Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1279/2020 13.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Pənahov Babək Əkbər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxsin nümayəndəsi X1 iştirakrı ilə Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə icla-sın-da baxaraq MÜƏYYƏN ETDİ: X3 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, turizm sahəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olur. xx.xx.2019-cu il tarixdə X2 ilə əmək müqaviləsi bağlayaraq onu “X8” oteldə qonaqlara xidmət üzrə əməliyyatçı vəzifəsi üzrə işə götürmüşdür. Lakin S.Rəhimlinin müxtəlif vaxtlarda oteldə qeydiyyat şöbəsində müştərilərdən aldığı ödənişləri mənimsəməsi faktı aşkar edilmiş və o, öz əməlini etiraf etmişdir. xx.xx.2020-ci il tarixdə S.Rəhimli ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş, bu zaman onun xahişini nəzərə alaraq əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə deyil, 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilmişdir. Buna baxmayaraq S.Rəhimlinin əsassız olaraq işdən çıxarılmasına dair şikayəti əsasında Əmək və X6 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsində araşdırma aparılmış, onunla bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə və son haqq-hesabın aparılması zamanı qanun pozuntularına yol verilməsinə görə barəsində xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və bu protokol əsasında xx xxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Halbuki, S.Rəhimli Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanladığı müraciətində son haqq-hesab ilə bağlı hər-hansı bir şikayət etməmişdir. O, işdən çıxdıqdan sonra ona son haqq-hesab verilmiş, Dövlət Əmək Müfəttişliyi Xidmətində isə araşdırma aparılarkən bu barədə ondan heç bir sənəd tələb olunmamış və əmək haqqısı köçürüldüyü banka sorgu edilməmişdir. Bundan əlavə, araşdırmaya əsasən xətanın guya xx.xx.2020-ci il tarixdə baş verməsinə baxmayaraq, qanunla inzibati məsuliyyətə cəlb etmə üçün nəzərdə tutulmuş müddət keçdikdən sonra X3 barəsində xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunaraq o, 1.500 manat cərimə edilmişdir.Qeyd olunanlara əsasən həmin qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında şikayətçinin nümayəndəsi X4 şikayətdə göstərilənlərə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, araşdırma aparan qurum tərəfindən inzibati xəta haqqında iş üzrə icraat qanunvericiliyin tələblərinə tam riayət olunmaqla aparılmamış, iş üzrə bütün faktiki halları tam və hərtərəfli qaydada öyrənmək üçün lazımi təbdirlər görülməmiş, qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarda xətanın nə vaxt baş verməsi göstərilməmiş, şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsasların olub-olmamasına diqqət yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Bu Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir. Qeyd olunan Məcəllənin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Sözügedən Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1279/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1279/2020
13.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver