Məhkəmə qərarları › İş №3(006)-1243/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1243/2024

29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1243/2024 29.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X6 İnzibati xəta haqqında Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin protokolu tərtib etmiş şəxs: 20-ci polis şöbəsinin sahə inspektoru X2 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1981-ci il tarixdə Xaçmaz rayonu, Qarabağı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, Xaçmaz rayonu, Qarabağlı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə tərtib olunmuş 29 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 29 mart 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinin sahə inspektoru X4 izahatında göstərdi ki, şöbəsinin əməliyyat müvəkkili X13 və X10 xx.xx.2024-cü il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 1984-cü il təvəllüdlü X5 Nəsimi rayonu, Namiq Məlikov küçəsi, dalan 02 ünvanında saxlamaq istəyən zamanı bir nəfər tanımadıqları şəxs onlara yaxınlaşaraq polisin xidməti fəaliyyətinə mane olmuş, polis əməkdaşları da həmin şəxsdən qanunsuz hərəkətlərinə son qoymasını tələb etsələr də, o, buna məhəl qoymamış, nəticədə Saleh Əliyevin hadisə yerindən qaçmasına köməklik göstərmişdir. Bundan sonra o, polis şöbəsinə gətirilmiş və orada həmin şəxsin Şəxs olduğu məlum olmuşdur. Barəsində icraat aparılan şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, ünvan 1 ünvanında Şəxs məxsus evdə kirayədə qalır. 29 mart 2024-cü il tarixdə, səhər saatlarında polis əməkdaşları X16 rayonu, Namiq Məlikov küçəsində saxlamışlar. Bu zaman o, polis əməkdaşlarına Salehi nə səbəbə saxladıqlarını soruşmuş, onlar da mane olmamağını bildirmişlər. Daha sonra Saleh polis əməkdaşlarından qaçmaq istəyərkən yıxılmış, o da onu ayağa qaldırıb həyətə salmışdır. Törətdiyi əməldən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcək. Məhkəmədə şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili X13 izahatında göstərdi ki, o, iş yoldaşı X10 ilə birlikdə xx.xx.2024-cü il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 1984-cü il təvəllüdlü X3 Məlikov küçəsi, dalan 02 ünvanında qarşılarına çıxan zaman ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin vaxt bir nəfər tanımadıqları şəxs onlara yaxınlaşaraq xidməti fəaliyyətlərinə mane olmuş və saxladıqları şəxsin qaçmasına kömək göstərmişdir. Həmin şəxsə qanunsuz hərəkətlərinə son qoymasını tələb etsələr də, sonuncu buna məhəl qoymamışdır. Bu səbəbdən də həmin şəxs saxlanılaraq 20-ci polis şöbəsinə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 Ülvi Asif oğlunun izahatına uyğun izahat verdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini və s. halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 29 mart 2024-cü il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın icrası Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar