Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1362/2024 16.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Şikayətçi: X1 iştirakları ilə Bakı şəhər Nəsimi Rayon Dövlət Yol Polis şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X4 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə, təxminən saat 23:40 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Lada Granta” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi ilə üzü “Təzə bazar” istiqamətində hərəkətdə olan zaman S.Vurğun küçəsi ilə Bakıxanov küçəsinin kəsişməsində işıqforun yaşıl işığı yanıb-sönən vaxt yolayırıcına daxil olub düzünə hərəkətini davam etdikdə, sol tərəfdən Bakıxanov küçəsi ilə hərəkətdə olan, sonradan markasını və nömrə nişanını gördüyü “Zontes” markalı, 99-A-195 dövlət qeydiyyat nişanlı motosiklet sürücüsü qarşısına çıxmış və nəticədə avtomobillin ön hissəsi ilə motosikletin sağ hissəsindən vurmuşdur. Toqquşma zamanı motosiklet aşaraq sürücüsü və yanında əyləşən bir nəfər sərnişin yerə yıxılaraq xəsarət almışlar. O, hadisə yerində həmin şəxslərə öz köməkliyini etmiş və hadisə yerinə təcili yardım çağırmışdır. Təcili yardım həkimləri onlara ilkin yardım edərək müayinə olunmalarından ötrü xəstəxanaya aparmışlar. O, hadisə olan vaxt avtomobilli təxminən 40 km/saat sürətlə idarə etmişdir. O, idarə etdiyi “Lada Granta” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilli lizinq müqaviləsi əsasında almış, lakin o, hər ay ödəniş etdikdən sonra lizinq şirkəti tərəfindən ona yeni etibarnamə verilmişdir. O, həmin ay ödəniş etdiyi üçün lizinq şirkəti xx.xx.2023-cü il tarixdə ona xx.xx.2023-cü il tarixədək etibarnamə vermişdir. Göründüyü kimi, o, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Lada Granta” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilli etibarnamə əsasında idarə etmişdir. Daha sonra lizinq şirkəti tərəfindən ona verilən etibarnaməni qızılca xəstəliyinə yoluxduğundan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Babək Mirzəyevə təqdim edə bilməmişdir. O, təhqiqatçıya sağaldıqdan sonra bunu təqdim edəcəyini desə də, 27 yanvar 2024-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul etməklə bərabər onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmasına dair qərar qəbul etmişdir. Bundan sonra Bakı şəhər Nəsimi Rayon Dövlət Yol Polis şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən o, İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, qərar qanuni və əsaslı deyil. Belə ki, o, “Lada Granta” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilli etibarnamə əsasında idarə etmişdir. Göstərilənlərə əsasən Bakı şəhər Nəsimi Rayon Dövlət Yol Polis şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında şikayətçi X4 şikayətə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, qərarından şikayət verilən orqanın nümayəndəsi gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • Bakı şəhər Nəsimi Rayon Dövlət Yol Polis şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X4 xx.xx.2023-cü il tarixdə, saat 23:40-da “Lada Granta” markalı, **-AD- *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir; • "xxxx" ASC tərəfindən verilmiş 08 dekabr 2023-cü il tarixli, 37642 saylı etibarnamənin surətinə əsasən X2 19 dekabr 2023-cü il tarixədək “Lada Granta” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin Azərbaycan Respublikasının ərazisində idarə olunması etibar edilmişdir. Beləliklə müəyyən edilir ki, “Lada Granta” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC-nin mülkiyyətindədir və bu avtomobil etibarnamə əsasında 19 dekabr 2023-cü il tarixədək idarə edilməsi üçün X2 verilmişdir. Lakin, bu təhqiqat orqanı tərəfindən araşdırılmamış və nəticədə hal inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər Nəsimi Rayon Dövlət Yol Polis şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: • İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); • Bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır (135.1.6-cı maddə); • İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər (134.1.4-cü maddə). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Bakı şəhər Nəsimi Rayon Dövlət Yol Polis şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1362/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1362/2024
16.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver