Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1415/2022 12.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs ASC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs ASC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Nəsimi rayon İcra şöbəsinin icra məmuru R.A.Əhmədov tərəfindən 15.04.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Lerik Rayon Məhkəməsinin 09.01.2020-ci il tarixli, 2(048)-10/20 saylı icra sənədinə əsasən Şəxs ASC-nin cənub RETSİ-nin qarşı 35kv-lıq Elektrik döngə dirəyindən keçən xəstlərin yerləri dəyişdirilməsi və əlavə olaraq Şəxs ASC-dən 30 (otuz) manat tutularaq iddiaçılar X4 və X3 verilməlidir. İcra sənədinin icrasına 06.05.2020-ci il tarixli qərarla başlanılmış və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmiş lakin, iş üzrə borclu Şəxs ASC icranı könüllü təmin etməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Bundan başqa inzibati protokolun tərtibində iştirak etməsi üçün Şəxs ASC-yə 30.08.2021-ci il tarixli bildiriş göndərilmiş və həmin bildiriş əsasında Nəsimi rayon icra şöbəsinə dəvət olunsa da qeyd olunan vaxtda heç bir nümayəndə şöbəyə gəlməmişdir. Qanuni qüvvədə olan məhkəmə qətnaməsinin bugünədək icra edilməməsi Şəxs ASC-nin icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmasına əsas verir. Bununla da, borclu Şəxs ASC Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Nəsimi rayon İcra Şöbəsinin icra məmuru R.A.Əhmədov inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq Şəxs ASC-nin tərəfindən icra vərəqəsi icra edilməmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs ASC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinin məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin nümayəndəsi N.R.Əliyev bildirmişdir ki, hal-hazırda yeraltı xətlərin çəkilməsi davam edir. İcra sənədinin icrası üçün vəsait lazımdır. Göstəriləni nəzərə alaraq Şəxs ASC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs ASC-nin Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 07.01.2020-ci il tarixli 2(048)-10/2020 saylı icra sənədindən görünür ki, Şəxs ASC-nin cənub RETSİ-nin qarşı 35kv-lıq Elektrik döngə dirəyindən keçən xəstlərin yerləri dəyişdirilməsi və əlavə olaraq Şəxs ASC-dən 30 (otuz) manat tutularaq iddiaçılar X4 və İ.B.Nəbiyevə verilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında 06.05.2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Nəsimi Rayon Məhkəməsinin 07.01.2020-ci il tarixli 2(048)- 10/2020 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Nəsimi rayon İcra şöbəsinin Şəxs ASC-yə ünvanladığı 06.05.2020-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 07.01.2020-ci il tarixli 2(048)-10/2020 saylı icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs ASC-yə xəbardarlıq edilmişdir. Həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qərarının qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Nəsimi rayon İcra şöbəsinin Şəxs ASC-yə ünvanladığı 08.06.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, Nəsimi Rayon Məhkəməsinin 07.01.2020-ci il tarixli 2(048)-10/2020 saylı icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs ASC-yə təkrar xəbardarlıq edilmişdir. Həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qərarının qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyət barədə təkrar xəbərdarlıq edilmişdir. İş materiallarında olan 15.04.2022-ci il tarixli tələbkar İ.B.Nəbiyev tərəfindən ərizədən görünür ki, borclu Şəxs ASC-yə dəfələrlə ona söz verməsinə baxmayaraq məhkəmə qərarını icra etməkdən yayınır, məhkəmə qətnaməsinin çıxdığı vaxtdan üçün müddət keçib, bu səbəbdən Şəxs ASC barəsində qanuna müvafiq tədbir görülməsi xahiş edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Lerik Rayon Məhkəməsinin 09.01.2020-ci il tarixli, 2(048)-10/20 saylı icra sənədinə əsasən Şəxs ASC-nin cənub RETSİ-nin qarşı 35kv-lıq Elektrik döngə dirəyindən keçən xəstlərin yerləri dəyişdirilməsi və əlavə olaraq Şəxs ASC-dən 30 (otuz) manat tutularaq iddiaçılar N.B.Nəbiyev və İ.B.Nəbiyevə verilməlidir. İcra sənədinin icrasına 06.05.2020-ci il tarixli qərarla başlanılmış və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmiş lakin, iş üzrə borclu Şəxs ASC icranı könüllü təmin etməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Bundan başqa inzibati protokolun tərtibində iştirak etməsi üçün Şəxs ASC-yə 30.08.2021ci il tarixli bildiriş göndərilmiş və həmin bildiriş əsasında Nəsimi rayon icra şöbəsinə dəvət olunsa da qeyd olunan vaxtda heç bir nümayəndə şöbəyə gəlməmişdir. Qanuni qüvvədə olan məhkəmə qətnaməsinin bugünədək icra etməmiş, həmçinin, icra məmurunun çağırışları üzrə İcra Şöbəsinə gəlməkdən də boyun qaçırmışdır. Məhkəmə işin yuxarıda sadalanan faktiki hallarına qiymət verərək hesab edir ki, qanuni qüvvədə olan məhkəmə qərarının icrası ilə bağlı borclu Şəxs ASC-yə uzun müddət öncədən tələbin icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq sonuncunun bugünədək icra sənədinin tələblərini icra etməməsi, icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməməsi, icra məmurunun çağırışları üzrə İcra Şöbəsinə gəlməkdən boyun qaçırması, nəticədə, icra sənədinin uzun müddətdir ki icrasız qalmasına səbəb olması məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs ASC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, «AZƏRİŞİQ” ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 3.000 (üç min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-1415/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1415/2022
12.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver