Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1248/2023 01.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nəsimi RPİ-nin 21-ci PB-nin sahə rəisi, polis kapitanı X1, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2an Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs uşaqlarına məxsus 200 manat dəyərində paltarları blokdan oğurlayaraq, xırda talama inzibati xətasını törətmişdir. Bakı şəhər Nəsimi RPİ-nin 21-ci PB-nin sahə rəisi, polis kapitanı X2 tərtib etdiyi protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs uşaqlarına məxsus paltarları blokdan oğurlamaqla, sonuncuya 200 manat məbləğində maddi ziyan vurmuşdur. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, o, binaların bloklarına daxil olaraq atılmış əşyaları götürüb onları satmaqla ailəsini dolandırır. Paltarları oğurlamaq niyyəti olmamışdır, atılmaq üçün oraya qoyulduğunu düşünmüşdür, oğurluq etmək fikri olsaydı uşaq arabasını da götürərdi. Etdiyi hərəkətin səhv olduğunu anlayır və əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, o, Şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir. Şəxs qarşı heç bir şikayəti və maddi tələbi yoxdur. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin baş təhqiqatçısı, polis kapitanı Nicat Sadıqov tərəfindən qəbul edilmiş 01 mart 2023-cü il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış materialda Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin tərkib hissəsi yaranmadığından material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizədən müəyyən edilir ki, inzibati xəta törətmiş Şəxs tərəfindən törətdiyi inzibati xəta nəticəsində Zərərçəkmiş şəxs dəymiş maddi zərər ödənilmiş və onunla barışmışdır, Zərərçəkmiş şəxs Şəxs barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanılmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə görə bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.10-cu maddəsinə görə bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 53-cü, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-1248/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1248/2023
01.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver