət edərkən dostu X2 avtomobil ilə davamlı şəkildə manevr etmə və ötmə qaydalarını pozduğuna görə polis əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edib, etdiyi qayda pozuntularını sürcüyə izah edən zaman sürücü telefonu əlinə alaraq onların xidməti fəaliyyətini çəkməyə başlamışdır. Həmin vaxt avtomobildə olan sürücünün dostu Şəxs onları çəkərək təhqiramiz ifadələr işlədərək qaçmağa cəhd etmiş, lakin polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin şəxslər ünvansız küçə söyüşləri işlədərək səs-küy salmaq istəmişlər, lakin polis əməkdaşları tərəflərindən polis şöbəsinə gətirilmiş və onlar barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq aidiyyəti üzrə Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək verdiyi izahatında göstərdi ki, o, 28 mart 2024-cü il tarixdə, saat 21:10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 145-də dostunun “Mercedes” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə gedirdi. YPX-nin əməkdaşı onları saxlamış, yaxınlaşıb özlərini təqdim edib sənəd istəmişdirlər. Daha sonra onlara avtomobilin arxa işığı yanmadığına görə avtomobili cərimə meydançasına aparacaqlarını bildirmişdirlər. Onlar etiraz edərək, polisin qanuni tələblərinə tabe olmamışlar. Həmin vaxt onlar tərəfindən şəxsi telefon ilə çəkiliş aparılmışdır. Post Patrul Xidmətinin əməkdaşları onlara polisə müqavimət göstərdiklərini bildirərək onları 22-ci Polis Şöbəsinə aparmış, Polis Şöbəsində onun izahatı alınmış, barəsində inzbati xəta haqqında protokol tərtib edilmişdir. İzahatının sonunda təqsirinin olduğunu qəbul etmiş, gələcəkdə bir daha belə halın təkrar olunmayacağını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri BPİ-nin X12 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol-patrul xidməti inspektoru X5 verdiyi izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 28 mart 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 145-də xidməti vəzifəsini yerinə yetirərkən “Mercedes” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilin avtoxuliqanlıq etməsini görüb həmin avtomobili xidməti vəzifəsi ilə əlaqədar saxlamışdır. Bundan sonra o, təlimata uyğun olaraq həmin avtomobili idarə edən şəxsə yaxınlaşaraq ondan sənədlərini tələb etmişdir. Həmin vaxt avtomobilin sürücüsü sənədlərini təqdim etməmiş və onunla kobud formada danışmağa və səs-küy salmağa başlamışdır. Bu vaxt avtomobilin sürücüsü ilə birlikdə onun yanında avtomobildə əyləşən dostu Şəxs da onunla kobud formada danışmağa, səs-küy salmağa və mane olmağa, eləcə də, mobil telefonu ilə çəkiliş etməyə başlamışdır. O, dərhal post-patrul xidməti əməkdaşlarına məlumat vermiş və sonradan polis əməkdaşları gələrək avtomobilin sürücüsü və Şəxs Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə aparmış və izahatları alınmışdır. O, hadisə barədə raport tərtib etmiş və aidiyyəti quruma ünvanlamışdır. Bundan sonra Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri BPİ-nin X12 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol-patrul xidməti inspektoru X8 da şahid X3 izahatına oxşar məzmunlu izahat vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə rəisi X7 tərəfindən tərtib edilmiş 29 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilən sənədləri nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. İşdə olan 29 mart 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 28 mart 2024-cü il tarixdə, saat 22:00 radələrində inzibati qaydada tutulmuşdur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs törətdiyi əməldən səmimi peşman olmasını onun məsuliyytini yüngülləşdirən hal hesab edir. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada cərimə cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 150 (yüz əlli) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1241/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1241/2024
29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver