Məhkəmə qərarları › İş №3(006)-1292/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1292/2022

27.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1292/2022 27.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati icraat aparılan Şəxs vəkili “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi Dövlət X4 inzibati təcrübə üzrə baş inspektoru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə 04 aprel 2022-ci il tarixli, AP serialı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs MMC-yə məxsus “İsuzu” markalı **-AL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Bakı şəhəri, Nizami rayonu, Xətai küçəsi, ev 115-də qeydiyyat şəhadətnaməsi olmaqla nəqliyyat vasitəsinin dövlət qeydiyyatı aparılmamışdır. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs vəkili Vəkil verdiyi izahatında göstərmişdir ki, Şəxs MMC sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq müxtəlif təyinatlı məhsulları xarici ölkələrdən idxal edilməsi və satışının təşkil edilməsi fəaliyyəti ilə məşğul olur. 04 aprel 2022-ci il tarixdə Nəsimi RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə polis inspektoru Vüsal Məmmədov tərəfindən Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolda inzibati xətanın mahiyyəti bölməsində qeyd edilmişdir ki, Şəxs MMC-yə məxsus İsuzu markalı **-AL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Bakı şəhəri, Nizami rayonu, Xətai küçəsi, ev 115-də qeydiyyat şəhadətnaməsi olmaqla nəqliyyat vasitəsinin dövlət qeydiyyatı aparılmamışdır. Şəxs MMC-nin mülkiyyətində İsuzu markalı **-AL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat nişanını təhrif edilmiş formada özünəməxsus əl yazısı ilə icra etmişdir. İkinci növbədə BDPYİ tərəfindən verilən 11.06.2021-ci il tarixli, YH12270682 nömrəli Elektron Talondan görünür ki, Şəxs MMC-yə məxsus İsuzu markalı **-AL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin növbəti texniki baxışa təqdim edilmə müddətinin başlanğıcı 11.06.2022-01.07.2022-ci il tarixlərdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. İşin faktiki hallarından göründüyü kimi, Nəsimi DYPŞ-nın polis inspektoru Vüsal Məmmədov tərəfindən Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tamamilə əsassız və qanunsuzdur. Belə İXM-nin 339.1-ci maddəsinin məzmunundan da aydın olduğu kimi nəqliyyat vasitəsi ya qeydiyyatdan keçməməli və yaxud da dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə görə inzibati məsuliyyət müəyyən edir. Şəxs MMC-yə məxsus “İsuzu” markalı **-AL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi dövlət qeydiyyatıdan keçirilmişdir və bu barədə zəruri sənədlər iş materiallarında mövcuddur. Maddənin dispozisiyasında qeyd olunan avtonəqliyyat vasitəsinin başqa şəxsə verilməsi zamanı dövlət qeydiyyatı isə hazırki vəziyyətdə mümkün deyil. Çünki Şəxs MMC həmin avtomobili icarəyə vermir, yalnız şirkətin öz əməkdaşları tərəfindən şirkətin fəaliyyəti üçün istifadə edilir. Belə olan halda da hər hansı inzibati xəta pozuntusundan danışmaq qeyri-mümkündür. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan Şəxs nümayəndəsinin izahatını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi Dövlət X3 inzibati təcrübə üzrə baş inspektoru Vüsal Məmmədov tərəfindən Şəxs ünvan 1 ünvanına göndərilmiş bildirişin surətindən görünür ki, Şəxsnə barələrində inzibati xəta haqqında protokol tərtib olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “İsuzu NMR85E-221 Yük” markalı, **-JL-*** qeydiyyat nişanlı avtomobil Şəxs MMC-yə məxsusdur və hüquqi şəxsin ünvanı ünvan 2an kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, Şəxs hüquqi ünvanı ünvan 3ati Xətalar Məcəlləsinin 339.1-ci maddəsinə əsasən Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Qeyd olunan Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Göründüyü kimi qanunvericiliyin mənasına görə Azərbaycan Respublikası İXM-nin 339.1-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyətin yaranması üçün şəxs tərəfindən nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilmədən idarə edilməli və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirilməməli, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl edilməməli və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydaları pozulmalıdır. Hazırki iş üzrə Azərbaycan Respublikası İXM-nin 339.1-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyətin yaranması üçün hər hansı əsas mövcud deyil. Belə ki, maddənin dispozisiyasında nəzərdə tutulan inzibati xəta əlamətləri, ümumiyyətlə inzibati xəta hadisəsinin olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şəxsnə məxsus “İsuzu” markalı **-AL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Bakı şəhəri, Nizami rayonu, Xətai küçəsi, ev 115-də qeydiyyat şəhadətnaməsi olmaqla nəqliyyat vasitəsinin dövlət qeydiyyatı aparılmaması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyəti yaratmır və bu məsuliyyətin yaranması barədə möhtəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi baş vermədiyindən Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar