Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1392/2020 07.07.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Nəcəfova Gülnar Sabir qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-nin polis sahə inspektoru, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1989-cu il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Vətəndaş Şəxs polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə ki, Şəxs xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu 166 ünvanında Bakı şəhəri Nəsimi RPİ PPXB-nin polis serjantı X3 xidmətdə olduğu zaman ona müqavimət göstərib əlbəyaxa olub və Şəxs polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmayaraq onu təhqir etmişdir. Bundan sonra o, ərazi üzrə Bakı şəhər Nəsimi RPİ-nin 22-ci PŞ-nə gətirilmişdir. Şöbəyə gəldikdən sonra onun şəxsiyyəti müəyyən edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-nin polis sahə inspektoru, polis leytenantı X2 bildirmişdir ki, Şəxs xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu 166 ünvanında Nəsimi RPİ PPXB-nin polis serjantı X3 xidmətdə olduğu zaman ona müqavimət göstərib əlbəyaxa olub, polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamış və ou təhqir etmişdir. Bundan sonra o, ərazi üzrə Bakı şəhər Nəsimi RPİ-nin 22-ci PŞ-nə gətirilmişdir. Şöbəyə gəldikdən sonra onun şəxsiyyəti müəyyən edilmişdir. Qeyd edilən hadisə ilə bağlı Bakı şəhəri Nəsimi RPİ PPXB-nin polis serjantı X3 tərəfindən raportla şöbəyə müraciət edilmişdir. Həmin raport əsasında tərəfindən müvafiq araşdırma aparılaraq Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamasını, həmçinin polis əməkdaşının ünvanına nalayiq ifadələr işlətməsini nəzərə alaraq onun barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək göstərmişdir ki, o, usta işləməklə məşğuldur hazırda evində işlədiyi şəxsin ona 150 manat borcu olduğu halda ona ödəmədiyi və maddi durumunun ağır olduğu üçün ev yiyəsinə zəng edərək danşdığı zaman əsəbi olduğu üçün polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Hazırda əməlindən peşmandır. Həmçinin o, 3-cü qrup əlil olduğunu qeyd etmişdir. Göstərilən halları nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Bakı şəhəri Nəsimi RPİ PPXB-nin polis serjantı X3 izahatında göstərmişdir ki, Şəxs xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu 166 ünvanında xidmətdə olduğu zaman ona müqavimət göstərib əlbəyaxa olub və onun qanuni tələbinə qəsdən tabe olmayaraq onu təhqir etmişdir. Bundan sonra ərazi üzrə Bakı şəhər Nəsimi RPİ-nin 22-ci PŞ-nə gətirilmişdir. Şöbəyə gəldikdən sonra onun şəxsiyyəti müəyyən edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* saylı inzbati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu 166 ünvanında Bakı şəhəri Nəsimi RPİ PPXB-nin polis serjantı X3 xidmətdə olduğu zaman ona müqavimət göstərib əlbəyaxa olmuş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərədə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi RPİ PPXB-nin polis serjantı X3 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli raportdan görünür ki, xx xxxx 2020-ci il tarixdə təxminən saat 16:45 radələrində B.Səfəroğlu 166 küçəsində xidmətdə olarkən yoldan keçən naməlum şəxs maskasız hərəkət etidiyi üçün karantin rejiminin qaydalarının pozulmasının qarşısını almaq üçün özünü təqdim edərək ona yaxınlaşmış lakin o aqressiv cavab verib ondan uzaq durmağı tələb etmiş əks təqdirdə onu “deşəcəyini” deyərək hədə qorxu gəlmiş və onu yerə yıxaraq paltarını cırmışdır. Sonradan digər polis əməkdaşları həmin şəxsə yaxınlaşaraq onu sakitliyə və nizam-intizama dəvət etmişlər. Lakin, həmin şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq əməllərini davam etdirmişdir. Bundan sonra ərazi üzrə Bakı şəhər Nəsimi RPİ-nin 22-ci PŞ-nə gətirilmişdir. Şöbəyə gəldikdən sonra onun şəxsiyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmaması sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Şəxs maddi imkanının qənaətbəxş olmamasını (öz dediyinə görə) habelə onun törətdiyi əməlin ictimai təhlükəli olmasını, polis əməkdaşını təhqir edərək hədələməsini nəzərə alaraq onun barəsində cərimə deyil inzibati həbs növündə inzibati tənbeh seçilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə habelə Şəxs 3-cü qrup əlil olmasına münasibət bildirərək qeyd etməyi zəruri sayır ki, İXM-nin 30.2-ci maddəsinə əsasən 1 və 2-ci qrup əlillər barəsində inzibati həbs seçilə bilməz. Şəxs 3-cü qrup əlil olmasına görə barəsində inzibati həbs tətbiq edilməsinə maneə olan heç bir hal yoxdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını və bir daha analoji hərəkətlərə yol verməyəcəyinə dair söz verməsini məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını (polis əməkdaşlarını təhqir etməsi), məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən, saat 17:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hakim: Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-1392/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1392/2020
07.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver