Məhkəmə qərarları › İş №3(006)-1327/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1327/2025

07.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1327/2025 07.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Əmiraslanlı Xanım Fərhad qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Nəsimi RPİ-nin Dövlət yol polis şöbəsinin yol patrul xidməti inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikası, Gəncə şəhərində doğulmuş. Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkumluğu olmayan, Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi, ev 36 unvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1, 327.2, 332.1 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi RPİ-nin Dövlət yol polis şöbəsinin yol patrul xidməti inspektroru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1, 327.2, 332.1 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair İXP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün inzibati xəta törədən şəxslə birlikdə məhkəməyə gətirilmişdir. İXP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında həmin protokolda göstərilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə idarə etdiyi “Ford Fusion” markalı, **- KJ-*** dövlət qeydiyyat nişanlı motosiklet hərəkətdə olarkən Azərbaycan Respublikası İXM-nin 332.1, 327.1, 327.2 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Nəsimi RPİ-nin Dövlət yol polis şöbəsinin yol patrul xidməti inspektoru X4 izahat verərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə, saat 22:00 radələrində “Ford Fusion” markalı, **-KJ-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən İXM-nin 332.1, 327.1, 327.2 və 511.1.3-cü maddələrinini tələblərini pozaraq qayda pozuntuları etmiş, YPX əməkdaşları tərəfindən ona saxla əmri verilərkən əmrə tabe olmamış, cəmiyyətə qarşı nümayişkaranə hörmətsizlik edərək avtoxuliqanlıq hərəkətləri etmiş və barəsində protokol tərtib olunmuşdur. Qeyd olunanların nəzərə alınaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati xəta haqqında protokol üzrə törətmiş olduğu digər maddələr üzrə özünü təqsirli bilir, əməlindən peşman olduğundan barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Eyni zamanda, o, məhkəməyə ərizə ilə müraciət edərək hazırkı inzibati xəta haqqında işə müdafiəçinin iştirakı olmadan baxılmasını xahiş etmişdir Məhkəmə iclasında iştirak edən şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİnin X6 şöbəsi, yol patrul xidməti inspektoru, polis baş serjantı X1 eyni məzmunlu izahat verərək Şəxs həqiqətən də təhlükəli avtomobil idarə etdiyini bildərərk onun barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara müəyyən olundu: İXP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan məlum olur ki, xx.xx.2025-ci il tarixdə, saat 22:00-də “Ford Fusion” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı motosikleti idarə edən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 327.1, 327.2 və 511.1.3-cü maddələri ilə protokol tərtib edilmişdir; Kompakt diskdəki görüntülərdən aydın olur ki, “Ford Fusion” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı motosikleti idarə edən Şəxs tərəfindən nəqliyyat vasitəsinin ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərin edilməsi müəyyən olunur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan, Şəxs Azərbaycan Respublikası İXM-in 332.1, 327.1, 327.2 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi onun özünün izahatı, CD-diskdəki görüntülərlə və iş üzrə araşdırılmış digər sübutlarla təsdiq edildiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf edib peşman olmasını əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 511-ci maddəsindən görünür ki, avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.3-cü maddəsinə əsasən, mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini (İXM 32.2) və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 327.1, 327.2-ci maddələr ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi RPİ-nin Dövlət yol polis şöbəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 511 1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətaların törətməkdə təqsirli bilinsin barəsində nəqliyyat vasitələrını idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsın. Şəxs barəsində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair tənbeh tədbiri müstəqil icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli «07» mart 2025-ci il tarixdən, saat 17.10-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsın. İnzibati xəta haqqında protokolda göstərilmiş Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 332.1, 327.1, 327.2-ci maddələrinə münasibətdə həmin protokola dair inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Bakı şəhəri Nəsimi RPİ-nin Dövlət yol polis şöbəsinə göndərilsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhər Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hakim: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar