Məhkəmə qərarları › İş №3(006)-1310/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1310/2021

06.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1310/2021 06.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, qərarından şikayət verilmiş orqan X9 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X10, şikayətçi X2 nümayəndəsi və vəkili Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, X9 Xidməti Bakı şəhər idarəsinin 18 may 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 vəkili Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 vəkili Vəkil şikayətlə məhkəməyə müraciət edərək X9 Xidməti Bakı şəhər idarəsinin 18 may 2021-ci il tarixli, MN 1064380saylı qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X9 Xidmətinin Bakı şəhər İdarəsi (bundan sonra “DƏMX”) Ə.S.Tağıyevin rəhbərlik etdiyi “M.Ə.Əfəndiyev adına X23” X14 (əvvəlki adı: M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər Klinik Xəstəxanası) çalışan həkim X8 şikayəti əsasında araşdırma aparmış və nəticədə onun barəsində İXM-nin 192.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar (bundan sonra “Qərar”) qəbul edərək 700 manat cərimə etmişdir. Aşağıda göstərilənlərə əsasən qərarın əsassız olduğunu hesab edir və ləğv olunmalı olmasını tələb edirik. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, qərar prosessual qaydaların pozulması ilə qəbul edilib. Belə ki, İXM-in 101.1-ci maddəsinə görə inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İXM-in 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. DƏMX-nin 30.04.2021-ci il tarixli məktubunda qeyd edir ki, təqdim edilmiş sənədlərin araşdırılması nəticəsində inzibati xətanın əlamətlərinin olması müəyyən edilmişdir. Bu o, deməkdir ki, artıq həmin vaxt inzibati xəta faktı DƏMX tərəfindən müəyyən edilib. Həmin məktubla 07.05.2021-ci il tarixdə Ə.Tağıyev işin araşdırılması üçün DƏMX-ə dəvət olunmuşdur. Əvvəla, bu özü artıq prosessual qaydanın pozulmasıdır. Belə ki, bu vəziyyətdə inzibati protokol ən geci 02.05.2021-ci il tarixdə tərtib edilməli idi. Digər tərəfdən DƏMX 07.05.2021-ci il tarixdə işin araşdırılması ilə bağlı Ə.Tağıyevi dəvət etsə də rəsmi bildiriş 16.05.2021-ci il tarixdə sonuncuya çatdırılıb. Bu isə o deməkdir ki. Ə.Tağıyev onun barəsində protokol tərtib ediləcəyi barədə ümumiyyətlə məlumatlı olmayıb. Bu səbəbdən həmin prosesdə ümumiyyətlə iştirak edə bilməyib. İXM-in 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Poçt göndərişi zərfi üzərindəki qeydlərdən görünür ki, 07.05.2021-ci il tarixdəki müzakirə barədə rəsmi bildiriş müvafiq poçt məntəqəsinə elə həmin gün yəni 07.05.2021-ci il tarixdə təqdim edilib. Bu vəziyyətdə DƏMX üçündə aydın idi ki, həmin gün bildiriş qarşı tərəfə çatdırıla bilməz. Belə olan təqdirdə ən azı bildirişin üzərində İXM-nin 100.2-ci maddəsinin tələblərini nəzərə alaraq şəxsin hüquq və vəzifələrini qeyd edə bilərdi. Nəticə isə ondan ibarətdir ki, Ə.Tağıyev nəinki hüquq və vəzifələri barədə məlumatlandırılıb, o heç ümumiyyətlə protokolun tərib edilməsi bardə lazımi şəkildə məlumatlandırılmayıb. İXM-nin 192.4-cü maddəsinin dispozisiyasına əsasən inzibati xəta, işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsindən ibarətdir. Göründüyü kimi inzibati xətanın tərkibini təşkil edən pozuntu ümumi şəkildə müəyyən edilib. İnzibati tənbeh vermə haqqında qərar verən səlahiyyətli orqan pozuntunun nədən ibarət olmasını dəqiq göstərməli idi. Təəssüf ki, nə protoklda, nə də qərarda DƏMX pozuntunun nədən ibarət olmasını ümumi şəkildə təsvir edib, dəqiq nədən ibarət olmasını göstərməyib. X25 öz şikayətində bildirmişdir ki, 17.11.2020-ci ildən etibarən COVİD-19 virusuna qarşı ixtisaslaşmış tibb müəssələrinə yönləndirilmiş, lakin ona bu əsasla ödənilməli olan əmək haqqı düzgün hesablanmamışdır. Şikayətin məzmunundan belə nəticə çıxarmaq olur ki, şikayətçi məhz COVİD-19 virusuna qarşı ixtisaslaşmış tibb müəssələrinə yönləndirilməsi ilə əlaqədar ona ödənilməli olan əlavə əmək haqqının hesablanmasından narazıdır. Lakin qeyd edilməlidir ki, onun bu iddiası əsassızdır. Belə ki, E.Şirinov 18.09.2006-cı il tarixdən xəstəxanada anestezioloq-reanimatoloq kimi fəaliyyət göstərir. Ona tarif vəzifə maaşı üzrə 423 manat aylıq əmək haqqı ödənilir. “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” 18.03.2020-ci il tarixli, 1947 saylı sərəncamın 1-ci bəndinə əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əmək haqlarına aylıq vəzifə (tarif) maaşının 3-5 mislinədək miqdarda müddətli əlavənin ödənilməsi müəyyən edilmişdir. Həmin sərəncamın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilən 25.03.2020-ci il tarixli, 112 saylı qərarın 1.3-cü bəndinə əsasən pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində əlavə ödənilir. Bildirmək istəyir ki, E.Şirinova COVİD-19 infeksiyasına qarşı mübarizə tədbirlərinə qoşulduğu bütün müddət ərzində onun əmək haqqına müvafiq qaydada əlavə ödənilmişdir (əmək haqqı cədvəlləri və bank hesabından çıxarış təqdim olunur). Göründüyü kimi şikayətdə göstərildiyinin əksinə olaraq E.Şirinova yeni növ koronavirus (COVİD-19) infeksiyası lə əlaqəli əmək şəraitinə görə qanunvericiliklə nəzərdə tutulmuş əlavələr ödənilmişdir. Bu o deməkdir ki, inzibati xəta hadisəsi ümumiyyətlə mövcud deyil. İXM-in 53.1.1-ci bəndinə əsasən inzibati xəta hadisəsinin olmaması inzibati xəta işi üzrə icraatı rədd edən haldır. İXM-in 135.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallann sübuta yetirilməməsi inzibati xəta üzrə qəbul edilmiş qərarın ləğvi üçün əsasdır. Göstərilənləri nəzərə alaraq və İXM-in 53.1.1, 135.1.3-cü və digər müvafiq maddələrini əsas tutaraq X9 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 18.05.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bundan başqa şikayətə əlavədən görünür ki, Ə.Tağıyevin şikayəti üzrə işə ilk dəfə baxan birinci instansiya məhkəməsi şikayəti təmin etmiş və məhkəmənin qərarını ləğv etmişdir. Məhkəmə iclasında iştirak etməyən DƏMX məhkəmənin qərarından şikayət verərək apelyasiya instansiyasında iştirak etmiş və şikayətini əsaslandıran sənədləri məhkəməyə təqdim etmişdir. Belə ki, DƏMX-in iddiasına görə zərərçəkənin COVİD-19 virusuna qarşı ixtisaslaşmış tibb müəssələrinə yönləndirilməsi zamanı həmin tibb müəssisələrində iş vaxtından artıq işlərə cəlb olunmuş və həmin iş saatlarına görə pul əvəzi almamışdır. Bu dəlilə münasibətdə birinci instansiya məhkəməsinə təqdim etdikləri şikayətə əks dəlillərini əlavə etmək zərurəti yaranmışdır. Aşağıda göstərilənlərə əsasən X12 tərəfindən artıq işlənilmiş iş saatları ilə bağlı pul əvəzinin ödənilməməsinə görə Ə.S.Tağıyevin təqsirli olmadığını düşünür. Əvvəla qeyd etmək lazımdır ki, zərərçəkən COVİD-19 virusuna qarşı ixtisaslaşmış tibb müəssələrinə məhz TƏBİB-in yazılı tapşırığı ilə ezam edilmişdir. Həmin tibb müəssisələri TƏBİB-in tabeliyində fəaliyyət göstərir və “M.Ə. Əfəndiyev adına X23” X22 ilə heç bir tabeçilik əlaqəsi yoxdur. Zərərçəkən həmin tibb müəssisələrində elə həmin tibb müəssisələrinin rəhbərliyinin göstərişi ilə iş vaxtından artıq işlərə cəlb olunub. Ə.Tağıyevin bununla heç bir əlaqəsi yoxdur. Əmək Məcəlləsinin 99.1-ci maddəsinə əsasən “iş vaxtından artıq iş - işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır”. Göründüyü kimi iş vaxtından artıq işlərə cəlb olunma ilə bağlı işəgötürənin əmri olmalıdır. Bu halda isə Ə.Tağıyev tərəfindən verilmiş belə bir əmr yoxdur. Zərərçəkənin iş vaxtından artıq işlərə cəlb edilməsi onun Ə.Tağıyevin iradəsinin nəticəsində baş verməmişdir. Hətta zərərçəkənin iş vaxtından artıq işlərə cəlb olunması qanuni hesab olunsa belə həmin saatlara görə pul əvəzinin ödənilməməsinə görə Ə.Tağıyevin təqsiri yoxdur. Belə ki, bir daha vurğulayır ki, nə zərərçəkənin ezam olunması, nə ezam olunduğu müəssisələrdə iş vaxtından artıq işlərə cəlb olunması Ə.Tağıyevin göstərişi ilə olmayıb. O ki qaldı faktiki işlədilmiş iş vaxtından artıq saatların pul əvəzinin ödənilməsinə, həmin ödənişlər büdcədən ayrılan vəsaitlər hesabına ödənilir. “M.Ə.Əfəndiyev adına X23” X22 TƏBİB-in tabeliyində olan müəssisə olduğu üçün və büdcədən maliyyələşdiyi üçün büdcədən müvafiq ayırma olmadıqca iş vaxtından artıq saatlara görə pul əvəzinin ödənilməsi mümkün deyil. Xəstəxana özəl tibb müəssisə olmadığı üçün Ə.Tağıyev büdcədən müvafiq ayırmalar olmadıqda həmin ödəmənin edilməməsinə görə məsuliyyət daşıya bilməz. Əmək haqqının ödənilməsi ilə bağlı işəgötürənin məsuliyyətini anlamaq üçün Əmək Məcəlləsinin 172-ci maddəsinin qeydinə nəzərə salmaq lazımdır. Həmin qeydin mənasına görə əmək haqqı “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Qısaca olaraq ortaya çıxan nəticə odur ki, əmək haqqının gecikdirilməsi və ya ödənilməməsi halında işəgötürənin təqsiri mütləq araşdırılmalıdır. Əmək Məcəlləsinin də mövqeyinə görə işəgötürən heç də hər vəziyyətdə əmək haqqının gecikdirilməsi və ya ödənilməməsi üçün məsuliyyət daşımır. İXM-nin 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddələrin ümumi mənasından göründüyü kimi əməlin təqsirli törədilməsi onun inzibati xəta olması üçün mütləq şərtdir. Əgər əməldə təqsir yoxdursa deməli o inzibati məsuliyyətə səbəb ola bilməz. Həmin Məcəllənin 53.1.2-ci madəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xəta hadisəsi faktiki olaraq mövcud olsa da həmin hadisə ilə əlaqəsi olan şəxs o halda məsuliyyətə cəlb oluna bilər ki, həmin hadisə məhz onun təqsiri üzündən baş versin başqa sözlə, hadisə ilə onun əməli arasında səbəb-nəticə əlaqəsi olsun. Bir daha qeyd edirik ki, bu halda zərərçəkənə artıq iş satlarına görə əlavə haqqın ödənilməməsi Ə.Tağıyevin təqsiri nəticəsində yox, büdcədən müvafiq ayırmaların edilmədiyi üçün ödənilməmişdir. Bu isə o deməkdir ki, Ə.Tağıyevin hadisə ilə əlaqəsi yoxdur, təqsirzdir və bu səbəblə də ona verilən tənbeh qanunsuzdur. Məhkəmə iclasında iştirak edən şikayətçinin Ə.S.Tağıyevin nümayəndəsi Vəkil şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, əmək haqlarının pozuntusu ümumi anlayış və açıqlanmamışdır. E.Şirinov təbib vasitəsilə müəyyən modul tipli xəstəxanada ezam olunmuş, iş vaxtından artıq işə cəlb olunmuş, lakin əmək haqqısına əlavə ödəniş olunmamışdır. Onlar bunu qəbul edir. Lakin bu işdə Ə.Tağıyevin nəyə görə cəlb olunması aydınlaşdırılmayıb. Buna görə modul tipli xəstəxana cəzalandırılıbdır. E.Şirinovun getməsi təbibin tapşırığı olmuşdur. E.Şirinov artıq işə həmin müəssisələrin rəhbərliyi tərəfindən cəlb olunmuşdur. Yəni Ə.Tağıyev subyekt deyil. Təbib özü elektron poçt məktubu ilə bildirmişdir ki, iş vaxtından artıq işə cəlb olunmasın. Xəstəxana büdcə təşkilatıdır. Əlavə məvacibin ödənilməsi büdcədən Ə.Tağıyevə ödənilibsə və sonuncu bunu modul tipli xəstəxanada işləyən həkimlərə ödəməyibsə Ə.Tağıyev inzibati məsuliyyətə cəlb oluna bilər. Ə.Tağıyev hansı hesablanan bu pulu verməmişdir. Maliyyə vəsaiti büdcədən daxil olmamışdır. Yuxarı təşkilatlar bunu ödəməli halda ödəməmiş, buna görə isə Ə.Tağıyev barəsində qərar qəbul edilmişdir. Onlar bu halı qəbul edirlər, lakin bu hala Ə.Tağıyev səbəb olmamışdır. E.Şirinovu hansı modul tipli xəstəxanaya iş vaxtından artıq işə cəlb ediblərsə həmin xəstəxana tərəfindən sonuncuya ödəniş olunmalı idi. Buna görə də Ə.Tağıyev barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Əmək müfəttişliyi həmin müəssisələri inzibati məsuliyyətə cəlb edir ki, həmin müəssisələr işçiləri iş vaxtından əlavə işə cəlb edirlər. Təbibin müraciətində var ki, həkimləri 8 saatdan artıq işə cəlb etmək olmaz. İşin mahiyyəti odur ki, tərəf artıq pulunu istəyir. Ə.Tağıyev 700 manat cərimə olunsa da həmin əlavə əmək haqqı ödənilməyəcəkdir. Bunun üçün mülki qaydada məhkəməyə müraciət etmək lazımdır. Məhkəmə iclasında iştirak edən X9 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi A.B.Əliyev bildirmişdir ki, 07 may 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında 11 may 2021-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərarla Ə.Tağıyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Tənbeh vermə haqqında qərar qanuni və əsaslı şəkildə qəbul edilmişdir. Bununla bağlı inzibati orqanda lazımi qədər sübutlar toplanmışdır. Belə ki, E.Şirinovu ezam edən şəxs Ə.Tağıyev olmuş, ezam əmrlərini sonuncu imzalamışdır. Həmin əmrləri məhkəməyə təqdim edir. Əmək haqqının bir hissəsi ödənilmiş, halbuki, əmək haqqının fərqinin 5 misli hesablanmalı olduğu halda hesablanmamışdır. İş saatları yazılır, onun işlədiyi yerə tabel təqdim olunur, həmin tavel əsasında hesablama aparılır və işçilərə əmək məvacibi verilir. Göstərilənləri nəzərə alaraq, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, E.Şirinovun ezamda fəaliyyət göstərdiyi Qobustan modul tipli xəstəxanın tabeli 2 saylı xəstəxanaya göndərilmiş, lakin həmin tabeldə ödənişin qaydası göstərilməmiş və tibbi sığortadan hər hansı məlumat daxil olmamışdır. İnzibati xəta haqqında protokola əsasən təqsirli şəxs Ə.Tağıyevdir. Sonuncunun X9nə ünvanlanmış məktubunda E.Şirinovun artıq işləməsi barədə hər hansı məlumat qeyd edilməmişdir. Həmçinin bildirmişdir ki, E.Şirinovu ezam edən şəxs Ə.Tağıyev olmuşdur və Əmək Məcəlləsində də göstərilmişdir ki, iş vaxtından artıq işləyən işçilərə əlavə əmək məvacimi verilməlidir. Digər şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 198-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Ə.Tağıyev barəsində isə həmin Məcəllənin 192-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən şahid qismində dindirilmiş E.Y.Şirinov bildirmişdir ki, işlədikləri xəstəxanada ondan başqa digər həkim yoldaşı reanimatoloq olmuşdur. Həkim çatmadığından onlar xəstəxanada qalmış və işləmişlər. O, iş vaxtından artıq işləməyə məcbur olmuşdur belə ki, əgər onlar ikisi işləməsəydilər xəstəxanada yatan xəstələr ölərdilər. Rəsmi iş saatlarına görə beş qat əmək haqqı alacağı halda almamışdır. Lakin o iş saatından artıq, yəni 4 saatda işləməsinə baxmayaraq onun əmək haqqısını tam ödəməmişlər. Təbibə sorğu vermiş, həmin sorğuya cavab olaraq təbib bildirmişdir ki, iş vaxtından artıq əmək fəaliyyətinə cəlb olunmasına görə ona ödənişlər ediləcəkdir. Həmin xəstəxanada 372 saat onunla bərabər iş vaxtından artıq işləyən həkimlər əlavə əmək haqlarını aldığı halda o almamışdır. Əgər belə hal olmasaydı o, şikayət etməzdi. Onu təbib göndərməmişdir, onu baş həkim modul tipli xəstəxanaya göndərmişdir. Bundan başqa məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Baş həkim ona iş saatı kimi 156 saat yazır, 372 saat yazmır. Həmin pulu xəstəxana ödəmir, tibbi sığorta ödəyir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 07 may 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, E.Y.Şirinovun əmək haqqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verilmiş və buna görə də Ə.S.Tağıyev barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan 18 may 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, E.Y.Şirinovun əmək haqqısının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verilmiş və buna görə də Ə.S.Tağıyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli qərarından görünür ki, şikayət təmin edilmiş və X9 Xidməti Bakı şəhər idarəsinin 18 may 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin 09 avqust 2021-ci il tarixli qərarından görünür ki, X9 Xidməti Bakı şəhər idarəsinin apelyasiya şikayəti qismən təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 3(006)-1310 saylı qərarı ləğv edilmiş və iş baxılması üçün yenidən həmin məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X16 Ərazi Bölmələrini İdarəetmə Birliyi “M.Ə.Əfəndiyev adına 2№ li Şəhər Klinik Xəstəxanası” X19 baş direktoru Ə.Tağıyevin Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ünvanlanmış 27.01.2021-ci il tarixli məktubun surətindən görünür ki, “M.Ə.Əfəndiyev adına 2 № li Şəhər Klinik Xəstəxanası” publik hüquqi şəxs sizin 16.01.2021-ci il tarixli koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmə ilə bağlı saatlarının uçotu mövzusuna aid məktuba cavab olaraq məlumat verir ki, Azərbaycan Respublikası Prezidentinin 18.03.2020-ci il tarixli 1947 № li Sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar emək şəraitinə görə dövlət tibb müəssisəsində çalışan işçilərin əmək haqlarına müddətli əlavənin məbləği aylıq vəzifə ( tarif ) maaşının 3,4,5 mislində müəyyən edilmişdir. Lakin, xəstəxana tərəfdən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlə ezam olunmuş işçilərə müəssisələr tərəfindən aylıq iş saatı normasından iş vaxtının uçot tabeli cədvəlində normadan qat-qat artıq saatlar yazılır. Bu məsələyə öz münasibətlərini bildirilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş İcbari Tibbi Sığortanın 16 yanvar 2021-ci il tarixli məktubundan görünür ki, bildirilib ki, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən işçilərin iş saatları normaya uyğunlaşdırılmalı və yalnız bu tədbirlərə cəlb edilən iş saatlarının uçotu dəqiq aparılmalıdır. Eyni zamanda, işə cəlb edilən işçilərin sayı xəstə sayından asılı olaraq artırılıb və ya azaldılmalıdır. Yəni, xəstə sayı çox olduğu vaxtlarda çox işçi cəlb edilməli və əksinə, xəstə sayı az olduğu vaxtlarda az ışçı cəlb edilməlidir. İşçilər növbəlilik əsasında və işçilər arasında bərabər bölgüyə əməl olunmaqla yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilməlidir. Yəni hansısa işçilərin normadan artıq işlərə cəlb edilərək digər işçilərin isə mübarizə tədbirlərinə cəlb edilməməsi hallarına yol verilməməlidir. Xüsusilə qeyd edirik ki, işçilərin cəlb edilməsi zamanı aylıq iş saatı və iş günləri normasına mütənasibliyin qorunmasına əməl edilməlidir. Hazırda yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxma halları gün keçdikcə azalmaqdaçiır. Bu səbəbdən, mübarizə tədbirlərinə cəlb edilən işçilərin sayı müvafiq qaydada azaldılmalı, cəlb olunduqları iş saatları isə normadan artıq təşkil etməməlidir. Xəstə sayında artım müşahidə olunduğu vaxtlarda cəlb edilən işçilərin sayı müvafiq qaydada artırılmalı, işçilər arasında bərabər bölgüyə diqqət edilməlidir və beləliklə işçilərin cəlb olunduqları iş saatları normadan artıq təşkil etməməlidir. Əgər işçi normadan artıq işə cəlb edilmişdirsə, hər ay tibb müəssisəsi tərəfindən Agentliyə siyahılar təqdim edilərkən normadan artıq işlərə cəlb edıləp işçilərin hansı səbəbdən normadan artıq işlərə cəlb edilməsi barədə rəsmi əsaslandırma məktubu da Agentliyə təqdim edilməlidir. Bir daha nəzərinizə çatdırırıq ki, işçilərin yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə işçilər arasında bərabər əsaslarla və növbəlilik qaydasında cəlb edilməsinə, əmək qanunvericiliyinin düzgün tətbiq edilməsinə, cəlb edilmə vaxtının aylıq iş saatları və iş günləri normasına mütənasib olmasına tibb müəssisəsinin rəhbər şəxsləri tərəfindən nəzarət olunmalıdır. Müvafiq qurumların, Maliyyə Nazirliyi, Hesablama Palatası, hüquq-mühafizə orqanlarının yoxlamaları zamanı işçilərin yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb olunmasına dair qanunvericiliyin pozulması hallarının aşkarlanması zamanı tibb müəssisəsinin rəhbərliyi məsuliyyət daşıyır və barələrində qanunamüvafiq tədbirlərin görüləcəyi nəzərə çatdırılır. İş materiallarına əlavə edilmiş X9 Xidmətinin Bakı şəhər idarəsinin E.Y.Şirinova ünvanlanmış 21 may 2021-ci il tarixli məktubunun surətindən görünür ki, “M.Ə.Əfəndiyev adına 2 № li Şəhər Klinik Xəstəxanası” X19 rəhbərliyi tərəfindən X9 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilən sənədlərdən “Qobustan Rayon Mərkəzi Xəstəxanası” və “Ə.D Məlikov adına 6 saylı X5” X17 ezam olunduğu müddətdə normal əmək və istirahət rejiminə riayət edılmeməklə iş vaxtından artıq iş saatlarına cəlb edildiyi məlum otmuşdur. Əmək haqqının qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanıb ödənilməməsi ilə bağlı “M.Ə.Əfəndiyev adına 2 №li Şəhər Klinik Xəstəxanası” publik huquqi şəxsin vəzifəli şəxsi barəsində tərəflərindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə uyğun olaraq 18.05 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərar qəbul edilmiş, əmək haqqınızın qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanıb ödənilməsi ilə bağlı “M.Ə.Əfəndiyev adına 2 №-li Şəhər Klinik Xəstəxanası” X21 rəhbərliyinə müvafiq məktub ünvanlanmışdır. Eyni zamanda bildirilmişdir ki, normal əmək və istirahət rejiminə riayət edilməməsi ilə bağlı “Qobustan Rayon Mərkəzi Xəstəxanası” və “Ə.D Məlikov adına 6 saylı X5” X11 vəzifəli şəxsləri barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsinə uyğun olaraq 16.05.2021ci il tarixli, Mn ******* nömrəli və 16.05.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarlar qəbul edilmişdir. İş materiallarında olan 16 may 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 tərəfindən E.Y.Şirinovun növbə cədvəllərində normal əmək və istirahət rejiminə riayət edilmədiyi müəyyən edilmiş və buna görə də Ə.P.Sultanov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 16 may 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X20 tərəfindən E.Y.Şirinovun növbə cədvəllərində normal əmək və istirahət rejiminə riayət edilmədiyi müəyyən edilmiş və buna görə də E.R.Hüseyn Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, E.Y.Şirinov 2020-ci ilin noyabr ayından başlayaraq əvvəlcə Qobustan Rayon Mərkəzi Xəstəxanasına daha sonra modul tipli xəstəxanaya çevrilmiş X4 COVİD-19 pandemiyasına qarşı mübarizə tədbirlərinə qoşulmaq üçün ezam edilmişdir. Həmin tibb müəssisələrində çalışan zaman o iş vaxtından artıq işlərə cəlb edilmişdir. E.Y.Şirinovun şikayəti əsasında müvafiq yoxlamalara başlayan X9 Xidmətinin Bakı şəhər idarəsi həmin artıq iş saatlarına görə müvafiq ödənişin ödənilmədiyini aşkar etmiş və bu səbəblə “M.Ə.Əfəndiyev adına X23” X19 direktoru Ə.S.Tağıyevə inzibati tənbeh vermişdir. İş materiallarında olan sənədlərdən də aydın olur ki, X9 Xidmətinin Bakı şəhər idarəsi həm də, Qobustan Rayon Mərkəzi Xəstəxanasının və modul tipli xəstəxanaya çevrilmiş X3 vəzifəli şəxsləri barəsində İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsi əsasında (normal əmək və istirahət rejiminə riayət edilməməsi) inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Məhkəmə hesab edir ki, X9 Xidmətinin Bakı şəhər idarəsinin Qobustan Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsləri barəsində belə qərar qəbul etməsi tam qanunidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 93.1-ci maddəsinə əsasən həkimlər həftəlik 36 saatlıq qısaldılmış iş rejimi ilə işləyirlər. Əmək Məcəlləsinin 90.3-cü maddəsinə əsasən altıgünlük iş həftəsində həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan çox olmamalıdır. Buradan belə nəticə çıxır ki, E.Y.Şirinov gündə normal halda 6 saat işləyə bilər. Azərbaycan Respublikasının Əmək Məcəllləsinin 100-cü maddəsinə görə hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz. Həkimlər ağır iş rejimində çalışdığı üçün onlar iki ardıcıl gün ərzində ən çoxu 2 saat iş vaxtından artıq işlərə cəlb edilə bilər. Belə olan halda E.Y.Şirinov gün ərzində ən çoxu 8 saat çalışa bilər (6 saat + 2 saat). İş materiallarında olan iş vaxtının uçotu cədvəllərindən isə belə görünür ki, o ayın bütün günləri ardıcıl olaraq 12 saat işləmişdir hansı ki, bu yol verilməzdir. Belə ki, Əmək Məcəlləsi iş vaxtından artıq iş saatları üçün işçiyə əlavə ödəniş nəzərdə tutsa da (Əmək Məcəlləsinin 165-ci maddəsi) iş saatlarının sayına məhdudiyyət qoyur. Burada əsas məqsəd işçinin öz itirilmiş əmək qabiliyyətini reabilitasiya etməsi üçün normal istirahət edə bilməsidir. Bu səbəbdən hətta işlənilmiş bütün saatların əvəzi ödənilsə belə həmin iş vaxtından artıq iş saatları qanunda müəyyən edilmiş həddən artıqdırsa bu inzibati xətaya səbəb olur. Bu mənada normal iş və istirahət rejiminin pozulması ilə bağlı hissədə tətbiq olunan tənbeh doğrudur. Lakin, “M.Ə.Əfəndiyev adına X23“ X19 direktoru Ə.S.Tağıyevi yuxarıda göstərilən və qanunsuz olaraq tətbiq olunan iş saatlarına görə müvafiq əlavə ödəniş etməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı eyni sözləri demək olmaz. Həmçinin iş materiallarında olan sənədlərdən görünür ki, E.Y.Şirinovun COVİD-19 pandemiyasına qarşı mübarizə tədbirlərinə cəlb olunması ilə bağlı ezam vaxtı, müddəti və ezam göndəriləcəyi müəssiəsə məhz Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) tərəfindən verilən göstəriş əsasında müəyyən olunmuşdur. Başqa sözlə, E.Y.Şirinovun məhz TƏBİB-in “M.Ə.Əfəndiyev adına X23” X19 direktoru Ə.S.Tağıyevə verdiyi birbaşa göstəriş əsasında ezam olunmuşdur. Ezam olunan müəssiələrin hər biri TƏBİB-in tabeliyindədir və “M.Ə.Əfəndiyev adına X23” X22 ilə heç bir tabeçilik əlaqəsi yoxdur. Bu o deməkdir ki, həmin müəssisələrdə E.Y.Şirinovun iş vaxtından artıq işlərə cəlb edilməsinə görə Ə.S.Tağıyev məsuliyyət daşıya bilməz. İş materiallarından da görünür ki, E.Y.Şirinovun iş vaxtından artıq iş saatlarına görə İcbari Tibbi Sığorta Agentliyi və ya TƏBİB tərəfindən maliyyə vəsaitinin ayrılması barədə heç bir sübut yoxdur. X9 xidmətinin Bakı şəhər idarəsi həmin faktın araşdırılması üçün araşdırma aparmamış, müvafiq qurumlara heç bir soğru verməmişdir. Göstərilərə əsasən məhkəmə hesab edir ki, artıq iş saatlarına görə E.Şirinova əlavə haqqın ödənilməməsi Ə.S.Tağıyevdən aslı səbəblərdən olmamışdır. Belə ki, Ə.S.Tağıyev tərəfindən Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 27.01.2021-ci il tarixdə müraciət edərək həkimlərin ezam olunan müəssisələrdə iş vaxtından artıq iş saatlarına cəlb edilməsi və onlara hansı şəkildə əmək haqqının ödənilməsi barədə köməklik göstərilməsi ilə bağlı yazılı şəkildə sorğu verilib və Agentlikdən daxil olmuş cavaba əsasən müəyyən edilir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bütün səhiyyə müəssisələrinə həkimləri iş vaxtından artıq iş saatlarına cəlb edilməməsini xüsusilə tapşırıb. Həmçinin əlavə iş saatlarının əvəzinin ödənilməsi üçün “M.Ə.Əfəndiyev adına X23” X19 hesabına əlavə maliyyə vəsaiti ayrılmayıb və ya bu barədə hər hansı məlumat da verilməyib. “M.Ə.Əfəndiyev adına X23” X22 büdcədən maliyyələşən müəssisə olduğu üçün müvafiq maliyyə vəsaiti ayrılmadığı təqdirdə ödənişi həyata keçirə bilməz. Başqa sözlə, həmin vəsait ayrılmadığı halda Ə.S.Tağıyevin ödənişi həyata keçirməməsindən məsul ola bilməz. Buna görə də DƏMX-nin Bakı şəhər idarəsi tərəfindən Ə.S.Tağıyevin barəsində obyektiv və hərtərəfli araşdırma aparılmadan 07 may 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında qanunsuz 18 may 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Yuxarıda göstərilən səbəblərdən də, qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 99.1-ci maddəsinə əsasən iş vaxtından artıq iş - işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Buradan belə nəticə gəlinir ki, TƏBİBİN yazılı göstərişi əsasında Ə.S.Tağıyevin əmri ilə E.Şirinov Qobustan Rayon Mərkəzi Xəstəxanasına və modul tipli xəstəxanaya çevrilmiş X4 ezam olunsa da, iş vaxtından artıq işlərə cəlb olunması üçün Ə.S.Tağıyevin hər hansı bir əmri olmamışdır. Bu da bir daha onu deməyə əsas verir ki, Ə.S.Tağıyev E.Şirinovun iş vaxtından artıq işlərə cəlb edilməsi üçün məsuliyyət daşıya bilməz. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddədə deyilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Yəni inzibati tənbeh verən orqan şəxsin təqsirini sübut etməlidir. Təqsir inzibati xəta tərkibinin əsas komponentidir. Təqsir olmadan inzibati xəta tərkibi yarana və beləliklə həmin əmələ görə məsuliyyət nəzərdə tutula bilməz. Təqsir isə baş verən hadisə ilə törədilən əməl arasında səbəb-nəticə əlaqəsinin mövcud olmasıdır. Əgər hadisənin baş verməsinə səbəb həmin əməl deyilsə və ya həmin əməlin nəticəsində müvafiq hadisə baş verməyibsə bu əməl ilə hadisə arasında səbəb-nəticə əlqəsinin olmaması deməkdir. Məhkəmə ədalət mühakiməsini həyata keçirən orqan kimi sadəcə inzibati xəta hadisəsinin baş verməsi faktını deyil, həmin hadisəyə ilə bağlı həqiqətdə təqsirli olan şəxsi aşkara çıxarmalı və doğru şəxsi cəzalandırmalıdır. Şəxsin hadisə ilə formal bağlılığının olması onun təqsirli olmasına və məsuliyyətə cəlb olunmasına əsas vermir. Bu səbəbdən Məhkəmə hesab edri ki, iş üzrə inzibati tənbeh verən orqan artıq iş saatlarına görə əməyin ödənilməməsi faktını düzgün olaraq aşkar etsə də təqslirli şəxsi doğru müəyyən edə bilməmişdir. X1 məsələ ilə bağlı təqsirli olmadğı üçün inzibati məsuliyyətə cəlb oluna bilməz və onun barəsində verilmiş müvafiq qərar ləğv edilməlidir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati cərimə tətbiq edilmiş Ə.S.Tağıyevin əməlində inzibati xəta tərkibi yoxdur. Həmçinin Ə.S.Tağıyevin əməlində inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən (obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhət) biri olan subyekt yoxdur. Hazırkı iş üzrə barəsində inzibati cərimə tətbiq edilmiş Ə.S.Tağıyevə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən - bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi Ə.S.Tağıyev əməlində inzibati xəta tərkibi olmadığından şikayəti təmin edilməli, X9 Xidməti Bakı şəhər idarəsinin 18 may 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 nümayəndəsi və vəkili Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Vəkil şikayəti təmin olunsun. X9 Xidməti Bakı şəhər idarəsinin 18 may 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar