Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1270/2021 18.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X6 İnzibati xəta haqqında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin protokolu tərtib etmiş şəxs: icra məmuru X8 oğlunun Barəsində icraat aparılan şəxs: Şəxs Barəsində icraat aparılan şəxsin “AİM” Vəkil bürosunun vəkili vəkili: X1 iştirakları ilə xx.xx.1956-cı ildə Gürcüstan Resublikası, Tbilisi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsi, ev 213, mənzil 18-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş 18.05.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola görə Şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22.08.2019-cu il tarixli, 2(006)-4142/2019, Bakı Apellyasiya Məhkəməsinin 30.09.2019-cu il tarixli, 2(103)-12302/2019 və 20.04.2017-ci il tarixli, 2(103)-3304/2017 saylı icra sənədləri üzrə müəyyən edilmiş borclarını tam şəkildə ödəməmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 izahat verərək göstərdi ki, borclu Şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22.08.2019-cu il tarixli, 2(006)-4142/2019 saylı icra sənədinə görə 53.000 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu X7, Bakı Apellyasiya Məhkəməsinin 30.09.2019-cu il tarixli, 2(103)-12302/2019 saylı icra sənədi üzrə 13.260 ABŞ dolları məbləğində pul vəsaiti qətnamənin icra edildiyi günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və 45 manat məbləğində dövlət rüsumu üçün ödənilmiş məhkəmə xərcləri X3, Bakı Apellyasiya Məhkəməsinin 20.04.2017-ci il tarixli, 2(103)-3304/2017 saylı icra sənədi üzrə 144.000 avro məbləğində pul manata uyğun məzənnə ilə X5 xeyrinə tutulmalıdır. Şəxs icra sənədlərinin icrası ilə bağlı dəfələrlə xəbərdarlıq edilsə də, onun olduğu yer müəyyən edilə bilinməmiş, barəsində 24.09.2020-ci il tarixli, 70622 saylı axtarış işi açılmış və bu gün o, icra qurumuna təqdim edilmişdir. Qeyd olunanları nəzərə alaraq onun inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, barəsində olan icra sənədlərinin icrasından yayınmır, belə fikri olmayıb, sadəcə qeydiyyatda olduğu ünvanda yaşamadığından icra məmurunun çağırışlarından xəbər tutmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 20.04.2017-ci il tarixli, 2(103)-3304/2017 saylı icra sənədi üzrə olan borcundan 182.142 manat ödəmiş, 100.000 manata yaxın ödənişi qalmışdır. Digər iki icra sənədinə dair isə əvvəllər ümumiyyətlə məlumatı olmamış, onlardan bu gün xəbər tutmuşdur. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin 30.09.2019-cu il tarixli, 2(103)-12302/2019 saylı icra sənədi üzrə Fərid Axundova 2.000 manat ödəməyi təklif etsə də, sonuncu bunu qəbul etmir. Göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili X4 izahatında bildirdi ki, Şəxs hazırda məsuliyyətə cəlb edilməsi üçün qanuni əsaslar mövcud deyil. Belə ki, Şəxs barəsində olan icra sənədlərindən ikisi ilə bu gün tanış olmuş, 20.04.2017-ci il tarixli, 2(103)-3304/2017 saylı icra sənədi üzrə isə ödənişlər etmiş, hazırda da etməkdədir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirirək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, Nəsimi rayon İcra və probasiya şöbəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22.08.2019-cu il tarixli, 2(006)-4142/2019 saylı icra sənədi ilə bağlı 22.06.2020-ci il, Bakı Apellyasiya Məhkəməsinin 30.09.2019-cu il tarixli, 2(103)-12302/2019 saylı icra sənədi ilə bağlı isə 06.08.2020-ci il tarixdə icraat başlanılsa da, borclunun olduğu yeri müəyyən etmək mümkün olmadığından onun axtarılması barədə qərar qəbul edilmiş və Şəxs 18.05.2021-cu il tarixdə şöbəyə gətirildikdən sonra sözügedən icra sənədləri ilə həmin gün tanış olmuşdur. Məhkəmənin sözügedən icra sənədi ilə bağlı “İcraata başlamaq haqqında” qərar və Könüllü icra barədə” bildiriş də məhz həmin gün Şəxs təqdim edilərək ona icra sənədini 10 gün müddətində könüllü icra olunması təklif olunmuşdur. Şəxs barəsində olan digər Bakı Apellyasiya Məhkəməsinin 20.04.2017-ci il tarixli, 2(103)-3304/2017 saylı icra sənədi üzrə isə indiyə kimi borc məbləğinin bir qismi ödənilmiş, qalanı ilə bağlı da icra hərəkətləri həyata keçirilməkdədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə görəicra məmuruicra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərardaicra məmuruicra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə,həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla,icraata başlanıldığı vaxtdan ən çoxuon gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Qeyd olunan Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədiicra məmurutərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda,icra məmuruborclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir(vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Göründüyü kimi, icra məmuru tərəfindən borcluya icra sənədi üzrə müəyyən olunmuş müddət bitmədiyi üçün inzibati xəta haqqında protokol tərtib olunması istisna olunur, bununla da İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə icraat başlanıla bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-cı maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə görə bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi rayon icra və probasiya şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1270/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1270/2021
18.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver