Məhkəmə qərarları › İş №3(006)-1274/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1274/2022

29.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1274/2022 29.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X1, şikayətçi X2 iştirakları ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər idarəsinin 28 fevral 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər idarəsinin 28 fevral 2022ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X.V.Rüstəmov 01.10.2021-ci il tarixdə "xxxx" MMC-nin Kredit Departamentində qrup rəhbəri vəzifəsinə işə qəbul edilmişdir. İşçi Azərbaycan Respublikası ƏƏSMN yanında X3 Xidmətinin Bakı şəhər idarəsinə müraciət edərək əmək hüquqlarının pozulmasını bildirmişdir. Bununla bağlı bütün zəruri sənədlər və sübutlar səlahiyyətli orqana təqdim edilmişdir Təqdim edilən mühüm əhəmiyyət kəsb edən sənədləri araşdırmayan ƏƏSMN vanında X3 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən vətəndaş X.V.Rüstəmovun əmək və məzuniyyət haqlarının ödənilməsində qanun pozuntusuna yol verdiyini hesab edərək barəsində MN № ******* nömrəli 28.02.2022-ci il tarixli inzibatı tənbeh vermə haqqında qərar qəbul edilərək Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 1.000 (bir min manat) inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Hesab edir ki, X3 Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən qəbul edilən № ******* nömrəli, 28.02.2022-ci il tarixli inzibatı tənbeh vermə haqqında qərar əsassızdır və İXM-nin tələbləri pozulmaqla qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, işçi X.V.Rüstəmov 14 dekabr 2021-ci il tarixdən işə götürənə heç bir məlumat vermədən işə gəlməyərək, icazəsiz iş günü buraxdığını, 03 (üç) gün ərzində Cəmiyyətin Baş ofisinə gəlməməsini, iş buraxmanı əsaslandıran sənədləri, sübutlarını, yazılı izahatını, habelə Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulan hər hansı bir hal mövcud olduğu halda həmin halları sübut edən sənədləri təqdim etməsim tələb olunmuş, əks halda onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, birtərəfli qaydada xilam veriləcəyi bildirilmişdir. Lakin həmin məktub cavabsız qalmışdır. X.V.Rüstəmova 07 yanvar 2022-ci il tarxində 38/k-1 nömrəli məktub ünvalayaraq, noyabr ayı üçün nəzərdə tutulmuş, lakin dekabr ayında təqdim etdiyi ******* nömrəli xəstəlik vərəqəsini əvvəlki iş yerinə son 12 ayın əmək haqqına dair arayış təqdim etmədiyinə görə, qeyd olunan xəstəlik müavinətinin hesablayıb ödənilə bilmədiyi, ən qısa müddətdə əvvəlki iş yerində son 12 ayın əmək haqqısına dair arayış "xxxx" MMC-yə təqdim edilməsi təklif olunmuşdur. Lakin, X.V.Rüstəmov tərəfindən heç bir arayış təqdim edilməmişdir. İşçi X.V.Rüstəmova 01 mart 2022-ci il tarixli, 547/K №-li sonuncu xəbərdarlıq məktubu göndərilərək, 14 dekabr 2021-ci il tarixdən işə götürənə heç bir məlumat vermədən işə gəlməyərək, icazəsiz iş günü buraxdığını, 2 (iki) gün ərzində Cəmiyyətin Baş ofisinə gəlməsini, iş buraxmanı əsaslandıran sənədləri, sübutlarını, yazılı izahatını, habelə Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulan hər hansı bir hal mövcud olduğu halda, həmin halları sübut edən sənədləri təqdim etməsim tələb olunmuş, əks halda onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, birtərəfli qaydada xitam veriləcəyi bildirilmişdir. Lakin həmin məktub cavabsız qalmışdır. X.V.Rüstəmov iddia edir ki, guya o artıq saatlan işləmişdir. Şikayətə əlavə edilmiş sənədlərdən görünür ki, işçi X.V.Rüstəmov 14 dekabr 2021-ci il tarixdən işə götürənə heç bir məlumat vermədən işə gəlməyərək, icazəsiz iş günü buraxmışdır. Müəssisə tərəfindən təqdim edilən tabel cədvəllərindən görünür ki, işçi iş vaxtından əlavə artıq işlərə cəlb edilməmişdir. X3 Xidmətinin Bakı şəhər İdarəsinin müfəttişi Səlimə Quliyeva müəssisə tərəfindən təqdim edilmiş, tabel cədvəllərinə əhəmiyyət verməmiş, işçinin təqdim etdiyi lakin müəssisəyə heç bir aidiyyəti olmayan qeyri-müəyyən orijinal sənəd olmayan və müəssisə tərəfindən təsdiqlənməmiş tabel cədvəllərinə istinad edərək, işçinin guya artıq iş saatlarına cəlb olunması halının olmasını və həmin hal üzrə işçiyə ödəniş edilməməsini əsas gətirərək ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 1.000 (bir min manat) inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məlumat üçün bildirir ki, X.V.Rüstəmov xəstəlik vərəqəsini baş ofisə gec təqdim etdiyindən (dekabr 2021-ci ildə) görə proqram təminatı həmin ayın maaşını səhvən tam şəkildə ödəmişdir. Bu səbəbdən 279.50 manat əvəzinə 456.50 manat məbləğində pul vəsaiti işçinin əmək haqqı kartına daxil olmuşdur. Beləliklə, noyabr 2021-ci ilin dövrü üçün əməkdaşın kartına 177.00 manat artıq ödənilmişdir. Daha sonra dekabr 2021-ci il dövründə əməkdaş faktiki olaraq 9 gün işləmiş, işlədiyi günlərə görə konkret olaraq 195.02 manat hesablanmışdır. Lakin yuxarıda qeyd etdiyi kimi, öncəki ayda əməkdaşa artıq məbləğ ödənildiyindən, xəstəlik vərəqəsi əməkdaş tərəfindən gec təqdim olunduğuna görə (dekabr 2021-ci il) həmin məbləğin (177 manat) bir qismi (83.27 manat) tutularaq nəticədə əməkdaşın bank hesabına dekabr ayının əmək haqqısı kimi, 111.75 manat mədaxil olunmuşdur. Tutmalı olduqları 177 manat əvəzinə 83.27 manat tutulduğuna görə əməkdaşa 93.73 manat artıq pul vəsaiti ödənilmişdir. Lakin artıq ödənilmiş məbləğlə bağlı heç bir tələbləri olmamışdır. Eyni zamanda bildirir ki, işçinin təqdim etdiyi xəstəlik vərəqəsi üzrə müavinəti işçinin əvvəlki iş yerində son 12 ayın əmək haqqısı məlumatları mövcud olmadığına görə, habelə dəfələrlə edilmiş müraciətlərə əsasən işçi bu məlumatı onlara təqdim etmədiyinə görə ödəmək mümkün olmamışdır. İşçiyə əvvəlki iş yerində son 12 ayın əmək haqqısına dair arayışı təqdim etməsinə dair 38/k-l nömrəli, 07 yanvar 2022-ci il tarixli müraciət göndərilmişdir. Qeyd olunan hallar və sübutlar səlahiyyətli orqana təqdim edilməsinə baxmayaraq, şikayəti araşdıran ƏSSMN yanında X3 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən bu hallara qiymət vermədən inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. X3 Xidmətinin Bakı şəhər İdarəsinin sorğusuna verdikləri cavab məktubuna əlavə edilmiş, tabel cədvəllərinə nəzər yetirdikdə məlum olur ki, vətəndaş X.V.Rüstəmov əmək müqaviləsinə uyğun iş rejimində işləmiş, əlavə iş saatlarına cəlb edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 102-ci maddəsinin 2-ci bəndinə əsasən iş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir. Bildirmişdir ki, "xxxx" MMC-də iş vaxtının uçotu forması X.V.Rüstəmov tərəfindən təqdim edilən cədvəllər formasında (qaydasında) aparılmır və həmin cədvəllər "xxxx" MMC tərəfindən iş vaxtının uçotunu aparılması qaydası və formasını özündə ehtiva etmir. Əmək Məcələsinın 102-ci maddəsinə əsasən iş vaxtının aparılması forması qaydası işəgötürənin üzərindədir, işçinin üzərində deyil Azərbaycan Respublikası Əmək Məcəlləsinin İşçi iş vaxtının uçotunu aparılması formasını, qaydasını müəyyən etmir, iş vaxtının uçotunun aparılması sənədini tabeli hazırlamır, işçi özü tərəfindən hazırlanan hər hansı 99-cu maddəsinin 1-ci bəndinə əsasən, iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində verinə yetirməsi sayılır. Bir imzalı cədvəl surətlərini müəssisənin adından təqdim edə bilməz. İşçinin tabel cədvəli adı altında təqdim etdiyi müəssisəyə məxsus olmayan cədvəllər işçinin iş vaxtından artıcı müddət ərzində əmək funksiyasını icra etməsini təsdiq etmir. Eyni zamanda, iş vaxtının uçotu tabeli onun tərəfindən təsdiq olunmuş nümunələr X3 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmiş, həmin tabel cədvəllərinə əsasən vətəndaşın iş saatlarından artıq işlərə cəlb edilməsi aşkarlanmamışdır, lakin müfəttiş müəssisə tərəfindən təqdim edilmiş tabel cədvəllərinə, cavab məktubunda qeyd olunmuş nüanslara və təsdiqləyici sənədlərə əhəmiyyət verməyərək, mənbəyi məlum olmayan qeyrimüəyyən, "xxxx" MMC-yə aid olmayan davamiyyət cədvəlini əsas götürərək inzibati xəta haqqında protokol tərtib etmiş, X3 Xidmətinin Bakı şəhər İdarəsi inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Eyni zamanda, inzibati xəta haqqında icraat gedərkən, X3 Xidmətinin Bakı şəhər idarəsinə müəssisə tərəfindən təqdim olunmuş sənədlərdən və bank çıxarışlarından açıq-aydın məlum olur ki, həmin dövrdə işçiyə texniki səhv nəticəsində artıq ödəniş halı mövcud olmuş, lakin müəssisə həmin artıq ödənişin işçidən geri alınmasına dair iddia irəli sürməmiş, buna baxmayaraq işçiyə artıq pul vəsaiti ödənildiyi halda inzibati tənbeh haqqında qərar qəbul edilmişdir. Belə ki, ƏƏSMN yanında X3 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən vətəndaş X.V.Rüstəmovun əmək və məzuniyyət haqlarının ödənilməsində qanun pozuntusuna yol verildiyini hesab edərək barəsində MN № ******* nömrəli 28 02.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 1.000 (bir min) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bundan əlavə, iş materiallarına əlavə edilmiş sənədlərdən də görünür ki, səlahiyyətli orqan tərəfindən barəsində inzibati tənbeh tətbiq edilərkən həmin işdə iştirakını təmin edilməmişdir. Belə bir vəziyyətdə mütləq iş üzrə vəzifəli şəxs kimi o, inzibati xəta haqqında protokol tərtib edilməzdən əvvəl səlahiyyətli orqana dəvət etməlidirlər. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraatın aparılması barədə vaxtında məlumat verilməmiş, işdə iştirakı təmin edilməmişdir. Halbuki, onu və ya müdafiəçinin dəvət olunaraq hüquq və vəzifələri barədə məlumat almaq, izahat vermək, protokolun məzmunu barədə, o cümlədən inzibati xətanın törədilməsinin səbəbləri barədə mülahizələrini təqdim etmək imkanı verilməlidir. Yuxarıdakılara əsasən barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin həmin işdə iştirakı təmin edilmədən, İXM ilə müəyyən edilmiş yuxarıdakı prosessual pozuntular törədilməklə barəsində inzibati tənbeh qərarı qəbul edilmişdir. Bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə onun barəsində inzibati xəta haqqında iş üzrə icraatın aparılması barədə vaxtında məlumat verilməmiş, işdə iştirakı təmin edilməmişdir. Həmçinin onun özü və ya müdafiəçisi müdafiəçisi dəvət olunaraq hüquq və vəzifələri barədə məlumat almaq, izahat vermək, protokolun məzmunu barədə, o cümlədən inzibatı xətanın törədilməsinin səbəbləri barədə mülahizələrini təqdim etmək imkanı verilməmişdir. Belə ki, X3 xidmətinin Bakı şəhər İdarəsinin inzibati xəta haqqında işə baxılmasına dair bildirişdə qeyd edilir ki, inzibati xəta haqqında işə baxılmasında görüş saat 28 fevral 2022-ci il tarixinə təyin edilmişdir. Azərpoçtun zərfinin üzərində möhürə diqqət edərək müəyyən edə bilərsiniz ki, məktub ona gec 28 fevral 2022-ci il tarixində çatdırılmışdır. Habelə, göndərilmiş bildirişdə "xxxx" MMCnin rəhbərliyinə sözləri qeyd edilərək, məktub konkret olaraq ona ünvanlanmamışdır İXMnin 60-cı maddəsinin 3-cü bəndinə əsasən, işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Halbuki, İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İXM-nin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir, inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətim almaq hüququ vardır. İXM-nin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İXM-nin 100.2, 100.3, 100.4-cü maddələrindəki hüquqları fiziki şəxsə və vəzifəli şəxsə münasibətdə, yalnız həmin fiziki və vəzifəli şəxsin özü həyata keçirə bilər. Hüquqi şəxsə münasibətdə isə, həmin hüquqi şəxsin nümayəndəsi həyata keçirə bilər. Yuxarıdakılara əsasən barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin həmin işdə iştirakı təmin edilmədən İXM ilə müəyyən edilmiş yuxarıdakı prosessual pozuntular törədilməklə barəsində inzibati tənbeh qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Formal cəhətdən mövcud olan əməldə şəxsin təqsirinin mütləq müəyyən edilməli olması Konstitusiya Məhkəməsinin də qərarlarında öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının 4 3.1.3-cü yarımbəndinə dair” 28.02.2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, İXM-nin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibatı xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər ücün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Qeyd edilən həmin prosessual pozuntular işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə olduğundan, son nəticədə qanuni və əsaslı olmayan qərarın qəbul edilməsinə gətirib çıxartmışdır. Qeyd edilən həmin prosessual pozuntular işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə olduğundan, son nəticədə qanuni və əsaslı olmayan qərarın qəbul edilməsinə gətirib çıxartmışdır. Qeyd edilənlərə əsasən hesab edir ki, inzibatı işə baxılarkən İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması müəyyən edildiyindən qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Hesab edir ki, X3 Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən qəbul edilən MN № ******* nömrəli 28 02.2022-ci il tarixli inzibatı tənbeh vermə haqqında qərar əsassızdır və İXM tələbləri pozulmaqla qəbul edildiyindən ləğv edilməlidir. Göründüyü kimi, şəxs yalnız o halda inzibati məsuliyyətə cəlb olunub tənbehə məruz qala bilər ki, o yalnız İXM-də nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş olsun. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsinin MN ******* nömrəli 28.02.2022-ci il tarixli inzibatı tənbeh vermə haqqında qərarı 10 mart 2022-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Göstərilənlərə əsasən barəsində inzibati icraat aparılan şəxs onun haqqında Azərbaycan Respublikasının İXM-nin 192.4-cü maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsinin MN № ******* nömrəli 28.02.2022-ci il tarixli inzibatı tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi Ə.T.Əsgərov şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, X.V.Rüstəmov işə qəbul edilmiş, sonra isə səbəbsiz yerə işə gəlməmişdir. Dəfələrlə ona xəbərdarlıq edilməsinə baxmayaraq işə gəlməmişdir. Belə ki, ona ödənilmiş əmək haqqlarının tabel cədvəlləri var, şirkətdə tabel cədvəlini işə götürən tərtib edir. Lakin X.V.Rüstəmov özündən tabel tərtib etmiş və özünə iş vaxtından artıq işlədiyini qeyd etmiş və işə 08:30-da gəldiyini və iş yerini 19:00-da tərk etdiyini göstərmişdir. Lakin bunu heç nə ilə əsaslandırmamışdır. X.V.Rüstəmova rəhbərlik tərəfindən neçə dəfə işə çıxmasını deyilsə də o, işə çıxmamış, sonuncu uzun müddət keçəndən sonra iş yerinə xəstəlik barədə kağız təqdim etmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi L.Z.İsmayılova etirazla müraciət edərək bildirmişdir ki, X.V.Rüstəmov 13.01 2022-ci il tarixdə X3 Xidmətinin Bakı şəhər idarəsinə ərizə ilə müraciət edərək "xxxx" MMC tərəfindən əmək hüquqlarının pozulduğunu bildirmişdir. X3 Xidmətinin Bakı şəhər idarəsi araşdırma aparmaq məqsədilə müəssisədən bir sıra sənədlər tələb etmişdir. Vətəndaşın təqdim etdiyi, eyni zamanda müəssisədən daxil olan sənədlər əsasında müəyyən olmuşdur ki, X.V.Rüstəmovun əmək hüquqları kobud şəkildə pozulmuşdur. X.V.Rüstəmov izahatında bildirir ki, "xxxx" MMC-də 01.10.2021-ci il tarixdən 3 (üç) aylıq sınaq müddəti olmaqla Kredit departementinin qrup rəhbəri vəzifəsinə təyin olunmuş, lakin sınaq müddəti hələ bitməmiş 15.12.2021-ci il tarixdə ona telefonla zəng gələrək sınaq müddətindən keçmədiyi bildirilmiş, buna əsasən da işə gələməməsi deyilmişdir. X.V.Rüstəmov 17.12.2021-ci ilədək işə çıxmış, eyni zamanda rəhbərliyin göstərişi ilə bir neçə gün hətta iş vaxtından əlavə işlərə cəlb olunmuş və artıq saatlara görə heç bir ödəniş olunmamışdır. X3 Xidmətinə təqdim olunmuş sənədlərdən də məlum olur ki, həqiqətən də "xxxx" MMC-nin “AĞDAM” filialının möhürü ilə təsdiq olunmuş tabel cədvəlində X.V.Rüstəmov ilə yanaşı digər işçilərin də iş vaxtından artıq vaxtından əlavə işlərə cəlb olunmuşdur. Bu isə Əmək Məcəlləsinin 165-ci maddəsinin tələblərini ciddi şəkildə pozur. Həmin Məcəlləinin 165-ci maddəsinin 1-ci hisəsində deyili ki, işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; Həmin bəndin tələbləri pozulduğu üçün İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Göstərilənləri nəzərə alaraq "xxxx" MMC-nin X3 Xidmətinin Bakı şəhər idarəsinin 28.02.2022-ci il tarixili MN ******* saylı qərarından verdiyi şikayəti əsassız hesab edərək qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 17 fevral 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin işçisi X.V.Rüstəmov 2021-ci ilin dekabr ayında iş vaxtından artıq işlərin görülməsinə cəlb edilmiş, lakin əmək haqqı düzgün hesablanıb ödənilməmişdir, buna görə də "xxxx" MMC-nin direktoru Ə.T.Əsgərov barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan 28 fevral 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Ə.T.Əsgərov tərəfindən X.V.Rüstəmovun əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət ödənişlərinin hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar qanun pozuntularına yol verilmiş buna görə də sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1.000 (bir min) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 21 yanvar 2022-ci il tarixli, №106/k saylı "xxxx" MMC-nin direktoru Ə.T.Əsgərovun X.V.Rüstəmova ünvanladığı məktubun surətindən görünür ki, X.V.Rüstəmov 14 dekabr 2021-ci il tarixindən 21 yanvar 2022-ci il tarixədək işəgötürənən heç bir məlumat vermədən, işə gəlməyərək, icazəsiz iş günü buraxmışdır. Etdiyi pozuntu onunla MMC arasında bağlanmış əmək müqaviləsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) birtərəfli qaydada xitam verilməsinə əsassdır. Bununla əlaqədar X.V.Rüstəmovdan bildirişi poçt xidməti vasitəsi ilə aldıqdan 03 (üç) gün ərzində cəmiyyətin baş ofisinə birgə yazılı izahatını, habelə Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulan hər hansı bir hal mövcud olduğu halda həmin halları sübut edən sənədləri və s. təqdim edilməsi tələb olunmuş, əks halda onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən birtərəfli qaydada xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 01.10.2021-ci il tarixli, 1322/21 saylı əmək müqaviləsinin surətindən görünür ki, X.V.Rüstəmov "xxxx" MMC-də 01.10.2021-ci il tarixdən 28.02.2022-ci il tarixədək kredit departamenti, qrup rəhbəri vəzifəsinə təyin edilmiş və həmin müqaviləyə əsasən onun əmək haqqısı 500 (beş yüz) manat müəyyən edilmişdir. İş materiallarında olan 08.02.2022-ci il tarixli “ABB” bankından olan hesabdan çıxarışdan görünür ki, X.V.Rüstəmovun bank hesabına 09.12.2021-ci il tarixdə 456.50 manat, 07.01.2022-ci il tarixdə isə 111.75 manat əmək haqqı yerləşdirilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin noyabr 2021-ci ilinə əmək haqqı hesablama cədvəlindən görünür ki, X.V.Rüstəmova ödənilməli məbləğ 279.50 manat, faktiki ödənilmiş məbləğ 456.50 manat və əlavə ödənişdən yaranan fərq 177 manat təşkil etmişdir. İş materiallarında olan "xxxx" MMC-nin dekabr 2021-ci ilinə əmək haqqı hesablama cədvəlindən görünür ki, X.V.Rüstəmova ödənilməli məbləğ 195.02 manat, əvvəlki ayın artıq ödəməsinə dair tutulma 83.27 manat, tutulmadan sonra ödənilməli məbləğ 111.75 manat və işçiyə ödənilmiş əlavə ödənişdən qalıq 93.73 manat təşkil etmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, X.V.Rüstəmov 01.10.2021-ci il tarixdə "xxxx" MMC-də kredit departamenti, qrup rəhbəri vəzifəsinə təyin edilmiş, lakin sonuncu MMC-nin rəhbərliyinə heç bir məlumat vermədən 14.12.2021-ci il tarixdən iş yerinə gəlməmiş, bununla da sonuncuya "xxxx" MMC rəhbərliyi tərəfindən xəbərdarlıq edilməklə, MMC ilə arasında bağlanmış əmək müqaviləsinə MMC tərəfindən birtərəfli qaydada xitam verilmişdir. Bundan başqa məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" MMC-nin direktoru Ə.T.Əsgərov barəsində Azərbaycan Respublikasının ƏƏSMN yanında X3 Xidməti Bakı şəhər idarəsi tərəfindən inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən sonuncu idarəyə dəvət edilməmiş, ona hüquqları və vəzifələri izah edilməmişdir. Bununla da, Ə.T.Əsgərov müdafiə hüququ pozulmuşdur. Belə ki, X3 Xidməti Bakı şəhər idarəsi tərəfindən "xxxx" MMC-nin direktoru Ə.T.Əsgərov barəsində düzgün araşdırılma aparılmadan və əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göstərilən səbəblərdən də, Məhkəmə belə hesab edir ki, Ə.T.Əsgərovun əməlində inzibati xəta hadisəsi olmamışdır. Ona görə də, şikayət təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər idarəsinin 28 fevral 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və Ə.T.Əsgərovun barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddədə deyilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Yəni inzibati tənbeh verən orqan şəxsin təqsirini sübut etməlidir. Təqsir inzibati xəta tərkibinin əsas komponentidir. Təqsir olmadan inzibati xəta tərkibi yarana və beləliklə həmin əmələ görə məsuliyyət nəzərdə tutula bilməz. Təqsir isə baş verən hadisə ilə törədilən əməl arasında səbəb-nəticə əlaqəsinin mövcud olmasıdır. Əgər hadisənin baş verməsinə səbəb həmin əməl deyilsə və ya həmin əməlin nəticəsində müvafiq hadisə baş verməyibsə bu əməl ilə hadisə arasında səbəb-nəticə əlqəsinin olmaması deməkdir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati cərimə tətbiq edilmiş Ə.T.Əsgərovun əməlində inzibati xəta hadisəsi yoxdur. Həmçinin Ə.T.Əsgərovun əməlində inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən (obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhət) biri olan subyekt yoxdur. Hazırkı iş üzrə barəsində inzibati cərimə tətbiq edilmiş Ə.T.Əsgərova münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən - bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi Ə.T.Əsgərovun əməlində inzibati xəta hadisəsi olmadığından şikayəti təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər idarəsinin 28 fevral 2022ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin olunsun. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər idarəsinin 28 fevral 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar