Məhkəmə qərarları › İş №3(006)-1295/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1295/2020

28.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1295/2020 28.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi ilə X3 barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin sahə inspektoru tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə icla-sın-da baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X3 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxx 2020-ci il tarixində «kolbasa məmulatlarını formalaşdıran» vəzifəsində çalışdığım «xxx» LTD Firmasından işdən çıxıb evə gedərkən saat 17:30 radələrində Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin sahə inspektoru X1 3-cü MKR dairəsi yaxınlığında mənə yaxınlaşaraq karantin rejimi vaxtı işləmək icazəmin olub-olmadığına dair sənəd tələb etdi. Mən, firmanın vermiş olduğu arayışı və eyni zamanda şəxsiyyət vəsiqəmi sahə müvvəkilinə təqdim etdim. Lakin, sahə müvvəkiü Nəbizadə Soltan mənə bildirdi ki, mənim şcazə sistemində adım olmadığından mənə inzibati protokol tərtib edəcəkdir. İcazə sistemində adımın olduğunu təkidlə bildirsəmdə sahə müvvəkili əlində saxladığı telefona baxaraq adımın sistemdə olmadığını bildirdi və mənə yuxarıda qeyd etdiyim protokolu tərtib etdi. Firmaya gəldikdən sonra rəhbərliklə əlaqə saxladım və olanları bildirdim. «İcazə.e-gov.az» sistemindən çıxarılmış və şikayət ərizəmə əlavə etmiş olduğum sənəddəndə göründüyü kimi, xx.xx.2020-ci il tarixindən başlanma tarixi müəyyən edilərək xx.xx.2020-ci il tarixində bitmə tarixi göstərilən icazəyə əsasən qida sənayesində çalışan şəxs kimi, mənim həmin vaxtda hərəkət etmək üçün icazəmin olduğu halda sahə müvvəkili X1 mənim barəmdə AR İXMnin 211-ci maddəsi ilə xx.xx.2020-ci il tarixində MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Protokol xx.xx.2020-ci il tarixində tərtib edilərək həmin tarixdə də surəti mənə təqdim edilsədə şəxsi kabinetimdə əks olunmuş məlumatlara əsasən xx.xx.2020-ci inzibati qərar qəbul edilmiş, lakin şəxsi kabinetimdə qərarın mətni yerləşdirilməmişdir. Bu qərardan vermiş olduğum şikayət ərizəsi əsasında isə Nəsimi rayon Məhkəməsinin hakimi Azər Tağıyev tərəfindən 3(006)-1034/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixində qəbul edilmiş qərardadla xx xxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətim geri qaytarılmışdır. Gəlinmiş nəticə üçün əsa sisə ondan ibarət olmuşdur ki, şikayət verən şəxsin yaşayış yeri barədə məlumat şikayət ərizəsində əks olunmamışdır. Nəsimi rayon Məhkəməsinin hakimi Azər Tağıyev tərəfindən 3(006)-1034/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixində qəbul edilmiş qərardadını isə məhkəməyə şəxsən müraciət edərək xx.xx.2020-ci il tarixində əldə etmişəm. Qeyd olunanları nəzərə alaraq, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə və şikayətçiyə lazımi qaydada məlumat verilsə də, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin nümayəndəsi və şikayətçi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin nümayəndəsinin və şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərara əsasən X3 xx.xx.2020-ci il tarixdə, saat 17:31də Bakı şəhəri, Nəsimi rayonu ərazisində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinərək 100 manat cərimə edilmişdir. İş materiallarında olan“icaze.e-gov.az” portalından olan çıxarışa əsasən X2 (FİN:60ABGKF) xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinə olan dövr üzrə xidməti fəaliyyəti ilə əlaqədar olaraq icazə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Göründüyü kimi, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin sahə inspektoru tərəfindən qeyd edilən inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə tam riayət olunmamış, barəsində icraat aparılan şəxslə bağlı zəruri araşdırma aparılmadan işə baxılaraq qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin sahə inspektoru tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin sahə inspektoru tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar