Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1344/2020 29.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X5 qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X3 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X2 iştirakı ilə, “X3 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: “X3 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxx 2020-ci il tarixli, 00100-1116/20 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan ünvan 1 ünvanında qeydiyyatda olan “X3 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialı ünvanına RG412GR/BB991O nömrəli nəqliyyat vasitəsilə daxil olmuş yüklərin **********816 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. Belə ki, “Sahil” gömrük postundan daxil olmuş 34/026/008376 nömrəli xx.xx.2020-ci il tarixli raporta əsasən “X3 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının ünvanına RG412GR/BB991O nömrəli nəqliyyyat vasitəsilə ölkə ərazisinə daxil olmuş yük üçün qısa idxal bəyannaməsi təqdim olunmamışdır. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursundan “malın çatdırılması və boşaldılması”na dair çıxarışdan görünür ki, RG412GR/BB991O nömrəli nəqliyyat vasitəsilə “X3 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı ünvanına göndərilən mallar xx.xx.2020-ci il tarixdə, saat 08:08-də Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırpızı körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. İş üzrə Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, “X3 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı ünvanına RG412GR/BB991O nömrəli nəqliyyat vasitəsilə göndərilmiş mallara dair qısa idxal bəyannaməsi, mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməmişdir. Bununla da, “X3 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X3 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi N.S.Əliyev bildirmiş ki, “X3 LTD” şirkəti və “X6” şirkəti arasında bağlanmış xx xxxxxxxx 2020-ci il tarixli, Socl-mat-1823/2019 saylı alqı-satqı müqaviləsinin şərtlərinə görə (CİP Baku) digər ölkədən gətirilən malların çatdırılması “X6” şirkətinin üzərinə düşür. Həmin mallar “X6” şirkəti tərəfindən gömrüyə çatdırılmalı, qısa idxal bəyannaməsi onlar tərəfindən təqdim edilməli və sonradan “X3 LTD” şirkətinə Bakı şəhərində təhvil verilməlidir. Qeyd edilən halı təsdiq edən alqı-satqı müqaviləsi və ona əlavə edilmiş sənədləri məhkəməyə təqdim edir. Göründüyü kimi protokol tərtib edilərkən qeyd ediən hal nəzərə alınmamışdır. Ona görə də iş üzrə əlavə araşdırma aparılması üçün inzibati xəta haqqında protokolun geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarında olan Şəxs şirkəti ilə “X6” şirkəti arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, Socl-Mat-1823/2019 saylı müqavilənin 3-cü bəndindən görünür ki, spesifikasiyalarda başqa cür müəyyənləşdirilmədiyi təqdirdə mal satıcı tərəfindən yüklədilərək alıcının anbarına boşaldılması müəyyənləşdirilmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli spesifikasiyanın surətindən görünür ki, müqavilə şərtləri ilə (CİP Baku) xarici ölkədən sifariş edilən malların çatdırılması “X6” şirkətinin üzərinə qoyulmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, “X3 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının barəsindəAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilətərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində müvafiq inzibati araşdırma natamam aparılmış, qısa idxal bəyannaməsinin hansı şirkət tərəfindən Gömrük İdarəsinə verilməsi yəni inzibati məsuliyyətə cəlb ediləsi subyekti düzgün müəyyən edilmədən “X3 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, şirkətin nümayəndəsinin izahatında göstərdiyi hallar üzrə araşdırma aparıldıqdan sonra istinad edilən inzibati xətanın törədilib-törədilməməsini müəyyən etmək mümkündür. İndiki halda isə qeyd edilən halla bağlı protokolu tərtib edən orqan tərəfindən hər hansı araşdırma aparılmadan və ya natamam şəkildə aparılaq iş məhkəməyə göndərilmişdir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən sübut etmə vəzifəsi protokolu tərtib edən orqanın üzərinə düşür. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinəəsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinəəsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs “X3 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının əməlində inzibati xəta hadisəsinin olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin şirkətin əməlində inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən (obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhət) biri olan subyekt yoxdur. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “X3 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan və mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: “X3 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qaytarılsın. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-1344/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1344/2020
29.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver