Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1272/2022 16.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.1985-ci ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), Şuşa rayonu, Daşaltı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 334.1-ci maddələri üzrə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2022-ci il tarixdə, saat 07:53 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “20 Yanvar” dairəsində “Volkswagen Passat” markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini onu idarə etmək hüququ olmadan sərxoş halda idarə etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə iş üzrə icraata xitam verilsə də, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə rayon məhkəməsinin qərarı ləğv edilərək iş yenidən baxılması üçün göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, xx.xx.2022-ci il tarixdə, saat 07:53 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “20 Yanvar” dairəsində “Volkswagen Passat” markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən içkili vəziyyətdə olmamışdır. Bununla bağlı müayinədən keçərək müvafiq arayış da almışdır. Saxlanılmamışdan bir gün əvvəl günorta saatlarında pivə içmişdir. Yol patrul xidmətinin işçisi ona bildirmişdir ki, əgər texniki göstərici ilə razı olduğu təqdirdə, onun barəsində protokol tərtib etməyəcək. O da ona görə texniki göstəricinin nəticəsi ilə razı olduğunu qeyd etmişdir. O zaman sürücülük vəsiqəsi olmasa da, hadisədən sonra 22 aprel tarixdə yeni vəsiqə əldə etmişdir. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitənin çıxarışından görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 07:46-da **-MJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin “Mirzəyev” soyadlı sürücüsündə aşkar edilmiş alkoqolun miqdarı 0,306‰ təşkil edir; “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında Protokol”a əsasən Şəxs spirtli içki (pivə) qəbul etdiyi, alkotesterin nəticəsi ilə razı olduğu və həkimə getməyə ehtiyac olmadığı barədə qeyd aparmışdır; xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2022-ci il tarixdə, saat 07:53 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “20 Yanvar” dairəsində “Volkswagen Passat” markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini onu idarə etmək hüququ olmadan sərxoş halda idarə etmişdir. xx.xx.2022-ci il tarixli, 2/7326 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi Aktı”na əsasən Şəxs saat 10:47-də alkoqol qəbulu əlamətləri müəyyən edilməmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir və o, həmin maddə üzrə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyət nəzərdə tutur. Həmin Məcəllənin 333-cü maddəsinin Qeyd hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən təqdim edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi Aktı” ilə bağlı bildirir ki, sərxoşluq faktı 11 aprel 2022-ci il tarixdə, saat 07:46 radələrində yerində aşkar olunmuş, bununla əlaqədar hadisə yerində tərtib edilmiş “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokol” tərtib edilmişdir. Həmin protokolda Şəxs spirtli içki qəbul etdiyini etiraf edərək bu barədə qeyd aparmış, eyni zamanda alkotesterlə keçirilən yoxlama nəticəsində əldə olunmuş nəticəyə əsasən onda aşkar edilmiş alkoqolun miqdarı 0,306‰ təşkil etmişdir. Bununla belə 3 saat fərqindən sonra saat 10:47 radələrində ona tibbi müayinə aktı verilmişdir. Bu zaman ərzində isə şəxs təbii yolla və ya müxtəlif vasitələrdən istifadə etməklə ayıla, bu da sərxoşluq vəziyyətinin aradan qalxmasına yetərli hesab oluna bilər. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bu Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini və digər halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Eyni zamanda inzibati xəta haqqında protokolda Şəxs İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törətməsi məsələsinə dair işə baxılması həmin Məcəllənin 43-cü maddəsinə görə məhkəmənin səlahiyyətinə deyil, daxili işlər orqanlarının səlahiyyətlərinə aid olduğundan, məhkəmə bu məsələyə hüquqi qiymətin verilməsini məqdədəuyğun hesab etmir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Şəxs İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törətməsi məsələsinə hüquqi qiymətin verilməsi ilə əlaqədar müvafiq sənədlər aidiyyəti daxili işlər orqanına göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1272/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1272/2022
16.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver