Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1380/2023 17.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi X2 iştirakı ilə, Nəsimi RPİ-nin 21-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş eyni tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Nəsimi RPİ-nin 21-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş eyni tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2020-ci il tarixində COVİD-19 ilə mübarizə ilə əlaqədar məhdudiyyətlərin olduğu zaman işdən evə qayıdarkən ünvan 1 ünvanında həmin vaxt yaşayış mənzilinin yaxınlığında özünü ona sahə müfəttişi kimi təqdim edən üzərində polis uniforması olan bir nəfər tərəfindən saxlanılmış, sonuncu ondan icazə sənədinin olub-olmadığını soruşmuş, o, isə sistemdən qeydiyyatdan keçdiyini və sözügedən icazə sənədinin hazırda üzərində olmasa da şəxsiyyət vəsiqəsi ilə bunu sistemdən asanlıqla müəyyən edilə biləciyini bildirmişdir. Bundan sonra həmin polis isə onun şəxsiyyət vəsiqəsini alıb baxmış və sonra isə ona geri qaytarmışdır. Bu yaxınlarda “ASAN ödəniş sisteminə daxil olarkən onun adına sistemdə MN ******* saylı protokola əsasən 200 AZN məbləğində cərimə mövcud olduğunu aşkar etmişdir. Guya ki, o, xx.xx.2020-ci il tarixində karantin rejiminin qaydalarını pozmuşdur. Halbuki, elə bir hadisə baş verməmiç, həmin tarixdə o, işlədiyi üçün icazəli olmuş və bununla bağlı sübut olaraq icazə elektron sistemdən çıxarışı qoşma hissəsinə əlavə etmişdir. Beləliklə qeyd etmişdir ki, barəsində tərtib edilmiş inzibati protokol və inzibati tənbeh edilməsi haqqında qərar tamamilə əsassız və qanunsuzdur. Onların hər ikisində İXM-nin 211.1-ci maddəsinə istinad edilsə də, konkret olaraq hansı əməli törətməsi göstərilməmişdir. Ümumiyyətlə, yuxarıda qeyd etdiyi kimi belə bir hal baş verməmişdir. Onları tərtib etmiş polis əməkdaşının ondan sənəd istəyən polislə eyni şəxs olub-olmamasını bilmir, nə də ki, həmin polis əməkdaşı onun qayda pozuntusu etməsini və bu səbəbdən inzibati tənbeh edilməli olduğunu bildirməmişdir. Pozuntu etmədiyindən bu barədə heç bir sübut da ola bilməz. Əksinə sözügedən tarixdə o, icazəli olmuşdur. Nəticə etibarilə mübahisəli protokol tam olaraq qanunsuz və əsassız tərtib olunmuş və inzibati qərar qəbul edilmişdir. Yuxanda qeyd olunan protokol və qərar aşağıda qeyd olunan hüquq və azadlıqlarımı pozduğu üçlin qanunu hesab edilə bilməz və ləğv olunmalı və icraata xitam verilməlidir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, barəsində tərtib olunmuş protokol AR Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş formaya uyğun deyildir. İndiki halda isə barəsində tərtib olunmuş protokol ciddi hesabat sənədi olduğu halda, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş forma əsasında tərtib edilməmişdir. Lakin o, İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan əməli törətməmişdir. Yuxarıda göstərdiyi kimi, həmin tarixdə o, icazəli olmuş və sübut olaraq, icazəyə dair elektron sistemdən çıxarışı qoşma hissəsinə əlavə etmişdir. Bununla da onun pozuntu etməsi ümumiyyətlə müəyyən olunmur. “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanının 2.2 və 2.4-ci bəndlərinə görə İXM-in 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə Daxili İşlər Nazirliyi adından Baş X5 idarəsinin rəisi, onun müavinləri, Baş X5 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, Naxçıvan Muxtar Respublikasının Daxili İslər Nazirliyinin X5 İdarəsinin rəisi, ərazi polis orqanlarının X5 idarələrinin, şöbələrinin rəisləri, onların müavinləri, ərazi polis orqanlarının X5 bölmələrinin rəisləri, ərazi polis orqanlarının X5 qruplarının rəhbərləri, Baş X5 İdarəsinin, X5 idarələrinin şöbə rəisləri və onların müavinləri, bölmə rəisləri, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektorları və inspektorları, baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, böyük mühəndisləri və mühəndisləri, ərazi polis orqanlarının X5 şöbələrinin, bölmələrinin, qruplarının baş dövlət avtomobil müfəttişləri və dövlət avlomobil müfəttişləri, inzibati təcrübə üzrə baş inspektorları və inspektorları, böyük mühəndisləri və mühəndisləri, axtarış üzrə baş inspektorları yə inspektorları, yol nəqliyyat hadisəsi üzrə bas inspektorları və inspektorları, təbliğat inspektorları, alay komandirləri və onların müavinləri, qərargah rəisləri, bölük komandirləri və onların müavinləri, tağım komandirləri, yol patrul xidməti baş inspektorları və inspektorları baxır. Göründüyü kimi İXM-in 211-ci maddəsinə əsasən inzibati xəta ilə bağlı işlərə yuxanda göstərilən şəxslərdən başqa digər səlahiyyətli şəxslərin baxması, icraatı aparması, protokol tərtib etməsi qadağandır. Lakin indiki halda protokol səlahiyyətli olmayan şəxs tərəfindən tərtib edildiyi üçün həmin protokol əsasında başlanan inzibati icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq barəsində tərtib edilmiş MN ******* nömrəli protokolun və MN ******* nömrəli qərarın ləğv edilməsi və müvafiq inzibati xəta üzrə işə xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi E.B.Xudiyev şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilmiş Nəsimi RPİ-nin 21-ci PB-yə lazımi qaydada məlumat verilsə də (xx.xx.2023-cü il tarixli reyestrin 5 sıra nömrəsi ilə), Nəsimi RPİ-nin 21-ci PB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri haqqında məhkəməyə məlumat verməmiş və ondan məhkəmə baxışının təxirə salınmasına dair vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Nəsimi RPİ-nin 21-ci PB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, E.B.Xudiyev həmin tarixdə, günorta saat 12-18 aralığında epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozmuş və buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, E.B.Xudiyev Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 200 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan X1 Mərkəzi icaze.e-gov.az saytından olan çıxarışdan görünür ki, E.B.Xudiyevə Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhərlərində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək icazə verilmişdir. İş materiallarına əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)-1380/2023 saylı qərardadından görünür ki, E.B.Xudiyevin vəsatəti təmin olunaraq inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmiş, E.B.Xudiyev tərəfindən Nəsimi RPİ-nin 21-ci PB-nin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayət məhkəmə icraatına qəbul edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, E.B.Xudiyevin barəsində xx.xx.2020-ci il tarixdə, günorta saat 12-18 aralığında Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşı tərəfindən barəsində həmin tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında eyni tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o, Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 200 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, şikayətçi barəsində protokol tərtib edilərkən polis əməkdaşı şikayətçinin xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək icazəli olmasını nəzərə almamış, ona qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini, protokola qeyd etmək hüququnu izah etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, E.B.Xudiyevin barəsində protokol tərtib edildikdən sonuncuya polis əməkdaşı tərəfindən protokolun surəti təqdim edilməmiş, ona hüquq və vəzifələri izah olunmamış, onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək icazəli olması nəzərə alınmamışdır. Bununla da E.B.Xudiyevin barəsində xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında əsassız olaraq eyni tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bununla da, E.B.Xudiyevin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş hüquqları pozulmuşdur. Məhkəmə həmçinin hesab edir ki, sübut etmə vəzifəsi qərarından şikayət verilmiş orqanın üzərinə düşür, lakin həmin orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gələ bilməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də iş üzrə sübutlar təqdim etməmişdir. Yuxarıda göstərilən səbəblərdən də, qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Belə ki, «İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin “b” bəndinə əsasən öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq; “c” bəndinə əsasən şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etməsinə yol verilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi E.B.Xudiyevin əməlində inzibati xəta hadisəsi olmadığından şikayəti təmin edilməli, Nəsimi RPİ-nin 21-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş eyni tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin olunsun. Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş eyni tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-1380/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1380/2023
17.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver