Məhkəmə qərarları › İş №3(006)-1260/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1260/2021

17.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1260/2021 17.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında 20-ci polis bölməsinin sahə inspektoru protokolu tərtib etmiş şəxs: X2 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1991-ci il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, Bakı şəhəri, Nəsimi r-nu, Əfəndiyev küçəsi, ev 03, m.20-də qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, Koroğlu küçəsi, ev 07-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə tərtib olunmuş 16.05.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs oğlu 16 may 2021-ci il tarixdə, saat 03:58 radələrində Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi ilə A.Nəsibov küçəsinin kəsişməsində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin sahə inspektoru X4 izahat verərək göstərdi ki, 16.05.2021-ci il tarixdə, saat 03:20-də Post-patrul xidməti bölüyünün əməkdaşları xidmətdə olarkən Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsində yerləşən Xüsusi Dövlət Mühafizə Xidmətinə məxsus inzibati binanın hasarından bir nəfərin qanunsuz olaraq enməyə çalışdığını müşahidə etmişlər. Həmin şəxsə yaxınlaşdıqda o, qaçmağa cəhd etmiş, buna baxmayaraq onu yaxalayıb xidməti avtomobilə mindirməyə çalışdıqda sonuncu polis əməkdaşlarına müqavimət göstərməyə başlamışdır. 20-ci polis bölməsinə təhvil verildikdən sonra orada bu şəxsin Şəxs olduğu müəyyən edilmiş və tərəfindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilənləri nəzərə alaraq barəsində icraat aparılan şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu izahat verərək göstərdi ki, o, 16.05.2021-ci il tarixdə, saat 03:20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsində olarkən yaşadığı Masazır qəsəbəsinə qısa yolla getmək üçün inzibati binanın hasarından keçməyə çalışmış, bu zaman polis əməkdaşları dərhal ona yaxınlaşmışdır. Özlərini təqdim etdikdən sonra onu xüsusi mühafizə edilən ərazidən keçməyə çalışdığından hərəkətlərini şübhəli bilib şəxsiyyətinin müəyyənləşdirilməsi məqsədilə polis bölməsinə dəvət etmişlər. Lakin o, qorxduğu üçün həyəcanlanıb polislərə müqavimət göstərib oradan uzaqlaşmağa cəhd etmişdir. Buna baxmayaraq polis əməkdaşları onu saxlayıb 20-ci polis bölməsinə aparmışdır. Törətdiyi əmələ görə peşmandır. Göstərilənləri nəzərə alaraq ona yüngül cəzanın verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri X3 izahat verərək göstərdi ki, 16.05.2021-ci il tarixdə, saat 03:20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi ilə A.Nəsibov küçəsinin kəsişməsində iş yoldaşı İsa Əliyev ilə birlikdə xidmətdə olarkən bir nəfər şəxsin Xüsusi Dövlət Mühafizə Xidmətinə məxsus inzibati binanın hasarından keçməyə cəhd etdiyini müəyyən etmişlər. Onlar dərhal bu şəxsə yaxınlaşıb keçməyə çalışdığı ərazinin xüsusi mühafizə edildiyini və bu hərəkətinin qanunsuz olduğunu bildirdikdə sonuncu qaçmağa başlamışdır. Şübhəli hərəkətlərinə görə onu saxlayıb bölməyə aparmaq üçün post-patrul xidmətinə məxsus avtomobilə mindirdikdə o, polisin qanuni tələbinə tabe olmayıb müqavimət göstərmişdir. Bu səbəbdən həmin şəxsi raportla 20-ci polis bölməsinə təhvil vermişlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Eyni zamanda iş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 16 may 2021-ci il tarixdən, saat 05:45-də inzibati qaydada tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 16 may 2021-ci il tarixdən, saat 05:45-dən hesablansın. Qərarın icrası Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar