Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-130/2024 22.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili X1 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Zəngilan rayonu, Məmmədbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Zəngilan rayonu, Məmmədbəyli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara əsasən Şəxs xx.xx.2023-cü il tarixdə saat 00:07-də etibarnamə ilə idarə etdiyi özünə məxsus “Chevrolet Cruze” markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, A.Məhhərrəmov küçəsindən 3-cü mikrorayon dairəsinə daxil olan zaman dairədə hərəkətdə olan “Toyota Prius” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol verməyərək onun qarşısına çıxaraq toqquşmuş, toqquşma nəticəsində X7, X3, X8, X2 dərəcəsi təyin olunmayan bədən xəsarəti almalarına və X4 isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.1 və 327.8-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirmişdir ki, idarə etdiyi “Chevrolet Cruze” markalı **-TN-*** markalı dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, A.Məhhərrəmov küçəsindən 3-cü mikrorayon dairəsində “Toyota Prius” markalı avtomobilə yol verməyərək onun qarşısına çıxdığı üçün toqquşmuş, toqquşma nəticəsində X7, X3, X8, X2 dərəcəsi təyin olunmayan bədən xəsarəti almalarına və X4 isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. O, zərər çəkmiş şəxslərə köməklik göstərmişdir. Zərər çəkmiş şəxslərin ondan heç bir şikayətləri yoxdur. Göstərilənləri nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X5 eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Nəsimi RPİ-nin DYPŞ-nə və zərər çəkmiş şəxslərə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, işə baxılmasının təxirə salınması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işi başlanması rədd edilmiş və və toplanmış material Nəsimi RPİ-nin DYPŞ vasitəsilə Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X11 xx.xx.2023-cü il tarixli, 1588 №-li məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, A.F.Qasımovun bədən səthində aşkar edilmiş xəsarətlər - təpə nahiyəsinin əzilmiş yarası, döş qəfəsinin ön səthinin qançır-şişkinliyi, sağ bud və sağ baldır nahiyələrinin qançırları küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamhğın qısa müddətə pozulmasına səbəb olan sağlamhğa yüngül zərər vurmaya aiddirlər. A.F.Qasımovun bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X11 xx.xx.2023-cü il tarixli, 1640 №-li məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, B.R.Əhmədzadənin adına X16 tərəfindən 6528 saylı tibbi arayışdan görünür ki, xx.xx.2023-cü il tarixində xəstəxanaya müraciət etmiş və ona “kəllə beyin travması. Alın nahiyəsinin yumşaq toxumasının əzilməsi” diaqnozu qoyulmuşdur. Qeyd olunan diaqnozda xəsarətin obyektiv əlamətləri (qançır, sıyrıq, şişkinlik, yara və s.) və kliniki əlamətləri, həmçinin hansı tibbi yardım göstərilməsi haqqında qeydiyyatlar öz əksini tapmadığından B.R.Əhmədzadənin adına tərtib olunmuş tibbi arayışda göstərilən “kəllə beyin travması. Alın nahiyəsinin yumşaq toxumasının əzilməsi” diaqnozu əsasında sağlamlığa zərər vurma dərəcəsi, əmələ gəlmə müddəti və yetirilmə mexanizmi barədə fikir söyləmək mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X11 xx.xx.2023-cü il tarixli, 1639 №-li məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, R.M.Əhmədovun adına X16 tərəfindən 6534 saylı tibbi arayışdan görünür ki, xx.xx.2023-cü il tarixində xəstəxanaya müraciət etmiş və ona “boyun əzələlərinin gərilməsi” diaqnozu qoyulmuşdur. Qeyd olunan diaqnozda xəsarətin obyektiv əlamətləri (qançır, sıyrıq, şişkinlik, yara və s.) və kliniki əlamətləri, həmçinin hansı tibbi yardım göstərilməsi haqqında qeydiyyatlar öz əksini tapmadığından R.M.Əhmədovun adına tərtib olunmuş tibbi arayışda göstərilən “boyun əzələlərinin gərilməsi” diaqnozu əsasında sağlamlığa zərər vurma dərəcəsi, əmələ gəlmə müddəti və yetirilmə mexanizmi barədə fikir söyləmək mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X11 xx.xx.2023-cü il tarixli, 1641 №-li məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, L.Y.Quliyevanın adına X16 tərəfındən 6533 saylı tibbi arayışdan görünür ki, xx.xx.2023-cü il tarixində xəstəxanaya müraciət etmiş və ona “qapalı kəlləbeyin travması. Sağ üzün yumşaq toxumalarının əzilməsi” diaqnozu qoyulmuşdur. Qeyd olunan diaqnozda xəsarətin obyektiv əlamətləri (qançır, sıynq, şişkinlik, yara və s.), lokalizasiyası və kliniki əlamətləri, həmçinin hansı tibbi yardım göstərilməsi haqqında qeydiyyatlar öz əksini tapmadığından L.Y.Quliyevamn adına tərtib olunmuş tibbi arayışda göstərilən “qapalı kəllə-beyin travması. Sağ üzün yumşaq toxumalarının əzilməsi” diaqnozu əsasında sağlamlığa zərər vurma dərəcəsi, əmələ gəlmə müddəti və yetirilmə mexanizmi barədə fikir söyləmək mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X11 xx.xx.2023-cü il tarixli, 1672 №-li məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, A.R.Əhmədzadə xx.xx.2023-cü il tarixdə X12 müraciət edərkən ona “diz oynağının əzilməsi” diaqnozu təyin edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi.: sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Ona görə də məhkəmə qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta üzrə işə baxılması məhkəmənin səlahiyyətlərinə aid deyildir. Bu səbəbdəndə məhkəmə hesab edirki, Şəxs həmin hissədə əməlinə qiymət verilməsi üçün material Nəsimi rayon Polis İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə baxılması məhkəmənin səlahiyyətlərinə aid olmadığından, həmin hissədə onun əməlinə qiymət verilməsi üçün material Nəsimi rayon Polis İdarəsinə göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-130/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-130/2024
22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver