Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1318/2024 02.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi RPİ-nin X8 Şöbəsinin baş inspektoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.3 və 332.4cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024cü il tarixdə Ə.Topçubaşov və B.Səfəroğlu küçələrinin kəsişməsində «Mercedes Benz C220» minik markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.3 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi RPİ-nin X8 Şöbəsinin baş inspektoru X2 izahatında göstərdi ki, Şəxs 30 mart 2024-cü il tarixdə saat 11:25 radələrində idarə etdiyi «Mercedes Benz C220» minik markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı maşınla Ə.Topçubaşov küçəsi ilə hərəkət edərkən Ş.Əzizbəyov küçəsinin kəsişməsinə daxil olarkən “Porsche” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində aydın olmuşdur ki, Şəxs idarə etdiyi avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Bu səbəbdən onun törətdiyi xətalara görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.3 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərdi ki, 30 mart 2024-cü il tarixdə saat 11:25 radələrində etibarnamə ilə idarə etdiyi dostu X6 məxsus «Mercedes Benz C220» minik markalı, **-EL- *** dövlət qeydiyyat nişanlı maşınla Ə.Topçubaşov küçəsi ilə hərəkət edərkən Ş.Əzizbəyov küçəsinin kəsişməsinə daxil olarkən fikirli olduğundan qarşıdakı “stop” nişanını görməmiş hərəkətini davam etdirərkən sağdan Ş.Əzizbəyov küçəsinə hərəkətdə olan “Porsche” markalı maşın toqquşmuş hadisə zamanı xəsarət alan olmamışdır. İkinci Qarabağ müharibəsi iştirakçısı olduğunu, əməlindən peşmançılıq çəkdiyini, himayəsində xəstə ana atasının olmasının nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında iş üzrə yüngül tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, 1/316 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs sərxoşluq əlamətləri olmadan narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin mövcudluğu müəyyən edilmişdir Araşdırma zamanı zərərçəkmiş şəxs X4 tərəfindən Bakı şəhəri Nəsimi RPİ-nin DYPŞ-yə təqdim edilmiş izahatdan görünür ki, xx.xx.2024-cü il tarixində 11:25 radələrində ona məxsus olan “Porsche” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ş.Əzizbəyov küçəsi ilə Ə.Topçubaşov küçəsinin kəsişməsinə daxil olarkən solda Ə.Topçubaşov küçəsi ilə hərəkət edən «Mercedes Benz C220» minik markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü “stop” yol nişanının tələbini pozaraq onun (zərərçəkmişin) avtomobilinin ön sol yan hissəsinə çırpılmışdır. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. Nəsimi rayon DYPŞ tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs tərəfindən 30 mart 2024-cü il tarixdə Ə.Topçubaşov və B.Səfəroğlu küçələrinin kəsişməsində «Mercedes Benz C220» minik markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.3 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 703 saylı Hərbi Hissəsi tərəfindən verilmiş “Travma haqqında” arayışdan görünür ki, əsgər Şəxs xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Tərtər Ağdərə istiqamətində “partlayış travması. Burunun dəlib keçən qəlpə yarası. Burun sümüklərinin sınığı” xəsarətini almışdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 332.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə - qırx manat məbləğində cərimə edilir. 332.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir. 332.3-cü maddəsinə əsasən, Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir. 332.4-cü maddəsinə əsasən, Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf edib peşman olmasını əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini (İXM 32.1.1) və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Məmmədov X3 Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.3-cü maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.3-cü maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-1318/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1318/2024
02.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver