Məhkəmə qərarları › İş №3(006)-1371/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1371/2022

12.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1371/2022 12.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati qaydada icraat aparılan Şəxs nümayəndəsi “Prospekt” Vəkil Bürosunun vəkili X1, inzibati xəta haqqında protokolu tərtib edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndələri X9 və X6 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə 01 aprel 2021ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Şəxs tərəfindən Nərgiz İbrahimova işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respubliksı İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi, vəkil X3 izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən MN ******* saylı, 01 aprel 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokol tərtib edilrkən üzərində düzəlişlər edilmiş və məqsədyönlü şəkildə həyata keçirilmişdir. Həmçinin protokolda inzibati xətanın aşkar olunma tarixi qeyd olunmamışdır. Protokol qanunla nəzərdə tutulmuş qaydada və müddətdə tərtib edilməmiş və rəsmi olaraq MMC-yə təqdim edilmədiyi üçün, qanunvericiliklə müəyyən olunmuş qaydada protokolla razı olunmamasına dair izahat və şikayəti dövlət nəzarəti orqanına yazılı formada təqdim edə bilməmişdir. Müfəttişlik tərəfindən aşkar olunan bu hal düzgün olsa idi belə, bu hal aşkar olunduğu vaxta mövcud olmamış, yəni aşkar olunduğu vaxtda Şəxs MMC ilə X11 arasındakı, 04.01.2022-ci il tarixədək müddətə bağlanmış 05.01.2020-ci tarixli XM-0016 tarixli mülki hüquqi müqaviləyə xitam verilmiş və onlar arasında nə mülki hüquqi, nə də əmək hüquq münasibətləri mövcud olmamışdır. Bundan əlavə müqavilə azadlığı vardır və şəxslə müqavilə bağlanmasında hər hansı qanuna zidd hərəkətə yol verilməmişdir. Belə ki, şəxs orada mühafizə xidmətini deyil, mehmanxana xidmətini həyata keçirmişdir. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Şəxs MMC ilə X11 arasında mülki-hüquqi müqavilə 05.01.2020-ci il tarixdən 04 yanvar 2022-ci il tarixədək bağlanılmış və Müfəttişlik tərəfindən protokol tərtib edilən tarixdə bu müddət ötürülmüşdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Müfəttişlik aşkar etdiyi bu xətanı uzanan inzibati xəta hesab etsə belə, yuxarıda qeyd edildiyi kimi, aşkar edildiyi vaxtda Şəxs MMC ilə X11 arasındakı 05.01.2020-ci tarixli XM- 0016 tarixli mülki hüquqi müqaviləyə xitam verildiyi üçün mövcud olmayan münasibətlər uzanan inzibati xəta hesab edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 mart 2022-ci il tarixli Qərarındakı mövqeyə görə Əgər Şəxs MMC ilə X11 arasındakı 05.01.2020-ci tarixli XM-0016 tarixli mülki hüquqi müqavilə qüvvədə olduğu vaxtda müfəttişlik tərəfindən inzibati xəta aşkar olunsa idi, onda bu halın inzibati xata olub-olmaması məsələsi müzakirə oluna və mübahisə predmeti ola bilərdi. Qeyd olunanlara əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Şəxs MMC barəsində tərtib olunmuş 01 aprel 2021-ci il tarixli MN ******* saylı protokol əsasında aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X9 izahatında bildirmişdir ki, X5 inzibati orqana müraciəti əsasında aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Şəxs MMC ilə X11 arasında xidmət müqaviləsi 05.01.2020-ci il tarixdən 04 yanvar 2022-ci il tarixədək bağlanılmış, halbuki qeyd olunan müqavilə Əmək Məcəlləsinin müddəalarına uyğun aparılmamışdır. Belə ki, X11 öz izahatında onun əmək intizamını pozmasına görə barəsində MMC tərəfindən tənbeh tədbirinin tətbiq edilməsini qanunsuz hesab etmiş və ümumiyyətlə onunla əmək müqaviləsinin qanunvericiliyə uyğun olaraq aparılamamasını qeyd etmişdir. Həmçinin, X11 ilə MMC arasında mülki hüquqi müqavilə deyil, əmək qanunvericiliyinə uyğun olaraq şəxsin mehmanxanada mühafizə işinə uyğun olaraq əmək müqaviləsi bağlanılmalı olmuşdur. Qeyd olunan inzibati iş üzrə X5 izahatı ətraflı şəkildə alındıqdan sonra Şəxs MMC-yə müraciət edilərək müvafiq sənədlərin təqdim edilməsi tələb olunsa da, Şəxs MMC tərəfindən hərəkətsizlik göstərilmiş və hər hansı hüquqi sənəd təqdim edilməmişdir. Qeyd olunan ərizə üzrə müraciətin bir aylıq icra müddəti bitdiyindən yenidən Şəxs MMC-yə müraciət edilmiş və müvafiq araşdırmanın nəticələrinə uyğun olaraq xəbərdarlıq edilmişdir. Lakin göstərilən bütün səylərə baxmayaraq, Şəxs MMC tərəfindən X11 ilə MMC arasında əmək qanunvericiliyinə uyğun olaraq müqavilə bağlanılması öz təsdiqini tapmamışdır. Qeyd olunanların nəzərə alınaraq, inzibati xəta haqqında protokola uyğun olaraq qanuna müvafiq qaydada qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X2 Aidə Qəzənfər qızının izahatında göstərdiklərini təsdiq edərək protokolun təmin olunmasını xahiş etdi. İş materiallarında olan 05 yanvar 2020-ci il tarixli, XM-0016 saylı xidmət müqaviləsinin surətindən müəyyən olunur ki, Şəxs MMC-nin baş meneceri X12 ilə fiziki şəxs X11 arasında Xidmət müqaviləsi bağlanaraq X11 Şəxs MMC-də mühafizə vəzifəsində işə qəbul olunmuş və müqavilənin müddəti 04 yanvar 2022-ci il tarixədək müəyyən olunmuşdur. İş materiallarında olan əmək və icra intizamının pozulmasına görə intizam tənbehin tətbiqi formasının surətindən və Nərgiz İbrahimovanın Şəxs MMC-nin baş meneceri X7 verdiyi izahatdan müəyyən olunur ki, Nərgiz İbrahimovaya 13 oktyabr 2021-ci il tarixdə Şəxs MMC tərəfindən əmək və icra intizamının pozulmasına görə intizam tənbehi tətbiq edilmiş və Nərgiz İbrahimova izahatında ona xəbərdarlıq edilməsini qəbul edərək bir daha qayda pozmayacağını qeyd etmişdir. İş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X14 Xidmətinin baş əmək müfəttişi X4 MN seriyalı ******* saylı 01.04.2022-ci il tarixli İnzibati xəta haqqında protokoluna əsasən Şəxs MMC Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontaktı) hüquqi qüvvəyə minmədən Şəxs MMC tərəfindən Nərgiz İbrahimova işlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respubliksı İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan izahatlardan, həmçinin, materiala əlavə edilmiş digər sənədlərlə müəyyən olunur ki, X11 05 yanvar 2020-ci il tarixdən 14 yanvar 2022-ci il tarixədək Şəxs MMC-də xidməti müqavilə üzrə işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə, ki inzibati işin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X11 05 yanvar 2020-ci il tarixdən 14 yanvar 2022-ci il tarixədək əmək müqaviləsi olmadan Şəxs MMC tərəfindən işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmiş və bununla da Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbayjan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin maddənin 2-1-ci bəndinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Həmin maddənin 2-2-ci bəndinə əsasən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə əmək münasibətləri həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan yaranır. Həmin maddənin 2-3-cü maddəsinə əsasən aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir: 2-3.1. müqavilənin məzmunu bu Məcəllənin 43-cü maddəsinin 2-ci hissəsinə, forması isə bu Məcəllənin 44-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş formaya uyğun olduqda; 2-3.2. bu Məcəllənin 48-ci maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə; 2-3.3. tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda; 2-3.4. tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-3.5. tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-3.6. yerinə yetirilməsi şərtlərinə görə iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılması bu Məcəllənin 73-cü maddəsinə uyğun tənzimləndikdə; 2-3.7. yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi bu Məcəllənin 157ci maddəsinin 3-cü hissəsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda; 2-3.8. müqavilədə bu Məcəllənin 10-cu, 77-ci, 112-ci, 179-cu və 186-cı maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda. Həmin maddənin 2-4-jü maddəsinə əsasən bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. Beləliklə, qanunun tələbinə əsasən işəgətürənlə işçi arasında yazılı əmək müqaviləsinin bağlanması şərti imperativ qaydada müəyyən edilməsinə baxmayaraq, Şəxs MMC tərəfindən hüquq normasının bu şərtlərinə riayət olunmamışdır ki, bununla da Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmçinin müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən törədilən inzibati xəta hadisəsi hazırki iş üzrə qərar qəbul edildiyi vaxtdan 03 (üç) ay 28 (iyirmi səkkiz) gün öncə (inzibati xəta hadisəsi 14.01.2022-ci il tarixdə aşkar olunmuşdur) baş vermiş və bununla da inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məjəllənin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43-48, 106- 115 və 117-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə Qərara a l d ı: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinsin və həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar