Məhkəmə qərarları › İş №3(006)-1263/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1263/2021

17.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1263/2021 17.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 İnzibati xəta haqqında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin protokolu tərtib etmiş şəxs: icra məmuru X3 Zərər çəkmiş şəxs: Həsənova (İbrahimli) Ülviyyə Əbülfət qızının Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1986-cı ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, ev 07, mənzil 10-da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş 17.05.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25.06.2019-cu il tarixli, 2(004)-3947/2019 saylı icra sənədi üzrə 30.03.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 23.05.2019-cu il tarixdən başlayaraq borclu Şəxs hər ay 160 manat sabit pul məbləğində aliment və 20 manat dövlət rüsumu tutularaq tələbkar X1 ödənilməlidir. Bununla bağlı borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Həsənova (İbrahimli) Ülviyyə Əbülfət qızı bildirdi ki, hazırda 25.06.2019-cu il tarixli, 2(004)-3947/2019 saylı icra sənədinin icrasına dair borclu Şəxs ilə aralarında razılıq əldə olunmuşdur. Buna görə də onun inzibati məsuliyyətə cəlb edilməməsini və inzibati xəta haqqında protokola mahiyyəti üzrə baxılmadan geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında icra məmuru və barəsində icraat aparılan şəxs ərizənin həllini məhkəmənin mülahizəsinə təqdim etdilər. Məhkəmə Həsənova (İbrahimli) Ülviyyə Əbülfət qızı tərəfindən hazırkı protokolun baxılmadan geri qaytarılması barədə vəsatətini nəzərə alaraq hesab edir ki, bu vəsatət təmin edilməli və porotokol ona əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib edən quruma geri qaytarılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 52.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 52-ci və 132-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş 17.05.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar