Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1368/2021 10.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, Bakı şəhəri, Yasmal rayonu, H.Cavid küç., ev 19-da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş 20.05.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs etibarnamə əsasında idarə etdiyi “Toyota Yaris” markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 16.04.2021-ci il tarixdə, saat 23:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi ilə Ə.Hüseynzadə küçəsinin kəsişməsində “STOP” yol nişanının tələbini pozaraq yol ayrıcına daxil olub X1 idarə etdiyi “Renault Megane” markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə həmin avtomobildə qabaq sağ oturacaqda əyləşmiş Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarətləri almışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, 16.04.2021-ci il tarixdə, saat 23:30 radələrində əri X1 idarə etdiyi “Renault Megane” markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobildə Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi ilə Ə.Hüseynzadə küçəsinin kəsişməsində olarkən “Toyota Yaris” markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü Şəxs “STOP” yol nişanının tələbini pozaraq yol ayrıcına daxil olub ərinin avtomobilini vurmuş, nəticədə o, kəllə-beyin travması və sair xəsarətlər almışdır. Həmin anda Şəxs onlara yaxınlaşmış, hadisə yerinə təcili yardım xidməti gələrək ona ilkin yardım göstərmişlər. Şəxs onunla ümumiyyətlə maraqlanmamış, müalicəsində ona yardım etməmişdir. Bu səbəbdən o, ondan şikayətçidir və onun sürücülük hüququnun məhdudlaşdırılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq barəsində icraat aparılan şəxs və Bakı şəhəri Nəsimi Rayon Dövlət Yol Polis şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokol və ona əlavə edilmiş sxemdən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi ilə Ə.Hüseynzadə küçəsinin kəsişməsində “Toyota Yaris” markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Renault Megane” markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşub; “Nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında” etibarnaməyə görə “Toyota Yaris” markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobil Şəxs 24.07.2021-ci il tarixədək etibar edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyi” X4 Nəsimi rayon şöbəsinin 30.04.2021-ci il tarixli, 277 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər - sağ gicgah-təpə nahiyəsinin qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan dərialtı hematoması bərk küt əşyanın (əşyaların) təsirindən 16.04.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək ona nəqliyyat vasitələrini idarə etmə hüququnun 01 (bir) il müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1368/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1368/2021
10.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver