Məhkəmə qərarları › İş №3(006)-1266/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1266/2022

15.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1266/2022 15.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək Əkbər oğlu, X1 barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsi tərəfindən qəbul edilmiş 19.08.2021-ci il tarixli, EXP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti və bu qərardan şikayət verilməsi üçün ötürülmüş müddətin bərpasına dair vəsatətin məhkəmə iclasında baxılmağa hazırlayarkən M Ü Ə Y Y Ə N E T D İ M: X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsi tərəfindən qəbul edilmiş 19.08.2021-ci il tarixli, EXP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayətlə müraciət edərək onun ləğv olunmasını xahiş etmiş, eyni zamanda həmin qərardan şikayət edilməsi üçün ötürülmüş müddətin bərpasına dair vəsatətlə müraciət etmişdir. Vəsatətdə göstərilmişdir ki, həmin qərar ona 04.03.2022-ci il tarixdə rəsmi qaydada verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. X2 barəsində 19.08.2021-ci il tarixdə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı ona 04.03.2022-ci il tarixdə rəsmi qaydada təqdim olunmasını göstərsə də, bu qərardan o, qanunla müəyyən edilmiş 10 gün müddəti ötürməklə şikayət vermiş və bunun üzürlü səbəblərini göstərməmiş, bununla bağlı dəlil təqdim etməmişdir. Belə olan halda hesab edirəm ki, inzibati tənbeh vermə haqqında qərardan şikayət edilməsi üçün ötürülmüş müddətin bərpasına dair vəsatət rədd olunaraq şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Eyni zamanda məhkəmənin sorğusuna Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsi tərəfindən təqdim edilmiş məlumatlardan aydın olur ki, X2 anoloji xətaya görə bir neçə dəfə inzibati məsuliyyətə cəlb edilmişdir. İnzibati Xətalar Məcəllənin 130.2 və 130.3-cü maddələrinə görə bu Məcəllənin 130.1ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-ci maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: X1 barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsi tərəfindən qəbul edilmiş 19.08.2021-ci il tarixli, EXP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatəti rədd edilsin. Şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar