Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1261/2021 17.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək Əkbər oğlu, Şəxs (FİN: xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə prokuror tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərarı və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən M Ü Ə Y Y Ə N E T D İ M: Şəxs 04.07.2020-ci il tarixdə talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirdiyi Zərərçəkmiş şəxs məxsus “Kia Rio” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ünvan 1 ünvanın qarşısına gəldikdən sonra saat 16 radələrində avtomobilin salonunda olan, sonuncuya məxsus, üzərində 4 manatlıq 077 341-81-01 GSM nömrə ilə istifadə olunan bir ədəd 120 manat dəyərində “Samsung A3” markalı və 4 manatlıq 055 806-34-67 GSM nömrə ilə istifadə olunan bir ədəd 80 manat dəyərində “Huawei” markalı mobil telefon aparatlarını oğurlayaraq zərər çəkmiş şəxsə ümumilikdə 208 manat məbləğində ziyan vurmaqla xırda talama etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18.02.2021-ci il tarixli, 1(006)-65/2021 saylı qərarına əsasən Şəxs bu epizod üzrə inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq materiallar prokurorluq orqanına göndərilmişdir. Eyni zamanda həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, zərər çəkmiş şəxs Xəlilov X1 Əli Ağabala oğlu ilə barışmış, ona dəymiş zərər ödənildiyi üçün Şəxs qarşı şikayət və tələbi yoxdur. İş materiallarını araşdırıb, toplanılmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə görə bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.10-cu maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunan Məcəllənin 106.0-cı maddəsinə müvafiq olaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həmçinin işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən halların mövcud olub-olmamasını həll edir. İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinə görə bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2, 53 və 109-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1261/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1261/2021
17.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver