Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1416/2022 20.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək Əkbər oğlu, Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 592-1-ci maddəsi üzrə tərtib olunmuş 15.04.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri açıq məhkəmə iclasında baxarkən MÜƏYYƏN ETDİM: Təqdim edilmiş inzibati xəta haqqında protokol səlahiyyəti olmayan orqan tərəfindən tərtib olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələri tərəfindən baxılan həmin Məcəllənin müxtəlif maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərin dairəsi göstərilmiş və orada Məcəllənin 592-1-ci maddəsi də əks olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda İnzibati Xətalar Məcəlləsinin 592-1 maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyəti olan şəxslərin dairəsi müəyyən olunmamışdır. Eyni zamanda həmin fərmanla Azərbaycan Respublikasının Nazirlər X1 Məcəlləsinin 592-1 və s. maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər barədə təkliflərin üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi barədə tapşırıq verilmişdir. Qeyd edilənlərdən belə aydın olur ki, İnzibati Xətalar Məcəlləsi 592-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokolu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəzifəli şəxsi adından tərtib etməsinə dair normativ hüquqi akt mövcud deyil. İnzibati Xətalar Məcəlləsinin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 592-1-ci maddəsi üzrə tərtib olunmuş 15.04.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1416/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1416/2022
20.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver