Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1247/2020 22.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X2 qızının katibliyi ilə, Kayman Adalarının “X1 LTD” şirkətinin filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Kayman Adalarının “X1 LTD” şirkətinin filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-cimaddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxx 2020-ci il tarixli,00100-1061/20saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Kayman Adalarının “X1 LTD” şirkətinin filialı ünvanına RG412GR/BB9910 nəqliyyat vasitəsi daxil olmuş yüklərin **********608 sorğu nömrəli xx xxxx 2020-ci il tarixli gömrük bəyannaməsi ilə Baş Gömrük İdarəsinə bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilmədiyi müəyyən edilmişdir. Belə ki, “Sahil” gümrük postunda daxil olmuş 34/026/008379 nömrəli xx xxxx 2020-ci il tarixli raporta əsasən Kayman Adalarının “X1 LTD” Şirkətinin filialının ünvanına RG412GR/BB9910 nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yük üçün qısa idxal bəyannaməsi təqdim olunmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Kayman Adalarının “X1 LTD” Şirkətinin filialının və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin hüquqi ünvanlarına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin tərəflərin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarında olan xx xxxx 2020-ci il tarixli, 3(006)-1247/2020 saylı bildirişdən görünür ki, Kayman Adalarının “X1 LTD” şirkətinin filialınınyerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu,Nizami 69, İSR Plaza 8-ci və 12-ci mərtəbəsində yerləşən ünvanına Nəsimi Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (xx xxxx 2020-ci il tarixli reyestr). İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli, 3(006)-1247/2020 saylı bildirişdən görünür ki, Kayman Adalarının “X1 LTD” Şirkətinin filialının yerləşdiyi Nəsimi rayonu,Nizami 69, İSR Plaza 8-ci və 12-ci mərtəbəsində yerləşən ünvanınaNəsimi Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (xx xxxxxxxx 2020-ci il tarixli reyestrin 19 sıra nömrəsi ilə). İşdə olan xx xxxx 2020-ci il tarixli barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında protokoldan görünür ki, Kayman Adalarının “X1 LTD” Şirkətinin filialının nümayəndəsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Baş Gömrük İdarəsinə dəvət olunaraq sorğu-sual edilmiş və verilmiş suallara cavab olaraq bildirmişdir ki, MMC-nin xx xxxx 2020-ci il tarixdə İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçərək ünvanına gələn nəqliyyat vasitəsi üçün gömrük orqanına əvvəllcədən elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Verilməməsinin səbəbi isə göndərilən şirkətin onlara malların gəlməsi barədə məlumatın gec verilməsi olmuşdur. Bununla da, Məhkəmə hesab edir ki, Kayman Adalarının “X1 LTD” Şirkətinin filialının nümayəndəsinin iş üzrə icraatda iştirakının təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tədbirlər həyata keçirilmişdir. Belə ki, vergi ödəyicilərinin məlumatlarında MMC-nin yeganə ünvanı kimi qeyd edilən ünvana bildirişlər göndərilmiş, həmçinin MMCnin nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədilə xx xxxxxx 2020-ci il tarixli məhkəmə iclası xx xxxxxxxx 2020-ci il tarixə təxirə salınmışdır. İş materiallarında olan Dövlət Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemindən malın çatdırılması və boşaldılmasına dair çıxarışdan görünür ki, idxalatçı Kayman Adalarının “X1 LTD” Şirkətinin filialının ünvanına göndərilən BB9910 nömrəli nəqliyyat vasitəsi xx xxxx 2020-ci il tarixdə, saat 19:29-da Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli, **********8608 saylı gömrük bəyannaməsinin surətindən görünür ki, həmin bəyannamənin “əvvəlki bəyannamə və sənədin xülasəsi” adlanan 40-cı qrafasında heç bir qeydiyyat aparılmamışdır. Beləliklə barəsində inzibati xəta haqqında icraat aparılan Kayman Adalarının “X1 LTD” Şirkətinin filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası Dövlət Gömrük İdarəsinin səlahiyyətli əməkdaşı tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, 00100-1061/20 saylı inzibati xəta haqqında protokolla və digər iş materialları ilə sübuta yetirilir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə uyğun olaraq mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına qısa idxal bəyannaməsi verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Kayman Adalarının “X1 LTD” Şirkətinin filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Kayman Adalarının “X1 LTD” şirkətinin filialının (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nzərədə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 (min beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət və ya protest verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-1247/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1247/2020
22.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver