Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1261/2023 02.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, protokolu tərtib edən şəxs Nəsimi RPİ-nin 19-cu Polis şöbəsinin sahə inspektoru X2 iştirakları ilə, xx.xx.1994-cü ildə İsmayıllı rayonu, Qalınçaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, İsmayıllı rayonu, Qalınçaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə Nəsimi RPİ-nin 19-cu Polis şöbəsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 27 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən «Limon» adlı kafedə Zərərçəkmiş şəxs məxsus 200 manat dəyərində mobil telefonu dələduzluq yolu ilə ələ keçirmiş, bundan başqa 01 mart 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən «Fortuna» adlı kafedə zərərçəkmiş şəxs X4 məxsus 100 manat dəyərində mobil telefonu dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə X5 məlumat göndərilsə də, tərəf məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat təqdim etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin sahə inspektoru X7 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə və ərizə ilə Nəsimi RPİ-nin 19-cu PŞ-nə müraciət edərək, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən “Limon” adlı kafedə olarkən tanımadığı şəxsin ondan danışmaq üçün özünə məxsus “Samsung Galaxy A02” markalı mobil telefonu alaraq həmin yerdən uzaqlaşması barədə məlumat vermiş, bundan başqa xx.xx.2023-cü il tarixdə X8 ərizə ilə Nəsimi RPİ-nin 19-cu PŞ-nə müraciət edərək, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “Fortuna” adlı kafedə olarkən tanımadığı şəxsin ondan danışmaq üçün özünə məxsus “Xiaomi Redmi 9” markalı mobil telefonu alaraq həmin yerdən uzaqlaşması barədə məlumat vermişdir. Bundan sonra aparılmış əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxsin Şəxs olduğu müəyyən edilmiş və sonuncu polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilmiş, şəxs hər iki əməl üzrə etiraf edici izahat vermiş, daha sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Bundan başqa şifahi olaraq bildirmişdir ki, X5 dəymiş ziyan Şəxs tərəfindən ödənilmişdir və onun şikayət və tələbi yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, 27 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən «Limon» adlı kafedə Zərərçəkmiş şəxs mobil telefonunu zəng etmək məqsədilə etibarından suiistifadə edərək almış, daha sonra mobil telefonu götürüb kafedən uzaqlaşaraq tanımadığı şəxsə 40 manata satmış, bundan başqa 01 mart 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən «Fortuna» adlı kafedə X1 mobil telefonunu zəng etmək məqsədilə etibarından sui-istifadə edərək almış və tanımadığı şəxsə satmışdır. O, əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Lakin sonradan polis əməkdaşları tərəfindən saxlanılmış və etdiyi əməlləri etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onu Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinə gətirmişlər. Polis şöbəsində etdiyi əməli etiraf etmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Halhazırda törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, 27 fevral 2023-cü il tarixdə tanışı Əli adlı şəxs ona yük boşaltmasına köməklik etməyi üçün dəvət etmiş və bundan sonra Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən «Limon» adlı kafedə görüşmüşlər. Həmin kafedə olarkən sonradan şəxsiyyəti ona məlum olan Şəxs ona yaxınlaşaraq mobil telefonunu zəng etmək məqsədilə götürmüş, o da inandığından heç bir etiraz etməmiş, lakin sonuncu həmin obyektdən çıxdıqdan sonra geri qayıtmamışdır. Bundan sonra aiddyəti üzrə Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinə ərizə ilə müraciət edərək şikayətçi olmuşdur. Sonradan ona qarşı dələduzluq əməlini törədən şəxs yəni, Şəxs polis əməkdaşları tərəfindən saxlanılmış və 19-cu Polis şöbəsinə aparılaraq izahatı alınmışdır. Hal-hazırda ona dəymiş zərər Şəxs tərəfindən ödənilmədiyindən ona qarşı şikayətçidir və sonuncu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 01 mart 2023-cü il tarixdə, saat 19:00 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin təhqiqatçısı Cəmaləddin Mehvalıyev tərəfindən qəbul edilmiş 01 mart 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin baş təhqiqatçısı Elçin Bədəlzadə tərəfindən qəbul edilmiş 01 mart 2023-cü il tarixli qərardan görünür ki, X3 ərizəsi əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan inzibati xəta haqqında iş üzrə icraatların birləşdirilməsi barədə qərardan görünür ki, Zərərçəkmiş şəxs və X3 müraciətləri əsasında açılmış inzibati xəta haqqında iş üzrə icraatlar bir icraatda birləşdirilmişdir. Məhkəmə Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin polis sahə inspektoru X7 tərəfindən tərtib edilmiş 02 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyəti müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs müddətinin əvvəli 01 mart 2023-cü il tarixdən, saat 19:00dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X6 Məntəqəsinə və Nəsimi rayon polis idarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1261/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1261/2023
02.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver