Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1313/2024 04.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızı sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi ilə, X1 29 mart 2024-cü il tarixli EQ 20229566 və 01 aprel 2024-cü il tarixli EQ 20285997 saylı inzibati xəta haqqında protokollardan, həmin protokollar əsasında qəbul edilmiş 29 mart 2024-cü il və 01 aprel 2024-cü il tarixli inzibati xəta haqqında qərarlardan verdiyi şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək 29 mart 2024-cü il tarixli EQ 20229566 və 01 aprel 2024-cü il tarixli EQ 20285997 saylı inzibati xəta haqqında protokollardan, həmin protokollar əsasında qəbul edilmiş 29 mart 2024-cü il və 01 aprel 2024-cü il tarixli inzibati xəta haqqında qərarların ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə olunmuş materialları nəzərdə keçirib, hesab edir ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İş materiallarından müəyyən edilir ki, ayrı-ayrı vaxtda törədilmiş inzibati xətalara görə X1 barəsində ayrı-ayrı inzibati xəta haqqında protokollar tərtib edilmiş və həmin protokollar əsasında ayrı-ayrı inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmişdir. Məhkəmə işin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, ayrı vaxtda törədilmiş üç müxtəlif inzibati xətaya görə (327.1-ci maddəsi üzrə) X1 barəsində tərtib edilmiş iki inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş iki inzibati tənbeh vermə haqqında qərardan şikayətə bir icraatda baxıla bilməz. Belə ki, şəxs barəsində hər bir inzibati xətaya görə ayrıca inzibati xəta haqqında protokol və qərar qəbul edilmiş, yəni ayrı-ayrı inzibati xəta haqqında icraat başlanılmış və aparılmışdır. Belə olan halda isə hər icraat üzrə qəbul edilmiş qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə ayrı-ayrılıqda şikayət verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 29 mart 2024-cü il və 01 aprel 2024-cü il tarixlərdə törədilmiş bir neçə inzibati xətalara görə X1 barəsində tərtib edilmiş, inzibati xəta haqqında protokollar əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan şikayətə bir icraatda baxılması qeyri-mümkün olduğundan şikayət geri qaytarılmalı və şikayətçiyə izah edilməlidir ki, barəsində qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarların hər birindən ayrı-ayrılıqda şikayət verə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 132.1.2-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: X1 29 mart 2024-cü il tarixli EQ 20229566 və 01 aprel 2024-cü il tarixli EQ 20285997 saylı inzibati xəta haqqında protokollardan, həmin protokollar əsasında qəbul edilmiş 29 mart 2024-cü il və 01 aprel 2024-cü il tarixli inzibati xəta haqqında qərarlardan verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-1313/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1313/2024
04.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver