Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1298/2022 27.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi ilə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı şəhəri Nəsimi rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs tərəfindən Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə protokol baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, onun adına yazılmış protokolda götərilən maşın qaz-21 deyil, KİA-dır. KİA markalı maşının arxasında radarla göstərilən maşın nömrəsi **-MM-*** deyil, **-MM-***-dir. Onun heç vaxt **-MM-*** nömrəli KİA markalı maşını olmamışdır. Həmin protokolun haqlı və ədalətli araşdırılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Protokolda qeyd edilən qaz-21 volqanı 1974-1979-cu illərdə Almaniya Demokratik Respublikasında zabit kimi hərbi xidmətdə olarkən 1976-cı ildə alıb gətirmişdir. Onun ilkin nömrəsi Yevlax şəhərində verilib, 39-87 olmuşdur. Sonrakı nömrəsi yadında deyildir. O maşın – qaz-21 volqa 10 ildən çoxdur ki, ünvanını bilmədiyi başqa adamdadır. O, maşının tapılaraq tutulub cərimə meydançasına qoyulması üçün 23.04.2022-ci il tarixdə BDYPİ-yə ərizə ilə müraciət etmişdir. O, 10 ildən çoxdur ki, həmin maşını idarə etmir. Maşını ondan alan şəxs onun adından çıxarmamışdır. Maşının vaxtında texniki baxışdan keçibkeçməməsi onun yox, həmin şəxsin günahıdır. Onun 78 yaşı vardır. 25 ildən çoxdur Qarabağ müharibəsi veteranıdır. Bütün cəbhə xəttində iştirakı olub. İİ qrup əlildir. 50 ildən çox silahlı qüvvələrdə xidmət etmişdir. 20 ildən çoxdur Azərbaycan Respublikası SQ-nin ehtiyatda olan Zabitlər Konfederasiyasının rəis müavinidir. 30 il bundan əvvəl polkovnik rütbəsi almışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində icraat aparılan şəxsə və inzibati xəta haqqında protokolu tərtib etmiş quruma bildirişlərin göndərilməsinə baxmayaraq, tərəflər məhkəmədə iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında materialı araşdırıb belə qənaətə gəlir ki, təqdim edilmiş materiallar natamam olduğundan onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, İXP ******* saylı, 23.02.2022-ci il tarixli protokoldan görünür ki, inzibati xətanı törədən şəxs kimi Şəxs qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkildəki avtomobilin “Kia” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı olduğu müəyyən edilir, Şəxs məxsus avtomobil isə “Volqa” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə məhkəmə araşdırması zamanı inzibati xətanı törədən şəxsin müəyyən edilməsi ilə bağlı mübahisə olduğundan və bu halı da məhkəmə baxışı zamanı aradan qaldırmaq mümkün olmadığından, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair İXP ******* saylı, 23.02.2022-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə geri qaytarılsın. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-1298/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1298/2022
27.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver