Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1382/2023 27.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikasının DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi X1, şikayətçi X2 qanuni nümayəndəsi Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikasının DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul olunan 06 mart 2023-cü il tarixli, EQ 13402035 saylı inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 qanuni nümayəndəsi Nümayəndə şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən 06 mart 2023-cü il tarixli, EQ 13402035 saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023 tarixdə ***-***-**-** nömrəli mobil telefonuma SMS daxil olmuşdur. SMS mətni "X6.Sizin EQ 13402035 protokol üzrə xx.xx.2023 tarixdən etibarən icra qərarı qüvvəyə minmişdir” ibarətdir. "SMS ASANPAY”dən göndərilmişdir. ilk öncə nə poçt, nə elektron protokol, nə də qərar daxil olmadığından Baki Şəhər Dövlət Yol Polisi İdarəsinə getmişdir. xx.xx.2023 tarixdə idarənin ikinci mərtəbəsində özünü təqdim etməyən bir mülki şəxs bu qərarın surətini ona təqdim etmişdir. Elektron protokolu və ona əlavə olunmuş fotoşəkilləri tələb etdikdə isə ona bunu verməkdən imtina etmişdir. Qərarda qeyd edilmişdir ki, xx.xx.1992 təvəllüdlü G.A.Erə məxsus olan Schevrolet Aveo” markalı 77DA289 dövlət qeydiyyat nişanlı” avtomobil ünvan ünvanda İXM-nin 339-1-1 maddəsinin tələblərini pozulmuş və 50 manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd etmişdir ki, elektron protokol və qərar əsassızdır. Belə ki, həmin ünvanda, yəni X7 küçəsi 18 ünvanda qizim Er Gülərə məxsus 77DA 289 nömrəli avtomobil mövcuddur.Binanin qarşısında olan ödənişsiz parking yerində artıq bir ildən çoxdur ki,eyni yerde dayandırılıb,by gün də oradadır,yerindən tərpənməyib.Hec bir vaxt ve ya hec kim terefindən idarə olunmayib,hec vaxt yol hereketi iştirakçısı bele olmamışdır. Qızı G.Er isə Türkiyədə yaşayır, son iki ildə Azərbaycana gələ bilməmiş və heç kəsə avtomobili idarə etmək hüququ verməmişdir. Qeyd edilən avtomobilin texniki baxışı və icbari siğortası isə xx.xx.2022 tarixdən bitmişdir. Heç bir qanun pozuntusuna yol verilmədiyi halda və hec bir hüquqi əsas olmadan elektron protokolu icra edən polis əməkdaşı bilərəkdən qanunsuz qərar qəbul etmiş və pakr vəziyyətdə olan avtomobili idarə olunan kimi göstərmişdir. Əgər bele hal varsa, DYP idarəsi tərəfindən protokolda sübut edici fotoşəkillər təqdim etməlidir ki, orada həmin vaxt və məkanda avtomobili idarə edən şəxsin sükan arxasinda fotoşəkili əks olunmalıdır. Göstərilənlərə əsasən DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən 06 mart 2023-cü il tarixli, EQ 13402035 saylı inzibatı tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi G.A.Erin qanuni nümayəndəsi Nümayəndə şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən DİN Baş DYPİ-nin nümayəndəsi N.V.Ələkbərzadə izahatında şikayətin təmin edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyi bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 06 mart 2023-cü il tarixli, EQ 13402035 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, G.A.Er 06 mart 2023-cü il tarixdə, saat 18:34-da Bakı şəhəri, Nəcəvbəy Vəzirov 18 saylı küçəsində "Chevrolet Aveo" minik markalı **-DA-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman DİN Baş DYPİ-nin MMX-nin tərəfindən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan fotoşəkillərindən görünür ki, "Chevrolet Aveo" minik markalı **- DA-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobil hal-hazırda Bakı şəhəri, Nəcəvbəy Vəzirov 18 saylı küçəsində dayanmış vəziyyətdədir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, G.A.Erə məxsus "Chevrolet Aveo" minik markalı **-DA-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobil 06 mart 2023-cü il tarixdə, saat 18:34-da Nəcəvbəy Vəzirov 18 saylı küçəsində dayanmış vəziyyətdə olduğu halda DİN Baş DYPİ tərəfindən avtomobilin hərəkətdə olması göstərilməklə qanunsuz olaraq sonuncu barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Həmçinin məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi inzibati xəta hadisəsinə dair qəbul olunmuş qərarda göstərilən halları təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişidr. Bununla da, məhkəmə hesab edir ki, şikayətçi G.A.Erin barəsində DİN Baş DYPİ-də aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Yuxarıda göstərilən səbəblərdən də, qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla onlardan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi G.A.Erin əməlində inzibati xəta hadisəsi olmadığından şikayəti təmin edilməli, DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul olunan 06 mart 2023-cü il tarixli, EQ 13402035 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin olunsun. Azərbaycan Respublikasının DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 06 mart 2023-cü il tarixli, EQ 13402035 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-1382/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1382/2023
27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver