Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1412/2023 14.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin protokolu tərtib etmiş: icra məmuru X10 oğlunun Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.1978-ci ildə Türkmənistan Respublikasının Nebitdağ (indiki Balkanabad) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, Bakı şəhəri, Nəsimi rayonu, Zeynalov küçəsi, ev 15, mənzil 28-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-2968/2022 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Məhkəmə iclasında icra məmuru X9 izahat verərək bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-2968/2022 saylı icra sənədinə əsasən Zərərçəkmiş şəxs övladları X2, X3 və X4 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Zeynalov küçəsi, ev 15, 28 saylı mənzilin sökülməsi nəticəsində inşa edilən Bakı şəhəri, Nəsimi rayonu, Zeynalov küçəsində çoxmənzilli yaşayış binasının 2-ci blok, 1-ci yaşayış mərtəbəsində 50 m2 təmirli mənzilinə (mənzil təhvil verilən andan) köçürülməlidirlər. xx.xx.2022-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclu Şəxs icra sənədində qeyd edilən ünvanına göndərilmişdir. Lakin icra sənədi üzrə tələb könüllü olaraq təmin edilməmişdir. Borclu Şəxs icra sənədində qeyd olunan Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsində çoxmənzilli yaşayış binasının 2-ci blok, 1-ci yaşayış mərtəbəsində 50 m2 mənzili Ak.M.Qaşqay küçəsində inşa edilən binanın 1-ci blok, 16-cı mərtəbəsində olan mənzil ilə əvəz etmiş və həmin mənzilin təmir pulunu alaraq heç bir təmir iş görməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli axtarış qərarı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə göndərilmiş və borclu şöbəyə gətirilərək izahatı alınmışdır. Borclu ona olunan xəbərdarlığa baxmayaraq tələbi təmin etməkdən və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırmaqdadır. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-2968/2022 saylı icra sənədinə əsasən o, övladları X2, X3 və X4 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Zeynalov küçəsi, ev 15, 28 saylı mənzilin sökülməsi nəticəsində inşa edilən Bakı şəhəri, Nəsimi rayonu, Zeynalov küçəsində çoxmənzilli yaşayış binasının 2-ci blok, 1-ci yaşayış mərtəbəsində 50 m2 təmirli mənzilinə (mənzil təhvil verilən andan) köçürülməlidir. Lakin sonradan məlum olmuşdur ki, borclu olan şəxs, keçmiş əri Şəxs xx.xx.2022-ci il tarixdə həmin mənzili ona xəbər vermədən "xxxx" MTK tərəfindən Ak.M.Qaşqay küçəsində inşa edilən binanın 1-ci blok, 16-cı mərtəbəsində olan mənzilə dəyişmiş və şirkət tərəfindən təmirlə əlaqədar ona verilmiş 7.500 manat pulu da götürüb heç bir iş görməmiş, onların mənzilə köçürülməsini təmin etməmişdir. Özü övladları ilə birlilkdə kirayədə qalır. Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Zeynalov küçəsi, ev 15, 28 saylı mənzilin sökülməsi nəticəsində "xxxx" MTK tərəfindən həmin ünvanda inşa edilən çoxmənzilli yaşayış binasının 2-ci blok, 1-ci yaşayış mərtəbəsində ona 50 m2 təmirli mənzil verilməli idi. Lakin bu binada qeyd olunan ölçüdə mənzil olmadığı üçün ona Ak.M.Qaşqay küçəsində inşa edilən binanın 1-ci blok, 16-cı mərtəbəsində olan mənzil verilmiş və təmirə görə də 7.500 manat pul ödənilmişdir. Lakin, uzun müddət işsiz olduğundan o, bu vəsaiti öz ehtiyaclarına xərcləmiş, həmçinin ondan aliment də ödəmişdir. Növbəti aydan etibarən həmin mənzili təmir etdirib Zərərçəkmiş şəxs övladları X2, X3 və X4 ilə birlikdə bu mənzilə köçürdəcək. Məhkəmə iş materiallarını araşdırıb və proses iştirakçılarının izahatlarını dinləyib belə nəticəyə gəlir ki. Şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)- 2968/2022 saylı qətnaməsinin icrasından qərəzli olaraq boyun qaçırdaraq həmin qərarla Zərərçəkmiş şəxs övladları X2, X3 və X4 ilə birlikdə təmirdən sonra köçürülməsi nəzərdə tutulan Bakı şəhəri, Nəsimi rayonu, Zeynalov küçəsində çoxmənzilli yaşayış binasının 2-ci blok, 1-ci yaşayış mərtəbəsində olan 50 m2 mənzilə köçürülməsini təmin etməyib oranı zərər çəkmiş şəxsə məlumat vermədən başqa ünvana dəyişmiş, həmçinin yeni mənzillə bağlı verilmiş təmir pulunu da təyinatı üzrə xərcləməmişdir. Bununla da onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli Qərarında vurğulayır ki, Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 7 may 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh növü tətbiq olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək ona 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 14 mart 2023-cü il tarixdən, saat 15:20-dən hesablansın. Qərarın icrası Bakı şəhər Nəsimi Rayon İcra şöbəsinə, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1412/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1412/2023
14.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver