Məhkəmə qərarları › İş №3(006)-1417/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1417/2022

18.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1417/2022 18.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, “Qara-Qaya” Assosiyasının rəhbəri Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “Qara-Qaya” Assosiyasının rəhbəri Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Nəsimi rayon İcra şöbəsinin icra məmuru R.X.Quliyev tərəfindən xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 3(006)-1417/2022 saylı, 12 may 2022-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 3.000 (üç min) manat məbləğində inzibati qaydada cərimə edilmiş və həmin qərardan verilmiş apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1575/2022 saylı, xx.xx.2022 tarixli Qərarına əsasən Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 3(006)-1417/2022 saylı, 12 may 2022-ci il tarixli qərarı ləğv edilərək iş yenidən araşdırılması üçün Bakı şəhəri Nəsimi rayon məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Yasamal Rayon Məhkəməsinin 05 avqust 2013-cü il tarixli, 2(004)-3709/2013 saylı icra sənədi üzrsüz səbəbdən icra edilməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəməyə gəlməmişlər, məhkəməyə gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “Qara-Qaya” Assosiyasının rəhbəri Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(004)-3709/2013 saylı icra vərəqəsindən görünür ki, “HOWO” (ZZ5255 GJBM3245B) markalı, **-FS-*** dövlət nömrə nişanlı betonqarışdıran yük avtomobili cavabdeh “QaraQaya” Assosiyasından alınaraq iddiaçı E.A.Mehrəliyevə verilməlidir. “HOWO” (ZZ5255 GJBM3245B) markalı, **-FS-*** dövlət nömrə nişanlı betonqarışdıran yük avtomobilinin qeyri-qanuni olaraq istismar edildiyi müddətdə aşınmanın dəyəri olan 12.000 (on iki min) manat və əldən çıxmış fayda olaraq 60.800 (altmış min səkkiz yüz) manat olmaqla, cəmi 72.800 (yetmiş iki min səkkiz yüz) manat pul cavabdeh Qara-Qaya” Assosiyasından alınıb iddiaçı E.A.Mehrəliyeva verilməlidir. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 18 (on səkkiz) manatı iddiaçı E.A.Mehrəliyeva, 12 (on iki) manatı cavabdeh “Qara-Qaya” Assosiyasına aid edilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2013-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(004)3709/2013 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2013-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu “Qara-Qaya” Assosiyasının rəhbəri Şəxs tələbin könüllü icrası barədə bildiriş həmin tarixdə göndərilmiş, həmin bildiriş sonuncu tərəfindən həmin bildiriş xx.xx.2013-cü il tarixdə qəbul edilmişdir. İş materiallarında olan Nəsimi rayon İcra Şöbəsinin 14.01 və xx.xx.2014-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, borclu “Qara-Qaya” Assosiyasının rəhbəri Şəxs Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(004)-3709/2013 saylı icra sənədinin icrası üçün xəbərdarlıq edilmişdir. İş materiallarında olan Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2014-cü il tarixli, Q896 saylı məktubunun surətindən görünür ki, “Qara-Qaya” Assosiyası adında qeydiyyatdan keçən **-AK-***, **-JE-***, **-JH-***, **-ZD-***, **-AG-***, **-JB-***, **-JB-***, **-JB-*** dövlət qeydiyyat nişanlı avtomobillər var. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərardadından görünür ki, borclu “Qara-Qaya” Assosiyasına məxsus “Mitsubishi Grandis” minik markalı, **-AK-*** dövlət qeydiyyat nömrə nişanlı, “Foton Ollin” yük markalı, 90- JE791 dövlət qeydiyyat nömrə nişanlı, “Kamaz 6520 043” dövlət qeydiyyat nömrə nişanlı, “Maz953000 (010)” yarımqoşqu, **-ZD-*** dövlət qeydiyyat nömrə nişanlı, “Kamaz 6520 002” yük markalı, **-AG-*** dövlət qeydiyyat nömrə nişanlı, “Maz 642208 232P8” yük markalı, **-JB-*** dövlət qeydiyyat nömrə nişanlı, “Maz 650108 (280 712P1)” yük markalı, **-JB-*** dövlət qeydiyyat nömrə nişanlı “Maz 650108 (280 712P1)” yük markalı, **-JB-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan 14.05 və xx.xx.2014-cü il tarixli qiymətləndiricinin dəvət edilməsi haqqında qərarlardan görünür ki, borclu “Qara-Qaya” Assosiyasının mülkiyyətində olan “Mitsubishi Grandis” minik markalı, **-AK-*** dövlət qeydiyyat nömrə nişanlı (xx.xx.2014-cü il) və “Foton Ollin” yük markalı, **-JE-*** dövlət qeydiyyat nömrə nişanlı, “Kamaz 6520 043” dövlət qeydiyyat nömrə nişanlı, “Maz 650108 (280 712P1)” yük markalı, **-JB-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitələrinin qiymətləndirilməsi üçün "xxxx" MMC-dən mütəxəssis dəvət edilməsi qərara alınmışdır. İş materiallarında olan əmlakın qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2014cü il tarixli hesabatdan görünür ki, “Foton Ollin” yük markalı, **-JE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qiyməti 4.000 (dörd min) manat, Kamaz 6520 043 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qiyməti 19.600 (on doqquz min altı yüz) manat, Maz 650108 (280 712P1)” yük markalı, **-JB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil 18.000 (on səkkiz min) manat təşkil edir. Cəmi 41.600 (qırx bir min altı yüz) manat təşkil edir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinərək 1.000 (bir min) manat məbləğində cərimə edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 3(004)-3709/2013 saylı icra sənədinə əsasən “HOWO” (ZZ5255 GJBM3245B) markalı, **-FS-*** dövlət nömrə nişanlı betonqarışdıran yük avtomobili cavabdeh “Qara-Qaya” Assosiyasından alınaraq iddiaçı X1 verilməlidir. “HOWO” (ZZ5255 GJBM3245B) markalı, **-FS-*** dövlət nömrə nişanlı betonqarışdıran yük avtomobilinin qeyri-qanuni olaraq istismar edildiyi müddətdə aşınmanın dəyəri olan 12.000 (on iki min) manat və əldən çıxmış fayda olaraq 60.800 (altmış min səkkiz yüz) manat olmaqla, cəmi 72.800 (yetmiş iki min səkkiz yüz) manat pul cavabdeh “Qara-Qaya” Assosiyasından alınıb iddiaçı E.A.Mehrəliyeva verilməlidir. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 18 (on səkkiz) manatı iddiaçı E.A.Mehrəliyeva, 12 (on iki) manatı cavabdeh “Qara-Qaya” Assosiyasına aid edilmişdir. İcra sənədi icraata daxil oldudan sonra qanuna müvafiq qaydada icraata başlama haqqında qərar qəbul edilərək bildirişlə borclunun icra sənədində qeyd edilən ünvanına göndərilmişdir. Lakin icra sənədi üzrə tələb könüllü olaraq təmin edilməmişdir. Aparılan icra tədbirləri zamanı borclunun mülkiyətində borcun yönəldilə biləcəti hər hansı əmlak növü aşkar edilməmişdir. Borclu ona olunan çoxsaylı xəbərdarlıqlara baxmayaraq borcunu tam şəkildə ödəməkdən və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırmaqdadır. Qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən qanunvericiliyin bütün tələblərinə əməl edilməklə Şəxs Azərbaycan Respublikası dövlətinin adından çıxarılmış məhkəmə qərarlarının məcburi xarakter daşıması, hökmən icra olunmalı olması barədə dəfələrlə həm rəsmi, həm də şifahi formada xəbərdar edilməsinə baxmayaraq sonuncu icra məmurunun qanuni tələblərinə etinasız yanaşmaqla əməl etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə növündə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” Məhkəmədə müəyyən edilmişdir ki, Şəxs təqsiri üzündən icra sənədi icra edilməmiş və icra sənədinin icra edilməməsi üçün üzürlü səbəb olmamışdır. Şəxs tərəfindən icra sənədinin icra edilməməsi, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələblərinin kobud şəkildə pozulmasına gətirib çıxarır. Məhkəmədə inzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 1.500 (min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar