Məhkəmə qərarları › İş №3(006)-1265/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1265/2023

14.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1265/2023 14.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “OBA MARKET” MMC-nin nümayəndəsi X3 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Bakı şəhər şöbəsinin baş məsləhətçisi X2 tərəfindən tərtib edilmiş 28 fevral 2023-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 108 ünvanında yerləşən “OBA” marketdə xx.xx.2023-cü il tarixdə portağalın qiymət kağızında 1 kq-nın qiyməti 1,69 manat göstərildiyi halda kassada 1,79 manata hesablanmışdır. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi S.M.Bağırov protokolu müdafiə edərək bildirmişdir ki, vətəndaş X4 onlara daxil olmuş müraciətlərinin araşdırılması nəticəsində Şəxs MMC-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 108 ünvanında yerləşən marketdə portağalın qiymət kağızında 1,69 manat göstərilməsinə baxmayaraq, kassada 1,79 manat hesablanaraq satılması faktı müəyyən edilmişdir. Həmçinin o bildirmişdir ki, bu faktın Azərbaycan Respublikasının İXMnin 447.0.1-ci maddəsinin tərkibi yaratması kəmin maddənin qeyd hissəsində birmənalı olaraq göstərilmişdir. Göstərilənləri nəzərə alaraq ”OBA MARKET” MMC-nin barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “OBA MARKET” MMC-nin nümayəndəsi E.K.Əlizadə bildirmişdir ki, Azərbaycan Respublikasının İXM-nin 447.0.1-ci maddəsində məhsulun ölçüsünə, çəkisinə, hesabına, habelə istehsal xüsusiyyətinə və keyfiyyətinə dair istehlakçısının aldadılması nəzərdə tutulmuşdur. Lakin qiymətlə bağlı hissəsi həmin məcəllənin 445-ci maddəsinin tərkibini yaradır. Göstərilənləri nəzərə alaraq Şəxs MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsinə daxil olmuş xx.xx.2023-cü il tarixli Ş-001700 nömrəli müraciət vərəqəsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 108 ünvanında yerləşən “OBA” marketdə portağalın qiymət kağızında 1,69 manat göstərilməsinə baxmayaraq, kassada 1,79 manat hesablanaraq satılmasını bildirmiş və bununla bağlı tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan qəbzin və etiketin surətlərindən görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 108 ünvanında yerləşən “OBA” marketdə portağalın qiymət kağızında 1,69 manat göstərilməsinə baxmayaraq, kassada 1,79 manat hesablanaraq satılmışdır. İş materiallarında olan xx.xx.2023-ci il tarixli 30947 nömrəli satış çekinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 108 ünvanında yerləşən “OBA” marketdə portağalın 1 kq qiyməti 1,79 manat hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2023-ci il tarixli 3-21-1/2- 2854/2023 nömrəli istelakçılarının hüquqlarının müdafiəsi haqqında qanunvericiliyin tələblərinin pozulması barədə məktubundan görünür ki, Şəxs MMC-dən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin ünvan 2 ünvanında yerləşən inzibati binasında xx.xx.2023-cü il tarixdə saat 15:00-16:00-dək inzibati xəta haqqında protokulun tərtibində səlahiyyətli nümayəndənisinin iştikanı təmin etməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qaimədən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli məktubu Şəxs MMC-nin məsul şəxsi “Həsənzadə” adlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2023-ci il tarixli 3-21-1/2- N-xx/xx/2023 nömrəli inzibati xəta haqqında protokolun göndərilməsi barədə məktubundan görünür ki, inzibati xəta haqqında protokol Şəxs MMC-ə təqdim edilmişdir. Beləlikə də iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 108 ünvanında yerləşən ”OBA” marketdə xx.xx.2023-cü il tarixdə portağalın qiymət kağızında 1 kq-nın qiyməti 1,69 manat göstərildiyi halda kassada 1,79 manata hesablanmışdır. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən”inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına”və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə”uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri,”inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun”maliyyə və əmlak vəziyyəti,”xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hüquqi şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun”maliyyə və əmlak vəziyyətini,”habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alaraq hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 447.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4.000 (dörd min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar