Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-135/2025 21.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 İnzibati xəta haqqında protokolu Nümayəndə tərtib etmiş qurumun nümayəndəsi: iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 11, mənzil 101, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən klinikada xx.xx.2024-cü il tarixdə, saat 13:15-də keçirilən plandankənar yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyət (kosmetoloji) aşkar edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, vətəndaş X5 Nazirliyinə şikayətlə müraciət edərək göstərmişdir ki, “URUD” klinikasında işləyən Şahin ve Mehdi adlı iki qardaş insanları aldadıb pullarını alır, düzəltdikləri diş də 5-10 gün sonra qırılıb tökülür. 2024-cü ilin aprel ayının 01-də o, Şahin adlı şəxsə 3.100 manat pul vermiş və ona alt-üst “emax sirkon” qapaqlar düzəltmişdir. Lakin, həmin dişlər 10 gün sonra qırılıb tökülmüş, o da bu şəxsə zəng etsə də, sonuncu telefonlara cavab verməmişdir. Daha sonra o, eyni klinikada qardaşı Mehdinin yanına getmiş, sonuncu da qardaşının Naxçıvanda olduğu demiş və məsələ barədə onunla danışmağı məsləhət görmüşdür. Həmin gündən 05 ay sonra Şahin Bakıya gəlmiş və pulunu geri qaytaracağını demişdir. Lakin o, uzun müddətdir dişsiz qaldığını, Şahindən dişlərini düzəltməyi tələb etmişdir. Şahin bununla bağlı texnikə pul verilməli olduğunu, lakin maddi imkanı olmadığından bunun mümkün olmadığını bildirmişdir. Beləliklə, Şahin onun nə pulunu qaytarır, nə də ki, dişini düzəldir. O, artıq Şahinin onu dişini də düzəltməyini istəmir, çünki əvvəllər düzəltdiyi dişləri tökülmüşdür. Həmin iki qardaş insanları aldatdıqları üçün onlar barəsində tədbir görülməsini xahiş edir. Bu şikayətlə bağlı xx.xx.2024-cü il tarixdə, saat 13:15-də Şəxs MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən klinikada plandankənar yoxlama keçirilmişdir. Klinikada lisenziyadan kənar iş və və fəaliyyət (kosmetoloji) aşkar edilmişdir. xx.xx.2024-cü il tarixdə X1 kimi əmək müqaviləsinə xitam verilmişdir. X2 xx.xx.2024-cü il tarixli izahatında qeyd olunur ki, o, şikayətdə adı qeyd edilən şəxsi aprel ayında qəbul etmiş, dediyi məbləğ həmin şəxsi qane etmədiyi üçün dişini düzəltməmişdir. O, xx.xx.2024-cü il tarixdə sertifikasız fəaliyyətinə görə cərimə edilmiş və o, tibbi fəaliyyətini dayandırmışdır. O, sertifikasiya ilə əlaqədar müraciət etmiş və xx.xx.2025-ci il tarixdə kursa başlamışdır. Klinikada ayrıca boş otaqda imtahana hazırlaşdığına görə həmin tarixdə klinikada olmuşdur. Şəxs MMC barəsində qanunamüvafiq tədbirlər görülməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • 23.12.2024-cü il tarixli, KY242264381 saylı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”a əsasən Şəxs MMC-yə məxsus, ünvan 2 ünvanda yerləşən klinikada plandankənar (növbədənkənar) yoxlamanın aparılmasına icazə verilir, yoxlama müddəti 24-26 dekabr 2024-cü il; • xx.xx.2024-cü il tarixli, 727 saylı “Plandankənar yoxlama Aktı”na və ona əlavə edilmiş fotoşəkillərə əsasən Şəxs MMC-yə məxsus 3018-ci məhəllə, Cavadxan küçəsi, 34 A saylı ünvanda yerləşən klinikada lisenziyadan kənar iş və və fəaliyyət (kosmetoloji) aşkar edilmişdir. xx.xx.2024-cü il tarixdə X1 kimi əmək müqaviləsinə xitam verilmişdir; • X2 xx.xx.2024-cü il tarixli izahatında qeyd olunur ki, o, şikayətdə adı qeyd edilən şəxsi aprel ayında qəbul etmiş, dediyi məbləğ həmin şəxsi qane etmədiyi üçün dişini düzəltməmişdir. O, xx.xx.2024-cü il tarixdə sertifikasız fəaliyyətinə görə cərimə edilmiş və o, tibbi fəaliyyətini dayandırmışdır. O, sertifikasiya ilə əlaqədar müraciət etmiş və xx.xx.2025-ci il tarixdə kursa başlamışdır. Klinikada ayrıca boş otaqda imtahana hazırlaşdığına görə həmin tarixdə klinikada olmuşdur; • 0164137 saylı əmək kitabçasının surətindən görünür ki, X4 xx.xx.2015-ci il tarixdə Şəxs MMC-də stomatoloq vəzifəsinə təyin edilmiş, xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-cü hissəsinin “a” bəndinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə işdən azad edilmişdir; • Fotoşəkillərdən aydın olur ki, ünvan 3 ünvanda yerləşən Şəxs MMC-yə məxsus klinikada aparat kosmetologiyası, yəni lazer üsulu epilyasiya fəaliyyəti reklam olunur, eyni zamanda orada kosmetoloji aparat və dərman vasitələrinin (qulluq vasitələrinin) olduğu aşkar edilir; • Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Şəxs MMC-yə verilmiş xx.xx.2017-cı il tarixli, İN/L-902/2017/1 saylı lisenziyanın əlavəsinə əsasən şirkətə ünvan 3 ünvanda ambulator tibb xidmətinin göstərilməsinə icazə verilən işlərin siyahısına terapiya (terapevtik), kardiologiya (kardioloji), mama-ginekologiya (ginekoloji (ekstrakorporal mayalandırma istisna olmaqla), stomatologiya (terapevtik, ortopedik), şüa diaqnostikası (ultrasəs müayinəsi), laboratoriya (klinik və klinik-biokimyəvi) daxildir. Lakin görülməsinə icazə verilən işlərin siyahısında kosmetoloji fəaliyyət nəzərdə tutulmamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib və proses iştirakçısını dinləyib müəyyən edir ki, ünvan 3 ünvanda yerləşən Şəxs MMC-yə məxsus klinikada xx.xx.2023-cü il tarixdə, saat 13:15-də keçirilən plandankənar yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyətə (kosmetoloji) yol verilmişdir. Bununla da MMC-nin əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə məsuliyyət müəyyən edir. “Lisenziyalar və icazələr haqqında” Qanunun 27-ci maddəsinə görə lisenziya (icazə) sahibinin lisenziyanın və icazənin şərtlərinə riayət etməsinə nəzarət bu Qanunun 1.0.6-cı və 1.0.7-ci maddələrində nəzərdə tutulmuş normativ hüquqi aktlarla müəyyən olunmuş qaydada həyata keçirilir. Lisenziyanın və icazənin şərtlərinə riayət olunmasına nəzarət çərçivəsində səyyar yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 206 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”na əsasən kosmetoloji fəaliyyət də daxildir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə "xxxx" MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 8.000 (səkkiz min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-135/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-135/2025
21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver