Məhkəmə qərarları › İş №3(006)-1368/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1368/2022

28.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1368/2022 28.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, X1nun iştirakı ilə, Bakı şəhəri Nəsimi rayon X7 Şöbəsinin 17 mart 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Nəsimi rayon X7 Şöbəsinin 17 mart 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, 17 mart 2022-ci il tarixdə polis əməkdaşı Rəşad Abdullayev tərəfindən saxlanılmışdır. Polis əməkdaşı ona avtomobilin işıq cihazının nasaz olduğunu bildirmiş, o da bu problemi aradan qaldıracağını bildirmişdir. Polis əməkdaşı ona gedə biləcəyini demiş, o da ərazidən uzaqlaşmış, lakin 15 dəqiqə sonra ona cərimə olunması barədə sms bildirişi gəlmişdir. Qeyd olunanları nəzərə alaraq, Bakı şəhəri Nəsimi rayon X7 Şöbəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilməyi ilə bağlı 17 mart 2022-ci il tarixli qərarı qanunsuz olduğundan ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən X1 şikayətin məzmununa uyğun izahat verərək 17 mart 2022-ci il tarixli qərarın ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq barəsində şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə barəsində şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsinə və iş materiallarına baxaraq hesab edir ki,şikayət təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş İnzibati tənbeh vermə haqqında 17 mart 2022-ci il tarixli, TP ******* nömrəli qərardan görünür ki, X4 17 mart 2022-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında İXM-nin 329.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 30 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 17 mart 2022-ci il tarixdə polis əməkdaşı tərəfindən «KİA CEED MİNİK» markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmış və sürücü X3 tərəfindən işıq cihazından nasaz vəziyyətdə istifadə etməsi barədə məlumat verilmişdir. Ona görə də, Əziz Əzizov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və o, 30 manat məbləğində cərimə edilmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, onun tərəfindən işıq cihazı nasaz vəziyyətdə istifadə edilsə də, həmin nasazlığın aradan qaldırılacağı barədə polis əməkdaşına məlumat vermiş, lakin ona xəbərdarlıq edilmədən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, şikayətçinin göstərdiyi dəlillər 17 mart 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi üçün əsas ola bilməz. İlk növbədə qeyd edilməlidir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 barəsində tərtib edilmiş 17 mart 2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən YPX əməkdaşı xətanın mövcudluğunu, yəni sürücü tərəfindən törədilən qayda pozuntusunu bilavasitə özü aşkar etmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun Xİ-ci hissəsinə əsasən səs siqnallarından yalnız aşağıdakı hallarda istifadə oluna bilər: yaşayış məntəqələrindən kənarda ötmə niyyəti haqqında başqa sürücüləri xəbərdar etmək üçün zəruri olan hallarda; yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 81-ci maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Sadalanan hallardan başqa sürücü tərəfindən işıq cihazından nasaz vəziyyətdə istifadəsi yol hərəkətinin qayda pozuntusu hesab edilir və İXM-nin 329.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi kimi qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi Əziz Əzizovun 17 mart 2022-ci il tarixdə saat 10:24 radələrində «KİA CEED MİNİK» markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən nasaz vəziyyətdə işıq cihazından istifadə etməsi öz təsdiqini tapmışdır. Məhkəmə heab edir ki, Əziz Əzizovun məhkəmə iclasında verdiyi izahatı özünü müdafiə xarakteri daşıyır. Ona görə də onun əməli haqlı olaraq inzibati xəta kimi qiymətləndirilmiş və 30 manat məbləğində cərimə edilməsinə dair qanuni qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə- otuz manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X2 yol hərəkəti qaydasını pozaraq Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından və Bakı şəhəri Nəsimi rayon X7 Şöbəsinin 17 mart 2022-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar qanuni və əsaslı olduğundan X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon X7 Şöbəsinin 17 mart 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və y bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar