Məhkəmə qərarları › İş №3(006)-1394/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1394/2024

09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1394/2024 09.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 İnzibati xəta haqqında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin protokolu tərtib etmiş: icra məmuru X9 qızının Zərər çəkmiş şəxs: X1 Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.1989-cu il tarixdə Gürcüstan Respublikasının Bolnisi rayonunun Kazrati qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev 382, özbaşına tikilidə qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-2880/2022 saylı icra sənədinə əsasən Şəxs xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 193 manat məbləğində sabit pul məbləğində aliment, D.Acalovanın 3 yaşı tamam olanadək hər ay əlavə olaraq 50 manat sabit pul məbləğində əlavə aliment tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. Lakin borclu icra məmurunun qanuni tələblərinə əməl etməyərək heç bir üzürlü səbəblər olmadan alimenti tam ödəməmiş, nəticədə onun 1.015 manat məbləğində borcu yaranmışdır. Məhkəmə iclasında icra məmuru X5 izahatında bildirdi ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-2880/2022 saylı icra sənədinə görə Şəxs xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 193 manat məbləğində sabit pul məbləğində aliment, D.Acalovanın 3 yaşı tamam olanadək hər ay əlavə olaraq 50 manat sabit pul məbləğində əlavə aliment tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, icraata başlamaq haqqında qərar və bildiriş borcluya göndərilmişdir. Tələbkar 2023-cü il oktyabr ayında şifahi müraciət edərək icra sənədi üzrə Şəxs 50 manat məbləğində aliment borcu olduğunu bildirmişdir. Borclu həmin tarixdən indiyə qədər heç bir aliment ödənişi etməmişdir. İcra sənədi üzrə tələb könüllü icra olunmadığından borcluya çağırış barədə sms bildiriş göndərilmiş, “Elektron İcra” İnformasiya Sistemi vasitəsilə borclunun əmlak vəziyyəti yoxlanılmış, lakin adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borclu şöbəyə dəvət olunmuş, lakin çağırışlara əməl etmədiyindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(006)- 391/2023 saylı qərardadına əsasən borclunun məcburi qaydada gətirilməsi qərara alınmış və icra olunması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə göndərilmişdir. Lakin Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən borclunun həmin ünvanda yaşamadığı müəyyən olunmuşdur. Bundan sonra xx.xx.2024-cü il tarixdə borclunun axtarılması haqqında qərar qəbul edilərək Nəsimi Rayon Polis İdarəsinə göndərilmişdir. Borclu xx.xx.2024-cü il tarixdə Nəsimi rayon İcra şöbəsinə təhvil verilmiş və onun izahatı alınmışdır. Borclu izahatında 1.015 manat borcu olduğunu, yığılmış aliment borcunu 05 gün ərzində tam bağlayacağını bildirmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, belində ağrıları olduğu üçün heç bir yerdə işləyə bilmir, maddi vəziyyəti yaxşı olmadığından dərman almır. O, alimenti ödəməkdən boyun qaçırmır, lakin hazırda da aliment borcu üzrə heç bir ödəniş həyata keçirə bilmir. Usta kimi təmir etdiyi yerdlərdən pul alacağı var. Bu pulları alıb qısa müddət ərzində ödəniş edə bilər. Məhkəmə iclasında zərər çəkmiş şəxs Mehdiyeva (əvvəlki soyadı Acalova) Nənəxanım Mürşüd qızı izahatında göstərdi ki, Şəxs 06 aydır aliment ödəmir. Uşağın səhhətində problemləri olduğu üçün mütəmadi olaraq müalicəyə ehtiyacı var, onun dərmanlarını almağa maddi imkanı yoxdur. Borclu da alimenti ödəmir, uşağın xərclərini təkbaşına qarşılamağa özünün gücü çatmır. Borclu uşaqla maraqlanmır, telefonla da ona bildirmişdir ki, alimenti ödəməyəcək. Borclu alimentin ödənilməsi üçün vaxt istəyir, lakin o bunun ödənilməsini indi istəyir, çünki sonra borclu yenə yayınacaq. Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını nəzərdən keçirib müəyyən edir ki, Şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-2880/2022 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, üzrsüz olaraq 1.015 manat aliment borcunu ödəməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli Qərarında vurğulayır ki, razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 7 may 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: - Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur (3-cü maddə); - İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır (9.1-ci maddə); - Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır (31.2-ci maddə). Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, əmlak vəziyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh növü tətbiq olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinsin və ona 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 09 aprel 2024-cü il tarixdən, saat 17:50-dən hesablansın. Qərarın icrası Bakı şəhər Nəsimi rayon İcra şöbəsinə, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar