Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1268/2020 23.06.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru x1, tələbkar x2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxx 1985-ci il tarixdə Ermənistan Respublikası, Quqark rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 23 iyun 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs Nəsimi Rayon Məhkəməsinin 31 mart 2017-ci il tarixli, 2(006)-526/2017 saylı icra sənədini üzrsüz səbəbdən icra etmir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru M.Ə.Xudaverdiyev inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 31 mart 2017-ci il tarixli, 2(006)-526/2017 saylı icra sənədinə əsasən Şəxs 31 oktyabr 2016-cı il tarixdən başlayaraq 22 noyabr 2008-ci il təvəllüdlü x6 və 03 iyun 2011-ci il təvəllüdlü x4 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq A.N.Əliyevaya ödənilməlidir. İcra sənədi üzrə icraata 19 may 2017-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən olunmuş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu icra sənədini icra etməmişdir. Bundan sonra, 19 dekabr 2019-cu il tarixdə borclunun axtarışı haqqında qərar qəbul edilmişdir. Həmçinin, icra sənədinin icrası ilə bağlı borclunun mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlakının, banklarda hesablarının olub-olmaması, sığortaolunan və ya əmək pensiyaçısı kimi qeydiyyata alınıb-alınmaması barədə aidiyyatı təşkilatlara sorğular verilmiş, lakin heç bir əmlak və ya gəlir aşkar edilməmişdir. Həmçinin bildirmişdir ki, Şəxs barəsində əvvəllər də bir dəfə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmiş, Abşeron Rayon Məhkəməsinin qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Qanuni qüvvədə olan məhkəmə qətnaməsini bugünədək icra etməməsi borclu Şəxs icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmasına əsas verir. Göstərilənlərə əsasən borclu Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə icra məmuru M.Ə.Xudaverdiyev məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, borclu Şəxs bütün çağırışlara vaxtı-vaxtında gəlmişdir. Həmçinin qeyd etmişdir ki, borclunun işləməsi hazırda məhkəmə prosesinin gedişində ona məlum olmuş və bu səbəbdən tələbin onun əmək haqqısına yönəldilməsi ilə bağlı heç bir icra hərəkəti etməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, Nəsimi Rayon Məhkəməsinin 31 mart 2017-ci il tarixli, 2(006)-526/2017 saylı icra sənədindən məlumatlı var. Borcunu vaxtlı-vaxtında ödəməyə çalışsa da maddi imkanı yaxşı olmadığı üçün tam şəkildə ödəyə bilməmişdir. Belə ki, “xxxxxxx” MMC şirkətində fəhlə vəzifəsində çalışır və onun aylıq əmək haqqısı 250 manat təşkil edir. Bundan başqa, o bildirmişdir ki, ona 31 oktyabr 2016-cı il tarixdən olan 8.800 manat aliment borcu hesablanmış, həmin məbləğdən 6.483 manat ödəmişdir. Həmçinin, iyun ayının sonu üçün 300 manat ödəniş edə bilər. Göstərilənlərə əsasən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil bildirmişdir ki, Şəxs məhkəmə qərarına hörmətlə yanaşır və onu icra etməkdən boyun qaçırmır. O, mümkün olduğu qədər alimenti ödəməyə səy göstərir. Belə ki, Şəxsona 31 oktyabr 2016-cı il tarixdən olan 8.800 manat aliment borcundan 6.483 manat məbləğində aliment ödənişi etmişdir, həmçinin bundan sonra da mütəmadi ödənişlər edəcəyinə və aliment borcunu da ödəyəcəyinə söz verir. Lakin icra məmuru tərəfindən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən göstərilən hallara heç bir əhəmiyyət verilməmişdir. Bundan başqa, icra məmuru tərəfindən borclunun gəlirləri və əmlak vəziyyəti barədə araşdırma da tam aparılmamış, sonuncunun mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlakının, daimi gəlir mənbəyinin olub-olmaması barədə müvafiq qurumlara sorğular verilməmişdir. Göstərilənləri nəzərə alaraq, inzibati xəta haqqında protokolun və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar A.N.Zülfiqarova öz izahatında bildirmişdir ki, o, yalnız alimentin ödənilməsində maraqlıdır. Lakin, borclu Şəxs alimenti ödəməkdən mütəmadi olaraq yayınır. Göstərilənləri nəzərə alaraq, ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək və proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol Nəsimi rayon İcra və Probasiya şöbəsinə qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, icra sənədi icra şöbəsinin icraatına daxil olduqdan sonra borclunun gəlirləri və əmlak vəziyyəti barədə tam araşdırma aparılmamışdır. İcra məmuru tərəfindən müvafiq orqanlara borclu Şəxs mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlakının, banklarda hesablarının olubolmaması, sığortaolunan və ya əmək pensiyaçısı kimi qeydiyyata alınıb-alınmaması barədə aidiyyatı təşkilatlara sorğular verilmiş, lakin heç bir əmlak və ya gəlir aşkar edilməmişdir. Lakin qeyd edilən araşdırmalar aparılsa da, icra məmuru tələbin borclu Şəxs əmək haqqısına yönəldilməsi ilə bağlı heç bir icra hərəkəti etməmişdir. Göstərilənlərə əsasən hazırki halda iş üzrə toplanmış materiallara əsasən icra sənədi üzrə tələbin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən qərəzli və ya üzürsüz səbəbdən icra edilməməsini məhkəmə iclasında müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, həmin materiallar əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra sənədinin icrasından yayınmasının qərəzli olub-olmamasını müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinə qaytarılsın. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-1268/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1268/2020
23.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver