Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1337/2020 01.07.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, məhkəmə iclas katibi x8 oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru x3 iştirakları ilə xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 mənzil 3 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru x6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6519/2019 saylı, 22.08.2019-cu il tarixli icra vərəqəsinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək verdiyi izahatında göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6519/2019 saylı, 22.08.2019-cu il tarixli icra vərəqəsinə əsasən o, hər ay, hər uşağa 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment ödəməlidir. Son vaxtlar aliment pulunu ödəməyə maddi imkanı olmamışdır. Əmək haqqını alan kimi borcun böyük qismini ödəmişdir. Hazırki borcun 500 manat hissəsini ödəyir, qalan hissəsini isə yaxın günlərdə ödəyəcəkdir. O, icra sənədinin icrasından yayınmır və bundan sonra da ödəniş etməyə davam edəcəkdir. Qeyd olunanları nəzərə alaraq barəsində olan icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru x6 bildirdi ki, Xətai Rayon Məhkəməsinin 2(011)-6519/2019 nömrəli, 22.08.2019-ci il tarixli icra vərəqəsində göstərilənlərə əsasən borclu Şəxs hər ay, hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq tələbkar x4 xeyrinə ödənilməlidir.İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü təmin edilməsi üçün borcluya bildiriş göndərilmişdir. Lakin borclu tərəfindən icra sənədinin icrası təmin edilməmişdir. İcra tədbirlərini davam etdirmək məqsədi ilə borclunun adına tələbin yönəldilə biləcəyi əmlakların olubolmamasını müəyyənləşdirmək üçün aidiyyəti üzrə orqanlara sorğular edilmişdir. Lakin onun adına tələbin yönəldilə biləcəyi heç bir əmlak növü aşkar edilməmişdir. Borclu Şəxs bu günə kimi ödənilməmiş 1640 manat borcu vardır. Görülmüş tədbirlərə və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu icra sənədinin icrasından və icra məmurunun qanuni tələblərindən yayınmaqdadır. Bu səbəbdən borclu Şəxs icra məmurunun qanuni tələbindən yayındığından və aliment borcunun ödənilməsini təmin etmədiyindən onun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs haqqında qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq tələbkar x7 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən işə tələbkar x4 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6519/2019 saylı, 22.08.2019-cu il tarixli icra vərəqəsinə əsasən 09 fevral 2010-cu il təvəllüdlü x1 və 09 iyun 2014-cü il təvəllüdlü x2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 09 iyul 2019-cu il tarixdən başlayaraq, cavabdeh Şəxs iddiaçı x4 xeyrinə hər ay, hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment tutulması, cavabdeh Şəxs 20 manat dövlət rüsmunun tutularaq iddiaçı x5 ödənilməsi, əlavə olaraq dövlət rüsumunun kəsirini təşkil edən 10 manatın cavabdeh Şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan 01.07.2020-ci il tarixli qəbzdən görünür ki, Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6519/2019 saylı, 22.08.2019-cu il tarixli icra vərəqəsinə əsasən x4 hesabına 500 manat pul ödəmişdir. Məhkəmə baxışı zamanı Şəxs aliment borcunu ödəməkdən qəsdən (üzrsüz səbəbdən) yayınmasını təsdiq edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şəxs icra sənədlərinin icrası ilə bağlı icra məmurunun hansı qanuni tələbini yerinə yetirməməsi məhkəmə araşdırılması zamanı müəyyən edilməmiş, bu barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, işin materiallarına əlavə olunmuş ödəniş qəbzindən görünür ki, Şəxs aliment borcunun bir hissəsini ödəmiş, qalan hissəsini isə yaxın günlərdə ödəyəcəyinə söz vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim Rəşid Səmədov
Məhkəmə qərarları › İş №3(006)-1337/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1337/2020
01.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver