Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1264/2022 12.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X4, tələbkar "xxxx" KB ASC-nin nümayəndəsi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1960-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, (FİN:xxxxxxx), evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Nəsimi Rayon İcra Şöbəsi Şöbəsinin icra məmuru X5 tərəfindən tərtib olunmuş 12.04.2022-ci il tarixli, MN ******* saylı nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-901/2014 nömrəli, 13.01.2014-cü il tarixli məhkəmə əmrlnin, 2(006)-4172/2014 nömrəli, 20.06.2014-cü il tarixli məhkəmə əmrinin və Bakı şəhəri 43 saylı Notariat Kontorunun 8İ-8827 nömrəli, 06.08.2021-ci il tarixli icra qeydinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X5 bildirmişdir ki, Nəsimi rayon Məhkəməsinin 2(006)-901/2014 nömrəli, 13.01.2014-cü il tarixli məhkəmə əmrinə əsasən borclu Şəxs "xxxx" KB ASC-nin xeyrinə 1675,95 manat əsas, 202,39 manat faiz, 82,30 manat cərimə borcu və 20 manat ödənilmiş dövlət rüsumu - cəmi 1980,64 manat məbləğində pul tutulmalıdır. Nəsimi rayon Məhkəməsinin 2(006)- 4172/2014 nömrəli, 20.06.2014-cü il tarixli məhkəmə əmrinə əsasən borclu Şəxs "xxxx" ASC-nin xeyrinə 1029 manat əsas, 389 manat faiz borcu, cəmi 1419 manat məbləğində pul tutulmalıdır. Bakı şəhəri 43 saylı Notariat Kontorunun 8827 nömrəli, 06.08.2021-ci il tarixli, 8İ-8827 nömrəli icra qeydinə əsasən Şəxs 4597,04 manat məbləğində pul "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İcra sənədləri şöbənin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlanılmış, tələblərin könüllü icrası haqqında borcluya bildirişlər göndərilmiş, lakim icra sənədləri bugünədək icra edilməmişdir. Borclu qeydiyyatda olduğu ünvanda yaşamır, müxtəlif ünvanlarda kirayə yaşayır. Bu səbəbdən barəsində axtarış verilməklə şöbəyə gətirilməsi təmin olunmudur. Borcunun adına qeydiyyatdan keçən heç bir əmlak müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Şəxs inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, onun məhkəmə qərarının icrasından boyun qaçırmaq niyyəti yoxdur. Əvvəllər borcundan vaxtlı-vaxtında ödənişlər etmişdir. Lakin sonra işdən çıxarıldığından borcunu ödəyə bilməmişdir. Borclarını birdəfəlik ödəmək üçün maddi imkanı yoxdur. Pandemiya ilə bağlı övladı da işləməmiş, hazırda işə düzəlmişdir. Borcunu hissə-hissə ödəyəcəkdir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar "xxxx" KB ASC-nin nümayəndəsi X2 izahatında bildirmişdir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-901/2014 nümrəli, 13.01.2014-cü il tarixli məhkəmə əmrinə əsasən borclu Şəxs "xxxx" KB ASC-nin xeyrinə 1675,95 (min altı yüz yetmiş beş manat, doxsan beş qəpik) manat əsas, 202,39 (iki yüz iki manat, otuz doqquz qəpik) manat faiz, 82,30 (səksən iki manat, otuz qəpik) manat cərimə borcu və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu - cəmi 1980,64 (min doqquz yüz səksən manat, altmış dörd qəpik) manat məbləğində pul tutulmalıdır. Lakin borclu Şəxs indiyə qədər borcunu ödəməmişdir. Ən azından hissə-hissə ödənişlər etsə, bunu nəzərə ala bilərlər. Göstərilənlərə əsasən Şəxs inzibati məsuliyyətə cəlb olunub-olunmaması ilə bağlı məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir və buna görə o, inzibati məsuliyyətə cəlb edilməlidir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-901/2014 nümrəli, 13.01.2014-cü il tarixli məhkəmə əmrinə əsasən borclu Şəxs "xxxx" KB ASC-nin xeyrinə 1675,95 (min altı yüz yetmiş beş manat, doxsan beş qəpik) manat əsas, 202,39 (iki yüz iki manat, otuz doqquz qəpik) manat faiz, 82,30 (səksən iki manat, otuz qəpik) manat cərimə borcu və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu - cəmi 1980,64 (min doqquz yüz səksən manat, altmış dörd qəpik) manat məbləğində pul tutulmalıdır. İcraata başlamaq haqqında 06.05.2016-cı il tarixli qərarın surətindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-901/2014 nümrəli, 13.01.2014-cü il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4172/2014 nümrəli, 20.06.2014-cü il tarixli məhkəmə əmrinə əsasən Şəxs "xxxx" ASC-nin xeyrinə 1029 (min iyirmi doqquz) manat əsas borc, 389 (üç yüz səksən doqquz) manat faiz borcu, cəmi 1419 (min dörd yüz on doqquz) manat məbləğində pul tutulmalıdır. İcraata başlamaq haqqında 26.05.2021-cı il tarixli qərarın surətindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-4172/2014 nümrəli, 20.06.2014-cü il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Bakı şəhəri 43 saylı Notariat Kontorunun 06.08.2021-ci il tarixli, 8İ-8827 nömrəli icra qeydinə əsasən Şəxs "xxxx" ASC-nin xeyrinə 4597,04 (dörd min beş yüz doxsan yeddi manat, dörd qəpik) manat məbləğində pul tutulmalıdır. İcraata başlamaq haqqında 10.08.2021-cı il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri 43 saylı Notariat Kontorunun 06.08.2021-ci il tarixli, 8İ-8827 nömrəli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən məhkəmə əmrinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, tələbkarın, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Nəsimi rayon Məhkəməsinin 2(006)-901/2014 nümrəli, 13.01.2014-cü il tarixli, 2(006)-4172/2014 nömrəli, 20.06.2014-cü il tarixli məhkəmə əmrləri və Bakı şəhəri 43 saylı Notariat Kontorunun 8İ-8827 nömrəli, 06.08.2021-ci il tarixli icra qeydinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs məhkəmə qərarında göstərildiyi qaydada üzərinə düşən öhdəliyi icra etməmiş və icra vərəqələrinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qərarına etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini və işin digər hallarını nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-1264/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1264/2022
12.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver