Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1301/2023 16.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1980-cı il tarixdə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, Zaqatala şəhəri, Vidadi küçəsi, ev 01, mənzil 22-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş 27 fevral 2023-cü il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində etibarnamə əsasında idarə etdiyi “Seat Cordoba” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi ilə Azadlıq prospektinin kəsişməsində “Yol hərəkəti haqqında” Qanunun 59-cu maddəsinin İİİ hissəsinin 5-ci bəndinin tələbini pozaraq işıqforun qırmızı işığında yolayrıcına daxil olub hərəkətini davam etdirərək yolayırıcını keçərkən sol tərəfdən Azadlıq prospekti ilə hərəkətdə olan sürücü X2 etibarnamə əsasında idarə etdiyi “Chevrolet Spark” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə Şəxs idarə etdiyi “Seat Cordoba” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobil fırlanaraq arxa hissəsi ilə D.Əliyeva küçəsində piyada keçidinə daxil olaraq piyada qismində yol keçən Zərərçəkmiş şəxs vuraraq ona yüngül dərəcəli bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsini törətmişdir. Aparılmış araşdırma nəticəsində Şəxs törətdiyi əməldə cinayət tərkibi olmadığından Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd olunmuş, eyni zamanda həmin qərarda Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğu qeyd olunaraq toplanılmış materiallar onun inzibati məsuliyyətə cəlb olunması üçün aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində etibarnamə əsasında idarə etdiyi “Seat Cordoba” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nəsimi rayonu, D.Əliyeva küçəsi ilə üzü “S.Vurğun” parkı istiqamətində hərəkətdə olan zaman Azadlıq prospektinin kəsişməsinə daxil olduqda bir anlıq ehtiyatsızlıq edərək yol kəsişməsində quraşdırılan svetaforun qadağanedici qırmızı işığında yolayırıcını keçərkən sol tərəfdən Azadlıq prospekti ilə hərəkətdə olan “Chevrolet Spark” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Toqquşma zamanı zərbənin təsirindən avtomobil fırlanaraq arxa hissəsi piyada keçidi ilə yolu keçməkdə olan bir nəfər piyadaya dəymişdir. Həmin şəxs xəsarət aldığı üçün təcili yardımla onu müayinə olunmasından ötrü xəstəxanaya aparmışlar. Hadisə zamanı o, xəsarət almamışdır. Hadisə zamanı dəymiş maddi ziyanları o öz üzərinə götürmüşdür. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində Nəsimi rayonu, D.Əliyeva küçəsi ilə Azadlıq prospektinin kəsişməsində D.Əliyeva küçəsi istiqamətində olan piyada keçidi ilə yolu keçmək istəmişdir. Həmin vaxt o, piyada zolağına daxil olub yolu keçdiyi zaman sonradan marka və nömrə nişanlarını bildiyi “Seat Cordoba” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Chevrolet Spark” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Toqquşma zamanı “Seat Cordoba” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobil zərbədən fırlanaraq arxa hissəsi ona dəymişdir. O zərbənin təsirindən yerə yıxılaraq bədəninin sağ tərəfindən xəsarət almışdır. Hadisə yerində ona köməklik edib təcili yardım çağırılmışdır. Xəstəxanada həkimlər tərəfindən ona ilkin yardım edilmiş və bütün müayinələrdən keçdikdən sonra evə buraxılmışdır. Hadisəni törədən “Seat Cordoba” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sonradan onun səhhəti ilə maraqlanmışdır. Ona dəymiş maddi ziyanı ödənilmiş, hazırda onun Şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallarda olan: • Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokol, fotoşəkillər və sxemə əsasən hadisə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi ilə Azadlıq prospektinin kəsişməsində baş vermişdir; • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X8 Nəsimi Rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli, 109 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – sağ aşıq-baldır oynağı nahiyəsinin həmin oynaqda hemartroz, sindesmozun hissəvi zədələnməsi və bağların gərilməsi ilə müşayiət olunan hematoma halında əzilməsi, bel, qarın və sağ bud-çanaq oynağı nahiyələrinin iri ölçülü hematoması, sağ budun qançırı bərk küt əşyanın (əşyaların) təsirindən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətin xarakteri və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər; • 05.02.2015-ci il tarixli, AE seriyalı, 713375 saylı sürücülük vəsiqəsinə əsasən Şəxs «B,C» kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir; • Etibarnamənin surətindən görünür ki, “Seat Cordoba” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Hacıyev Hicran Hacı oğludur və həmin avtomobili idarə etmək səlahiyyəti xx.xx.2025-ci il tarixədək Şəxs verilib; • 23.10.2015-ci il tarixli, AC seriyalı, 711975 saylı sürücülük vəsiqəsinə əsasən X4 «B» kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir; • Etibarnamənin surətindən görünür ki, “Chevrolet Spark” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi "xxxx" MMC-yə məxsusdur və həmin avtomobili idarə etmək səlahiyyəti xx.xx.2023-cü il tarixədək X3 verilib. Məhkəmə proses iştirakçılarının izahatlarını, habelə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin İİ hissəsinə görə svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneə yaratmadan svetofor və ya nizamlayıcı qarşısında dayanmalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs zərər çəkmiş şəxsə vurulmuş zərərin ödənilməsini İnzibati Xətalar Məcəlləsinin 32.1.7-ci maddəsinə uyğun olaraq onun məsuliyyətini yüngülləşdirən hal kimi qəbul edir. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1301/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1301/2023
16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver