Məhkəmə qərarları › İş №3(006)-1244/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1244/2022

06.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1244/2022 06.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X7 İnzibati xəta haqqında protokolu Azərbaycan Respublikası Səhiyyə Natərtib etmiş şəxs: zirliyi X4 baş mütəxəssisi X10 oğlunun Barəsində icraat aparılan şəxs: Şəxs MMC-in nümayəndəsi X3 iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 27, mənzil 73, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi üzrə tərtib olunmuş 05.04.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: ünvan 2 ünvanda yerləşən Şəxs MMC-yə məxsus tibb müəssisəsində 05.04.2022-ci il tarixdə, saat 15:00 radələrində aparılan planlı yoxlama zaman sertifikatsız praktiki tibbi fəaliyyət aşkar edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş izahatında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X4 baş mütəxəssisi X8 izahatında bildirdi ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən olan çıxarışa və qurumun 31.03.2022-ci il tarixli, 168 saylı qərarına əsasən ünvan 2 ünvanda yerləşən Şəxs MMC-yə məxsus tibb müəssisəsində 05.04.2022-ci il tarixdə planlı (növbəti) yoxlama aparılmışdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, müəssisədə tibbi qeydiyyat sənədləri olmadığına görə pasiyentlərin, müalicə, diaqnostik və prosedurların qeydiyyatı müvafiq qaydalara uyğun aparılmır, habelə həkim-otorinolorinqoloq X2 keçmədən tibbi fəaliyyətə cəlb edilib. Məhkəmə iclasında barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X5 izahatında göstərdi ki, şirkətə məxsus ünvan 2 ünvanda yerləşən tibb müəssisəsi eşitmə mərkəzi kimi fəaliyyət göstərir. Orada həkim-otorinolorinqoloq kimi çalışan X9 ixtisas üzrə sertifikasiyadan keçmək istəsə də, ona şifahi qaydada bildimişlər ki, bu ixtisasla bağlı hələlik müvafiq kurslar təşkil edilmir. Buna görə də o, həmin ixtisas üzrə sertifikat əldə etməmişdir. Lakin, o, müxtəlif xarici ölkələrdə təlimlərə cəlb edilmiş, müvafiq sertifikatlar əldə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq protokolu tərtib etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - 31.03.2022-ci il tarixli, KY221723615 saylı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”a əsasən Şəxs MMC-də plan üzrə (növbəti) yoxlamanın aparılmasına icazə verilir, yoxlamanın müddəti – 04.04-08.04.2022-ci il; - 05.04.2022-ci il tarixli, 134 saylı “Özəl tibb müəssisəsinin planlı (növbəti) yoxlama Aktı”nda aparılmış qeydlərə görə müəssisədə tibbi qeydiyyat sənədləri olmadığına görə pasiyentlərin, müalicə, diaqnostik və prosedurların qeydiyyatı müvafiq qaydalara uyğun aparılmır, həkim-otorinolorinqoloq X1 keçmədən tibbi fəaliyyəti aşkar edilib. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə məsuliyyət müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli, 108 nömrəli Qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın 1.2-ci bəndinə görə Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq onlar beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinə uyğun olaraq praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, ünvan 2 ünvanda yerləşən Şəxs MMC-yə məxsus tibb müəssisəsində 05.04.2022-ci il tarixdə, saat 15:00 radələrində həkim Arzu Xankişiyeva sertifikasiyadan keçmədən tibbi fəaliyyətlə məşğul olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə “Fonus LTD” MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, qurum İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək cərimə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 6.000 (altı min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar