Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1305/2023 16.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində inzibati xəta haqqında Şəxs MMC-nin nümayəndəsi iş üzrə icraat aparılan şəxs: X2 iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsi, ev 24, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında protokola görə Şəxs MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllədə yerləşən “Park 20 Shopping” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yayımını həyata keçirmiş və bu fakt xx.xx.2023-cü il tarixdə, saat 11:01 radələrində aşkar edilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X4 izahatında göstərdi ki, Bakı şəhər Reklam İdarəsinin əməkdaşları xx.xx.2023-cü il tarixdə MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllədə yerləşən “Park 20 Shopping” adlı obyektinə gələrək onun üzərində quraşdırılmış reklamın icazə müddətinin bitməsini bildirmiş və bununla bağlı aidiyyəti üzrə müraciət edib müddətin uzadılmasını məsləhət bilərək çıxıb getmişlər. Bundan sonra MMC Bakı şəhər Reklam İdarəsinə müraciət edib zəruri ödənişləri həyata keçirib reklamın yerləşdirilməsinə dair müqavilə bağlamış, bununla bağlı müvafiq icazə almışdır. Şirkətin qanunu qəsdən pozmaq fikri olmamış, bu barədə məlumat verilən kimi dərhal qanunauyğun tədbirlər görmüşlər. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş quruma bildiriş göndərilsə də, qurumun nümayəndəsi məhkəmədə iştirak etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Açıq məkanda reklam yerləşdirilməsinə İcazə”lərdən görünür ki, Şəxs MMC-yə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007ci məhəllədə yerləşən “Park 20 Shopping” adlı obyektin üzərində xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək reklam yerləşdirilməsinə icazə verilir. Beləliklə məhkəmədə müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 11:01 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllədə yerləşən “Park 20 Shopping” adlı obyektin üzərində Şəxs MMC tərəfindən müvafiq icazə olmadan açıq məkanda reklam yayımını həyata keçirməsinə görə inzibati xəta haqqında protokol tərtib olunmuş, xx.xx.2023-cü il tarixdə isə MMC-yə reklam yayımının həyata keçirilməsinə icazə verilmişdir. Göründüyü kimi, Şəxs MMC tərəfindən yol verilmiş pozuntu onların nəzərinə çatdırıldıqdan sonra bu hüquqi şəxs dərhal həmin pozuntunun aradan qaldırılması üçün tədbirlər görmüş, aidiyyəti üzrə Bakı şəhər Reklam İdarəsinə müraciət edərək açıq məkanda reklam yerləşdirilməsinə icazə almışdır. Bütün bu hallar da Velatrek” MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində göstərilən inzibati xətanın törətmədiyinə dəlalət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə məsuliyyət nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta tərkibi olmadığından Şəxs MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1305/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1305/2023
16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver